"Turan Tovuz" "Zirə"yə qalib gəldi - VİDEO
Misli Premyer Liqasında XXI tura "Turan Tovuz" - "Zirə" oyunu ilə start verilib. Mediaxeberleri.Az-ın məlumatına görə, "Azərsun Arena"da baş tutan oyunda qərb təmsilçisi 2:0 hesablı qələbəyə sevinib. Qolları Filip Ozobiç (11) və Xorxe Silva (19) vurublar. "Turan Tovuz" 37 xalla turnir cədvəlinin üçüncü pilləsinə yüksəlib. "Zirə" isə 35 xalla dördüncü sıraya geriləyib. Qeyd edək ki, XXI tura fevralın 22-də yekun vurulacaq. 17:00. “Turan Tovuz” – “Zirə” - 2:0 Qollar: Filip Ozobiç, 11, Jorje Silva, 19 Bombardirlər: Coy-Lens Mikels (“Sabah”) - 9 qol
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Əkbər Əhmədov
VAR: Kamranbəy Rəhimov
AVAR: Müslüm Əliyev
“Azersun Arena”
Velko Şimiç (“Sabah”) - 9 qol
Bassalu Sambu ("Neftçi") - 9 qol
Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) - 7 qol
Toral Bayramov (“Qarabağ”) - 7 qol
Karim Rossi ("Şamaxı") - 7 qol
Dioqo Almeyda ("İmişli") - 7 qol





















