“Qarabağ” Nigeriyadan Azərbaycana iki oyunçu gətirir
“Qarabağ” Futbol Akademiyasının baş koordinatoru Aftandil Hacıyevin Nigeriyada bəyəndiyi 8 oyunçudan 2-si Azərbaycana gələcək. Medıaxeberlerı.Az xəbər verir ki, bu barədə Azərtac-a funksionerin özü məlumat verib. O bildirib ki, “Obasa Cup” turnirində bəyəndiyi iki nigeriyalı oyunçu yaxın zamanda Akademiyanın bazasında olacaq: “Bu gün hər iki oyunçunun sənədlərini hazır etmişik. Amma həmin futbolçuların Azərbaycana hansı tarixdə gələcəkləri bəlli deyil”.
Oxunub: 27
Xəbəri paylaş
Paylaş:





















