“Qarabağ” bu gün qalib gələ bilərmi? - Ekspert
“Qarabağ” və “Nyukasl” komandaları arasında güc nisbəti qeyri-bərabərdir. “Nyukasl” dünyanın ən yaxşı liqasını təmsil edir və bir milyarda yaxın büdcəsi var. “Qarabağ” isə “Nyukasl”ın yanında hər baxımdan zəif görünür. Bu sözləri Mediaxeberleri.Az-a açıqlamasında idman jurnalisti Ceyhun Rzayev Çempionlar Liqasının pley-off mərhələsinin ilk turu çərçivəsində “Qarabağ” və “Nyukasl” arasında bu gün baş tutacaq matç barədə danışarkən deyib. Onun sözlərinə görə, “Qarabağ” əsl Avropa döyüşçüsüdür: “İllərdir avrokuboklarda çıxış edir. Bu mövsüm həqiqətən yaxşı təsir bağışlayır. Nəzərə alaq ki, “Nyukasl” dünən gecə Bakıya yorğun gəlib və oyun saatına kimi tam bərpa olmaya bilər. Mühitə uyğunlaşmaq və s. məsələlər var. Eyni zamanda, hücumu əzəmətli görünsə də, cinahı yaxşı olsa da, “Nyukasl”ın müdafiəsində boşluqlar var. Düşünürəm ki, “Qarabağ” öz oyununu oynasa, Bakıdakı oyunda müsbət nəticəyə ümid edə bilərik”. Ceyhun Rzayev bildirir ki, qalib gəlsək, cavab oyunu öncəsində üstünlük qazanacağıq: “Məğlub olsaq belə, cavab oyununu gözləmək lazımdır. Lakin müsbət nəticə olsa, 1 top fərqlə udsaq, mərhələ keçmək şansımız yaranır. Ehtimal çox azdır, çünki səfər oyunu çətin keçəcək”.





















