BUNU EDƏN SÜRÜCÜLƏR CƏRİMƏLƏNİR... - AYNA-nın yeni tələbi nəyə səbəb olacaq?
"Əvvəl 10 manata aparılan məsafə üçün 20 manat tələb oluna bilər" Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən tətbiqinə başlanan yeni tələb Sumqayıt–Bakı və əks istiqamət üzrə taksi fəaliyyətinə mənfi təsir edib. Qərara əsasən, taksi sürücüləri sərnişini Sumqayıta apara bilsələr də, oradan Bakı istiqamətində sifariş götürə bilməzlər. Eyni qayda əks istiqamətdə də tətbiq olunur. Bakıda qeydiyyatdan keçmiş sürücü Sumqayıta müştəri apara bilər, lakin həmin ərazidə xidməti aktivləşdirə bilməz. AYNA-nın açıqlamasına görə, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununun 20.2-ci maddəsinə əsasən, taksi minik avtomobilləri ilə sərnişin daşımaları yalnız buraxılış kartında göstərilən ərazi hüdudları daxilində həyata keçirilə bilər. İnzibati Xətalar Məcəlləsinin 322.0.13-cü maddəsinə görə isə buraxılış kartında müəyyən edilən ərazi sərhədlərindən kənarda sərnişin daşıyan sürücülər 50 manat məbləğində cərimə oluna bilərlər.
"Bu cür inzibati məhdudiyyətlər bazarda əlavə xərc və səmərəsizlik yarada bilər"





















