"Sabah"dan qələbə, "Şamaxı" - "Turan Tovuz" matçında heç-heçə
Bu gün Misli Premyer Liqasında 20-ci tura yekun vurulub. Medıaxeberlerı.Az xəbər verir ki, sonuncu oyun gününə nəzərdə tutulan matçlar başa çatıb. Əvvəlcə “Şamaxı” “Turan Tovuz”la üz-üzə gəlib. Oyunda 0:0 hesabı qeydə alınıb. Bu komandaların ilk dövrədəki oyununda "Şamaxı" "Turan Tovuz"a qalib gəlib - 2:1. Digər matçda isə “Qəbələ” doğma meydanda “Sabah”ı qəbul edib. Matç "Sabah"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandaların ilk dövrədə keçirilən matçında "Sabah" 1:0 hesablı qələbə qazanıb. 16 fevral 17:00. "Qəbələ" – "Sabah" - 0:1 Qol: Xəyal Əliyev, 54 Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Rəşad Əhmədov VAR: Kamranbəy Rəhimov AVAR: Elvin Bayramov Qəbələ şəhər stadionu 14:30. "Şamaxı" – "Turan Tovuz" - 0:0 Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, İslam Məmmədov VAR: Rəvan Həmzəzadə AVAR: Emin Əliyev Şamaxı şəhər stadionu 14 fevral "İmişli" - "Qarabağ" - 0:1 "Zirə" - "Karvan-Yevlax" - 1:0 15 fevral "Araz-Naxçıvan" - "Sumqayıt" - 1:0 "Kəpəz" - "Neftçi" - 1:3 Bombardirlər: Coy-Lens Mikels (“Sabah”) - 9 qol
Misli Premyer Liqası, 20-ci tur
Velko Şimiç (“Sabah”) - 9 qol
Bassalu Sambu ("Neftçi") - 9 qol
Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) - 7 qol
Toral Bayramov (“Qarabağ”) - 7 qol
Karim Rossi ("Şamaxı") - 7 qol
Dioqo Almeyda ("İmişli") - 7 qol





















