Prezident bu hərbçiləri təltif etdi
Azərbaycan Prezidenti İlham Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb. Mediaxeberleri.Az sərəncamın mətnini təqdim edir: Xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları və mülki işçiləri təltif edilsinlər: "Vətən uğrunda" medalı ilə Qarayev Natiq Sahib oğlu – general-mayor Cəfərov Elməddin Qulu oğlu – polkovnik Quliyev İslam Ramiz oğlu – polkovnik "Hərbi xidmətlərə görə" medalı ilə Hidayev Əziz Şahmurad oğlu – polkovnik Abbasov Hikmət Zahid oğlu – mayor Əliyeva Samirə Təşkilat qızı – mayor "Tərəqqi" medalı ilə Sədrətdinov Pərviz Həsən oğlu.





















