AAYDA-da kadr islahatlarına başlanılıb? - RƏSMİ CAVAB
"Bəzi xəbər saytlarında və sosial media platformalarında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) guya kadr islahatlarına başlanıldığı və bəzi əməkdaşların işdən azad olunması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir". Mediaxeberleri.Az xəbər verir ki, bu barədə AAYDA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin məlumat yayıb. Bildirilib ki, agentlikdə heç bir əməkdaşın işdən azad olunması ilə bağlı əmr verilməyib və belə bir prosedur həyata keçirilmir. Yayılan məlumatlar əsassızdır: "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşların və medianın diqqətinə çatdırır ki, bütün rəsmi açıqlamalar yalnız İctimaiyyətlə əlaqələr şöbəsi vasitəsilə təqdim olunur və digər mənbələrdən alınan məlumatlar həqiqətə uyğun olmaya bilər".





















