Mediaxeberleri.az
    
  • Nigar Fərhadla bağlı yeni şikayət: "8500 manat verdik, nə pulumuzu qaytardılar, nə də universitetə qəbul ola bildik
    Nigar Fərhadla bağlı yeni şikayət: "8500 manat verdik, nə pulumuzu qaytardılar, nə də universitetə qəbul ola bildik
  • 
  • Ağstafada Yeni Azərbaycan Partiyasının veteranı Akif Abbasovun anadan olmasının 85 illik yubileyi qeyd olunub - FOTOLAR
    Ağstafada Yeni Azərbaycan Partiyasının veteranı Akif Abbasovun anadan olmasının 85 illik yubileyi qeyd olunub - FOTOLAR
  • 
  • Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - FOTO
    Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - FOTO
  • 
  • Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR
    Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR
  • 
  • Azərbaycanlıların qatili Məmmədəli Əliyevin aqibəti...
    Azərbaycanlıların qatili Məmmədəli Əliyevin aqibəti...
  • 
  • TƏHSİL HAQQINI ARTIRAN UNİVERSİTETLƏR... - Bu ali məktəblərə 3-6 min ödəməyə dəyərmi?
    TƏHSİL HAQQINI ARTIRAN UNİVERSİTETLƏR... - Bu ali məktəblərə 3-6 min ödəməyə dəyərmi?
  • 
  • “PAŞİNYAN VAXT UDUR, İRAN NARAHATDIR, RUSİYA İSƏ...”– "İqtisadi azadlıqlar genişləndirilməli, sərhədlər açılmalıdır ki..."
    “PAŞİNYAN VAXT UDUR, İRAN NARAHATDIR, RUSİYA İSƏ...”– "İqtisadi azadlıqlar genişləndirilməli, sərhədlər açılmalıdır ki..."
  • 
  • Ağacları qanunsuz kəsənlər yaşıllıqlara 49 400 manat ziyan vurdular
    Ağacları qanunsuz kəsənlər yaşıllıqlara 49 400 manat ziyan vurdular
  • 
  • Razi Nurullayev: “Yalvarır ki, arvadım başqası ilə yaşayır, onu mənə qaytar!” - VİDEO
    Razi Nurullayev: “Yalvarır ki, arvadım başqası ilə yaşayır, onu mənə qaytar!” - VİDEO
  • 
  • Şükufə Yusupovadan xəbər var
    Şükufə Yusupovadan xəbər var
  • 
  • Soyuq qarpız yaşlılar üçün ölümdür - Professor açıqladı
    Soyuq qarpız yaşlılar üçün ölümdür - Professor açıqladı
  • 
  • Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
    Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
  • 
  • Azərbaycanın çoxşaxəli diplomatiyası: Regional platformalardan qlobal siyasi mərkəzə doğru
    Azərbaycanın çoxşaxəli diplomatiyası: Regional platformalardan qlobal siyasi mərkəzə doğru
  • 
  • Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
    Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
  • 
  • Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
    Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
  • 
  • Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
    Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
  • 
  • "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
    "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
  • 
  • Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
    Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
  • 
  • 300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
    300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
  • 
  • “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
    “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
  • 
  • Qızı Yaşar Nurini belə yad etdi - Foto
    Qızı Yaşar Nurini belə yad etdi - Foto

Son xəbərlər :
  • Əməkdar artist komaya düşdü
  • "Neftçi"dən inamlı qələbə, "Qarabağ" "Şəfa"ya qarşı
  • Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
  • Icra başçısı şəhid ailəsinin arzusunu yerinə yetirdi
  • Sel və daşqın gözlənilir - Xəbərdarlıq
  • Ağstafada “Dövlət Suverenliyi Günü"nə həsr olunmuş tədbir keçirilib - FOTOLAR
  • Kuşnerdən Putinə Kremldə sərt sözlər - Sensasiya
  • Ukrayna AB-dən 3.3 milyard avro aldı
  • Britaniya səfiri Rusiya XİN-ə çağırıldı
  • Ermənistanın Xudavənglə bağlı revanşist mövqeyinə reaksiya...
  • İranda uşaqlar hərbi təlimə cəlb edildi – Video
  • Azərbaycan kubokunun püşkü atıldı: "Ağstafa Gəncləri" də mübarizə aparacaq
  • Suraxanı Rayon İcra Hakimiyyətinin və “Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 20 Sentyabr – Dövlət Suverenliyi Gününə və 18 sentyabr - Milli Musiqi Gününə həsr olunmuş konsert proqramı keçirilib
  • Sadıqova 21 minlik stəkan alan rəisin məhkəməsi başladı
  • Çindən alnan yeni lokomotivlərin sürəti...
  • Rus ordusu bu gün də iki kəndi işğal etdi
  • Paşinyanın maaşı kəskin artdı: ayda bu qədər alacaq
  • Həqiqi hərbi xidmət və mülki işə qəbul olmaq istəyənlər üçün imtahan keçiriləcək - Tarix açıqlandı
  • Aqrar sahədə yeni maliyyələşmə mexanizmi olacaq
  • Bakıda iş saatları dəyişdirilir - Yalnız bu halda...
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

FƏLAKƏT HƏDDİNƏ ÇATAN DEMOQRAFİK BÖHRAN – Azərbaycanın milli təhlükəsizliyi təhlükə altındadır

  • Tarix: 30-01-2026, 20:25

Azərbaycanda demoqrafik vəziyyət son illərdə təkcə statistik məsələ deyil, eyni zamanda sosial-iqtisadi təhlükəsizlik problemi kimi aktuallaşıb. Rəsmi rəqəmlər əhalinin say artımının davam etdiyini göstərsə də, dərin təhlil demoqrafik tarazlığın pozulduğunu, xüsusilə doğum səviyyəsinin azalması, miqrasiya və əhalinin yaşlanması kimi risklərin ön plana çıxdığını ortaya qoyur.

Əhalinin azalması dünyanın əksər ölkələrində və qarşısıalınmaz formada baş verir. Bu prosesə bir çox faktorlar təsir göstərir. Ən əsası isə, əhalinin azalmasının qlobal miqyasda baş verməsidir. Əksər inkişaf etmiş ölkələrdə təbii artım sıfıra yaxındır. Məsələn, 2025-ci ilin göstəricilərinə görə, ABŞ əhalisinin artım tempi cüzi 0,5% olub. Bu, COVID-19 pandemiyasından sonra ən aşağı artım səviyyəsidir. Bu dövrdə ABŞ əhalisi təxminən 341,8 milyon nəfərə çatıb, lakin artım çox zəif olub. Bu azalma əsasən xalis miqrasiyanın kəskin azalması ilə əlaqədardır: əvvəlki dövrlərdə ABŞ-a 2 milyondan çox miqrant gəlirdisə, indi bu rəqəm təxminən 1,3 milyona düşüb.

Doğum səviyyəsi yarıbayarı azalıb

Azərbaycanda isə miqrasiya problemləri sonrakı sıralarda gəlir. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, son 10 il ərzində Azərbaycanda doğulan uşaqların sayı mərhələli şəkildə azalıb.




Əgər 2010-cu illərin əvvəlində ailələrdə orta hesabla 2–3 uşaq normaya yaxın idisə, hazırda bu göstərici əksər ailələrdə 1–2 uşaqla məhdudlaşır. 2011-ci ildə ölkədə doğulan uşaqların sayı 176 min nəfər civarında olmuşdusa, 2024-cü ilin statistikasına görə cəmi 102 310 uşaq doğulub. Ötən ilin yanvar–oktyabr dövründə isə 80 802 doğulan körpə qeydə alınıb. Ümumiyyətlə, müstəqilliyin ilk illəri ilə müqayisədə rəqəmlər məyusedici dərəcədə fərqlənir. Belə ki, Azərbaycanda 1991-ci ildə hər 1000 nəfərə 26,6 doğum düşürdüsə, 2011-ci ildə bu göstərici təxminən 19,4 idi. Bundan 13–14 il sonra — 2024–2025 dövründə isə bu rəqəm təxminən 10,1- 9,5-ə doğum səviyyəsinə düşüb. Rəqəmlər göstərir ki, 14 il ərzində (2011–2025) doğum səviyyəsi demək olar ki, yarıbayarı azalıb.

Rəsmi statistikada yer alan maraqlı məqamlardan biri nikahdankənar doğulan uşaqların da sayının azalmasıdır. Əgər 2023-cü ildə ölkədə  nikahdankənar 15 622 uşaq doğulmuşdusa, 2024-cü ildə bu rəqəm 13 228-ə düşüb. Bu meyl nikah institutuna münasibətdə bəzi sosial dəyişiklikləri də əks etdirir, amma ümumi doğum səviyyəsində müsbət trend saymaq üçün kifayət deyil.

Nikahların sayı 2 dəfədən çox azalıb

Doğum sayının azalmasının təbii ilk səbəbi bağlanan nikahların sayının kəskin azalması ilə bağlıdır. Rəsmi məlumatlara görə, 2025-ci ilin yanvar–oktyabr dövründə ölkədə cəmi 40 739 nikah qeydə alınıb. Bu, 2024-cü ilə nisbətən təxminən 2% azalma deməkdir.



2025-ci ildə əhalinin hər 1000 nəfərinə düşən nikah sayı 4,8–4,6 ətrafındadır. 2011-ci ilin statistik rəqəmləri isə bundan iki dəfədən çox nikah bağlandığını göstərir. Belə ki, həmin ildə Azərbaycanda 88 145 nikah bağlanıb. Bu, əhalinin hər 1000 nəfərinə 9,7 nikah deməkdir. Yəni son 10–15 ildə nikahların sayı sabit şəkildə aşağı enişdədir ki, bu da demoqrafik trendlərə təsir edir.

Onu da qeyd edək ki, 2011-ci ildə hər 1000 nəfərə təxminən 13,5 təbii artım düşürdüsə, 2024-cü ildə bu rəqəm təxminən 4,2–4,3 olub. 2025-ci ildə isə eyni göstərici təxminən 3,3–3,4 ətrafındadır. Rəqəmlərdən göründüyü kimi, son illərdə göstəricilər daha sürətlə dəyişir. Bu ciddi azalma nəticəsində ölümlərin sayı doğumların sayına daha sürətlə yaxınlaşır və təbii artım zəifləyir. Azərbaycanda il ərzində dünyasını dəyişənlərin sayı 60 min nəfərdən artıqdır.

Ekspertlərə görə, nikahların azalmasının əsas səbəbləri sırasında gənc ailələrin maddi imkanlarının zəifləməsi, mənzil probleminin kəskin qalması, nikah yaşının yüksəlməsi, qadınların təhsil və əmək bazarında daha fəal olması və s. yer alır. Mütəxəssislərin fikrincə, bu tendensiya davam edərsə, yaxın 10–15 ildə təbii artım faktiki olaraq sıfıra enə bilər.

Boşanmalar da bir tərəfdən...

2011-ci ildə Azərbaycanda təxminən 10 747 boşanma halı qeydə alınıb. Bu, o dövr üçün əhalinin hər 1000 nəfərinə 1,2 boşanma demək idi.




Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə ölkədə təxminən 21 384 boşanma qeydə alınıb. Bu rəqəm 2023-cü ilə nisbətən azalma göstərir: 2023-cü ildə 21 688 boşanma halı olub.

2025-ci ilin yanvar–oktyabr dövründə isə Azərbaycanda 17 254 boşanma qeydə alınıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə boşanmaların təxminən 4,8% azaldığını göstərir. Statistika göstərir ki, son illərdə boşanmaların ümumi sayı kəskin artıb, 2025-ci ildə isə nisbi azalma meyli müşahidə olunub. Bununla belə, boşanma səviyyəsi 2011-ci illə müqayisədə xeyli yüksəkdir və ümumi mənfi demoqrafik trendin bir hissəsidir.

Yaşlı əhali artır, gənclər ölkəni tərk edir

Doğum səviyyəsinin azalması fonunda Azərbaycanda əhalinin yaş strukturu da dəyişir. Yaşlı əhalinin payı tədricən artır, əmək qabiliyyətli yaşda olan əhali isə nisbətən azalır.



Qeyd edək ki, 2025-ci ilin statistik rəqəmlərinə görə, Azərbaycan əhalisinin 21,2 faizini 0–14 yaşlı uşaqlar təşkil edir. 15–64 yaşında olan əmək qabiliyyətli vətəndaşlar isə 69,6 faizdir. Əhalinin 9,2 faizi isə 65 yaşdan yuxarıdır. Bu göstəricilər ölkədə əvvəlki illərlə müqayisədə yaşlı əhalinin payının artdığını göstərir. Belə ki, hazırda Azərbaycan hələ də nisbətən cavan ölkə olsa da, yaşlıların payı yavaş-yavaş artır. Əgər bu tendensiya davam edərsə, yaxın gələcəkdə yaşlıların xüsusi çəkisi daha da yüksələ bilər.

“Əhali asılılıq əmsalı” statistikası göstərir ki, işlək yaşda olmayan (uşaq və yaşlı) insanların sayı hər 100 işlək yaşda olanlara nisbətdə təxminən 43,6% təşkil edir ki, bu da o deməkdir ki, hər 100 işlək yaşda olan adama təxminən 44 asılı şəxs düşür. Bu nisbət əvvəllər daha yüksək olsa da, son illərdə yenə də stabil səviyyədə qalır.

Bu prosesin mümkün nəticələri artıq hökuməti də narahat edir. Belə ki, pensiya sisteminə yükün artması, əmək bazarında kadr çatışmazlığı, sosial xərclərin yüksəlməsi özünü artan rəqəmlərlə göstərir. Hazırda bu problem kəskin görünməsə də, demoqraflar bunun “gecikmiş böhran” xarakteri daşıdığını bildirirlər.

Miqrasiya — demoqrafik tarazlığa görünməyən zərbə

Azərbaycanda demoqrafik vəziyyətə ciddi təsir göstərən əsas faktorlardan biri də miqrasiyadır. Rəsmi statistikada bu proses məhdud göstərilsə də, qeyri-rəsmi məlumatlar və ekspert qiymətləndirmələri minlərlə gəncin ölkəni tərk etdiyini göstərir.



Əsas miqrasiya istiqamətləri:

– Rusiya və MDB ölkələri (əmək miqrasiyası);

– Avropa ölkələri (təhsil və daimi yaşayış);

– Türkiyə (təhsil və biznes fəaliyyəti).

Bu proses xüsusilə 20–35 yaş arası, yəni demoqrafik və iqtisadi baxımdan ən aktiv təbəqəni əhatə edir ki, bu da uzunmüddətli perspektivdə ölkə üçün ciddi risk yaradır.

Regionlar niyə boşalır?

Regionlar üzrə demoqrafik disbalans da qeyd olunan problemin mühüm tərəflərindən biridir. Son 10 ildə ucqar kəndlərin boşalması tendensiyaya çevrilib.




Elm və təhsil naziri Emin Əmrullayev ötən il çıxışlarının birində ölkədə 4400-dən artıq orta məktəbdən 1500-nün şagird çatışmazlığı ilə üzləşdiyini və onların bağlanmaq təhlükəsi ilə qarşılaşdığını bildirmişdi. Onlardan 400-dən artığında cəmi 30–35 şagird təhsil alır. Bu, əsasən ucqar kəndlərdə yerləşən orta məktəblərdir ki, əhalinin köçməsi məktəbləri şagirdsizliklə üz-üzə qoyur. Vaxtilə qaynar məktəb həyatı indi sönükdür, sınıq-salxaq partaların arasında həvəssiz oturan uşaqlar onlara candərdi dərs deyən müəllimlərini dinləyir...

Bu problemin nəticəsidir ki, Azərbaycanda demoqrafik artım bərabər paylanmayıb. Bakı və Abşeron yarımadasında süni artım müşahidə olunur, rayon və kəndlərdə əhali sürətlə azalır, bəzi bölgələrdə məktəblərlə yanaşı sosial infrastrukturun bağlanması riski də yaranır. Bu disbalans regionların iqtisadi inkişafını zəiflədir və daxili miqrasiyanı daha da sürətləndirir.

Hökumətin qarşısında yeni çağırış var...

Hökumət son illərdə demoqrafik siyasət çərçivəsində müəyyən addımlar atsa da, ekspertlər bu tədbirlərin kifayət etmədiyini bildirirlər. Mövcud problemlər arasında:

– doğum və uşaq müavinətlərinin real xərcləri kompensasiya etməməsi;

– gənc ailələr üçün əlçatan mənzil proqramlarının məhdudluğu;

– regionlarda dayanıqlı iş yerlərinin çatışmazlığı;

– miqrasiyanın real miqyasının etiraf edilməməsi göstərilir.

Əgər mövcud tendensiyalar dəyişməz qalarsa, Azərbaycan yaxın onilliklərdə demoqrafik baxımdan ciddi sınaqlarla üzləşə bilər. 

Ekspertlər hesab edir ki, vəziyyətin yaxşılaşdırılması üçün gənc ailələrə kompleks sosial dəstək mexanizmləri yaradılmalı, regionların iqtisadi cəlbediciliyi artırılmalı, miqrasiyanı azaldan stimullar tətbiq olunmalı və demoqrafik siyasət real statistikaya əsaslanmalıdır. Əks halda, demoqrafik problem təkcə sosial deyil, həm də milli təhlükəsizlik məsələsinə çevrilə bilər.

E. Rüstəmli

“AzPolitika.info”

Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" mövzusunda hazırlanmışdır.



Oxunub: 605
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 20:18 | Əməkdar artist komaya düşdü
    Dünən, 20:16 | "Neftçi"dən inamlı qələbə, "Qarabağ" "Şəfa"ya qarşı
    Dünən, 20:13 | Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
    Dünən, 17:24 | Icra başçısı şəhid ailəsinin arzusunu yerinə yetirdi
    Dünən, 17:11 | Sel və daşqın gözlənilir - Xəbərdarlıq
    Dünən, 16:58 | Ağstafada “Dövlət Suverenliyi Günü"nə həsr olunmuş tədbir keçirilib - FOTOLAR
    Dünən, 15:22 | Kuşnerdən Putinə Kremldə sərt sözlər - Sensasiya
    Dünən, 15:20 | Ukrayna AB-dən 3.3 milyard avro aldı
    Dünən, 15:19 | Britaniya səfiri Rusiya XİN-ə çağırıldı
    Dünən, 15:17 | Ermənistanın Xudavənglə bağlı revanşist mövqeyinə reaksiya...
    Dünən, 15:14 | İranda uşaqlar hərbi təlimə cəlb edildi – Video
    Dünən, 15:12 | Azərbaycan kubokunun püşkü atıldı: "Ağstafa Gəncləri" də mübarizə aparacaq
    Dünən, 15:10 | Suraxanı Rayon İcra Hakimiyyətinin və “Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 20 Sentyabr – Dövlət Suverenliyi Gününə və 18 sentyabr - Milli Musiqi Gününə həsr olunmuş konsert proqramı keçirilib
    Dünən, 15:08 | Sadıqova 21 minlik stəkan alan rəisin məhkəməsi başladı
    Dünən, 14:49 | Çindən alnan yeni lokomotivlərin sürəti...
    Dünən, 14:47 | Rus ordusu bu gün də iki kəndi işğal etdi
    Dünən, 14:45 | Paşinyanın maaşı kəskin artdı: ayda bu qədər alacaq
    Dünən, 14:11 | Həqiqi hərbi xidmət və mülki işə qəbul olmaq istəyənlər üçün imtahan keçiriləcək - Tarix açıqlandı
    Dünən, 14:04 | Aqrar sahədə yeni maliyyələşmə mexanizmi olacaq
    Dünən, 13:59 | Bakıda iş saatları dəyişdirilir - Yalnız bu halda...
    Dünən, 13:57 | Bakıda daha bir mühüm konfrans keçirilir
    Dünən, 11:40 | Azərbaycanda ət bahalaşacaq? – Yaxın aylarda...
    Dünən, 11:29 | Aqrar sahədə yeni maliyyələşmə mexanizmi olacaq
    Dünən, 07:58 | Şiddətli yağışlarla bağlı XƏBƏRDARLIQ
    Dünən, 07:57 | Bakının bu ərazilərində qaz olmayacaq
    Dünən, 07:55 | Bu 7 ərzaq qaraciyəri gücləndirir
    17-09-2026, 20:10 | İcra başçısı bir qrup vətəndaşın müraciətini dinləyib
    17-09-2026, 20:06 | DTX rəisi: "Vətəndaşların müxtəlif yollarla hərbi əməliyyatlara muzdlu döyüşçü kimi cəlb olunması ciddi təhdiddir" - FOTO
    17-09-2026, 20:05 | "XAİN, ANTİMİLLİ, SATQIN STRUKTURLAR..." - Prezidentdən sərt AÇIQLAMA + TAM MƏTN (Yenilənib)
    17-09-2026, 20:01 | Rusiyaya dəstək: Bu ölkə Ukraynaya ordu yeridir
    17-09-2026, 19:58 | Fərid Şahbazlı: "Azərbaycanın TDT ölkələri ilə ikitərəfli münasibətləri də bu strategiyanın mühüm dayağıdır"
    17-09-2026, 16:47 | QAİ-dən Ermənistanın əsassız iddialarına sərt reaksiya
    17-09-2026, 15:38 | Bakıda qəzadan sonra baş verən yanğının - Anbaan videosu
    17-09-2026, 15:36 | 25 min koreyalı Rusiya üçün “Şahid” yığır
    17-09-2026, 15:32 | Prezident və xanımı Şamaxıda açılışda...
    17-09-2026, 15:24 | Azərbaycan da bunu bizim üçün etdi - Paşinyan
    17-09-2026, 15:09 | Rus ordusu daha iki kəndi işğal etdi
    17-09-2026, 15:08 | ABŞ-İran münaqişəsi regional nizamı dəyişdi - Arakçı
    17-09-2026, 14:14 | Azərbaycan Kubokunun finalı ilk dəfə Gəncədə keçiriləcək
    17-09-2026, 14:13 | Ramiz Mehdiyev məhkəməyə getmək istəmir
    17-09-2026, 14:11 | MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
    17-09-2026, 13:56 | Rusiyaya dəstək: Bu ölkə Ukraynaya ordu yeridir
    17-09-2026, 13:54 | Bakıda dayanacaqlarda insan seli... - Video
    17-09-2026, 13:07 | "Kontakt Home"un ENDİRİM fırıldağı məhkəmədə ifşa olundu - TƏFƏRRÜAT
    17-09-2026, 13:05 | Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakiminin öldüyü yol qəzası ilə bağlı məhkəmədə qərar verilib
    17-09-2026, 13:03 | 35,3 min şəxsə əlillik təyin olundu
    17-09-2026, 08:14 | Lənkəranda baş verən qəzada ölən və xəsarət alanlar var - YENİLƏNİB
    17-09-2026, 07:57 | Yenə işıq olmayacaq
    17-09-2026, 07:56 | "Levante" - "Atletik" matçı leysana görə təxirə salındı
    17-09-2026, 07:54 | Yuxu hormonu çatışmayanlar xərçəng ola bilər
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.