Mediaxeberleri.az
    
  • Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
    Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
  • 
  • "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
    "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
  • 
  • Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
    Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
  • 
  • 300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
    300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
  • 
  • “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
    “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
  • 
  • Qızı Yaşar Nurini belə yad etdi - Foto
    Qızı Yaşar Nurini belə yad etdi - Foto
  • 
  • Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU
    Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU
  • 
  • Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
    Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
  • 
  • Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
    Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
  • 
  • “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
    “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
  • 
  • UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
    UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
  • 
  • Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
    Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
  • 
  • Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
    Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
  • 
  • Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
    Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
  • 
  • 300 min mənimsəyən falçıya hökm oxundu
    300 min mənimsəyən falçıya hökm oxundu
  • 
  • Məscidə dua etməyə gedən aktyor cərimələndi - Foto
    Məscidə dua etməyə gedən aktyor cərimələndi - Foto
  • 
  • İcra başçısı vətəndaşların müraciəti ilə yerində tanış olub - FOTOLAR
    İcra başçısı vətəndaşların müraciəti ilə yerində tanış olub - FOTOLAR
  • 
  • İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
    İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
  • 
  • Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
    Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
  • 
  • Uzun illər sonra efirə qayıdır
    Uzun illər sonra efirə qayıdır
  • 
  • Bəzi ərazilərdə işıq olmayacaq
    Bəzi ərazilərdə işıq olmayacaq

Son xəbərlər :
  • Tiflisə getmək istəyənlərə şad xəbər!
  • Ağstafada şəhid anası Şəriqə Ələsgərovanın dəfn mərasimi keçirilib
  • İŞSİZ QALANLARA MADDİ DƏSTƏK... - Kimlər və nə qədər pul ala bilər?
  • 400 manata 15 saat: "Sevimli dad" işçi axtarır, yoxsa nökər?
  • Müəllimlərə 5 Oktyabrda birdəfəlik mükafat veriləcək?
  • Sabah güclü yağış yağacaq
  • Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər
  • Bu şəxslər maaşdan əlavə pul alacaq
  • Gəncədə 5 şagird bufetdən aldıqları şirniyyatdan zəhərləndi
  • Gələn ildən “uşaqpulu” verilə bilər – AÇIQLAMA
  • Bu ərazidə evlər tikilir – yarım milyona yaxın vəsait sərf olunacaq
  • Millətlər Liqası: bu gün 8 matç baş tutacaq
  • Şəhid anası Şəriqə Ələsgərovanın dəfn mərasimi keçirilib
  • AĞSTAFADA MÜƏLLİMƏ DÖYÜLÜB - VİDEO
  • Qazaxda 1 Oktyabr - Prokurorluq işçilərinin peşə bayramı qeyd olunub
  • Gürcüstanda türklərin tarixi irsi necə məhv edilir...
  • AzTU-nun təşkilatçılığı ilə “ADEX 2026”da akademik sessiya keçirilib
  • Yardımlıda əlil ailəsi KÖMƏK İSTƏYİR - Prezidentə MÜRACİƏT
  • "ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı
  • Xalasının əri ilə yeyib içdi, sonra bıçaqladı - Abşerondakı cinayətin təfərrüatı
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Qazaxda “Müasir Azərbaycan gəncliyi cəmiyyətimizin bütün sahələrində ən aparıcı qüvvədir!” mövzusunda tədbir keçirilib

  • Tarix: 29-01-2026, 19:02

Yanvarın 29-da Qazax Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatının birgə təşkilatçılığı ilə 2026-cı il “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 2 Fevral – Azərbaycan Gəncləri Günü ilə əlaqədar “Müasir Azərbaycan gəncliyi cəmiyyətimizin bütün sahələrində ən aparıcı qüvvədir!” mövzusunda tədbir keçirilib.

YAP Qazax Rayon Təşkilatında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, partiya veteranları, ərazi partiya təşkilatının sədr və müavinləri, KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə əvvəlcə YAP Qazax Rayon Təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla anılıb.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, respublikamızın ərazi bütövlüyü, ölkəmizin suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin, igid Vətən oğullarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev çıxış edərək iştirakçıları salamlayıb, keçirilən tədbirin əhəmiyyətindən söz açıb. Gəncləri 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edib, səmimi ürək sözlərini bölüşüb. A.Nəbiyev 2025-ci ildə xalq olaraq Ulu Öndər Heydər Əliyevin şah əsəri olan Konstitusiyamızın qəbul edilməsinin 30 illiyini, 2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsində qazandığımız şanlı Zəfərin 5 illiyini təntənə ilə qeyd etdiyimizi, 2025-ci ili Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” olaraq təntənə qeyd etdiyimizi vurulayıb. Ölkə Prezidentinin müvafiq sərəncamı ilə 2026-cı ilin Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli” elan olunduğunu qeyd edən natiq əvvəlki əlamətdar illərdə olduğu kimi, bu ilin də yüksək səviyyədə qeyd olunacağını söyləyib. A.Nəbiyev gənclərin bütün sahələrdə olduğu kimi, bu sahədə də  əməli işləri ilə öz töhfələrini verəcəklərini qeyd edib. A.Nəbiyev qeyd edib ki, dövlətin gənclər siyasəti hər zaman prioritet məsələ kimi Ulu Öndər Heydər Əliyevin nəzarətində olub. “Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi” adlandıran Ulu Öndər gənc nəslə qayğını əsirgəməyib. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə gənc nəslə diqqətin göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Müxtəlif dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədilə Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmışdır. Ulu Öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratmış, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir. İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək üçün Ulu Öndər ali məktəblərə qəbul imtahanlarından ən yüksək bal toplamış abituriyentlərlə şəxsən görüşüb, onlara “Prezident təqaüdü”nün verilməsi barədə qərarı dahi şəxsiyyətin təhsilə diqqətinin daha bir nümunəsidir. Azərbaycan gənclərinin forumları mühüm əhəmiyyət daşıyır. Ümummilli Liderin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən Azərbaycan gənclərinin forumlarının keçirilməsinə başlanılmışdır. Dövlət və cəmiyyətin inkişafında Azərbaycan gəncliyinin rolu böyükdür. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Ulu Öndər Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. A.Nəbiyev özünün qələmə aldığı şeiri səsləndirərək bir daha gənclərə olan səmimi ürək sözlərini çatdırıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, gəncləri qarşıdan gələn 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə səmimi qəlbdən təbrik edib, ünvanlarına xoş arzularını səsləndirib. Rayon rəhbəri 2 Fevral - Azərbaycan Gəncləri Gününün Ulu Öndərin gənclərə ən böyük töhfəsi olduğunu qeyd edib. Ulu Öndər tərəfindən 2 fevral 1997-ci il tarixində imzalanmış Sərəncama əsasən fevralın 2-sinin Azərbaycan Gəncləri Günü elan edildiyini, həmin vaxtdan etibarən bu günün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü kimi təntənəli şəkildə qeyd edildiyini söyləyib. İcra başçısı bildirib ki, Ulu Öndərin miras qoyduğu gənclər siyasəti bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyevin gənclər siyasəti həmin qayğının, diqqətin davamıdır. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. 2007-ci il “Gənclər ili” elan olunmuşdur. Prezident İlham Əliyevin sözügedən mühüm təşəbbüsü gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da yüksəlməsinə səbəb olmuşdur. Sərəncamla “2007-ci ilin “Gənclər ili” elan olunmasına dair tədbirlər planı” təsdiq edilmiş, o cümlədən respublikanın şəhər və rayonlarında “Gənclər evi”nin yaradılması nəzərdə tutulmuşdur. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2011-ci il 19 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradılmışdır. Fondun qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi qoyulub. 2018-ci ildə Fond yenidən təşkil edilərək Azərbaycan Respublikasının Gənclər Fondu adlandırılıb. İcra başçısı vurğulayıb ki, rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Onların rəşadəti sayəsində əldə olunan Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər. Vətən müharibəsində iştirak etmiş hər bir igid gəncinə Azərbaycan xalqı minnətdardır. Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur. Bu da Ulu Öndərin gənc nəsli Azərbaycanın uğurlu sabahı naminə səfərbər edən siyasətinin nəticəsi idi. Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Müstəqil dövlətçilik tariximizin ən mühüm hadisəsi şübhəsiz ki, tarixi Azərbaycan torpaqlarının işğaldan azad edilməsi oldu. 2020-ci il sentyabrın 27-də başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi müasir tariximizin ən parlaq səhifəsi olmaqla, Azərbaycan xalqının qürur mənbəyidir. Əlbəttə ki, bu qələbə Müzəffər Ali Baş Komandan başda olmaqla, Azərbaycan gəncliyinin qələbəsi idi. Ölkə başçısı gənclərin Vətən müharibəsindəki şücaətini qiymətləndirərək demişdir: “Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib. On yeddi ildir ki, mən Azərbaycanın rəhbəriyəm. Bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi”. 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə də dövlətimiz siyasi-diplomatik müstəvidə ardıcıl olaraq yeni qələbələr əldə edir və etməkdədir. Biz qürurla deyə bilirik ki, bu gün Azərbaycan Respublikası ölkə Prezidentinin rəhbərliyi altında tarixində ən güclü dövrlərindən birini yaşayır. Bugünkü Azərbaycan gəncliyinin üzərinə əldə olunmuş tarixi Qələbəni, ölkəmizin müstəqilliyini, ərazi bütövlüyünü qorumaq, bu yolda canlarını fəda edən şəhidlərimizi ehtiramla anmaq, qazilərimizə, Müzəffər Ali Baş Komandana minnətdar olduğumuzu göstərmək düşür.

Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəis müavini Elçin Cəfərov, Vətən müharibəsi şəhidi, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş tibb xidməti leytenantı Adil Əfəndiyevin atası Qədir Əfəndiyev, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllimi Esmira Şıxməmmədova, gənc partiya fəalı Nicat Göşşüyev çıxış edərək gəncləri əlamətdar gün münasibətilə təbrik edib, xoş arzularını çatdırıblar. Çıxış edənlər bildiriblər ki, Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Hazırda gənclər siyasəti Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclər ölkə başçısının ətrafında sıx birləşərək Azərbaycanın beynəlxalq arenada mövqeyinin möhkəmlənməsi naminə yürüdülən siyasətdə fəal iştirak edirlər.

Partiya veteranlarından, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Cavanşir Rüstəm, şair Kazım Kazımlı çıxış edərək gəncləri 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edib, səsləndirdikləri şeir töhfələri ilə səmimi ürək sözlərini çatdırıblar.   

Tədbirdə yüksək siyasi fəallığına görə bir qrup gənc YAP Qazax Rayon Təşkilatının Fəxri Fərmanı ilə təltif olunub. YAP sıralarına yeni qəbul olunmuş gənclərə partiya üzvlük vəsiqəsi təqdim edilib.


Oxunub: 778
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 16:59 | Tiflisə getmək istəyənlərə şad xəbər!
    Bu gün, 16:56 | Ağstafada şəhid anası Şəriqə Ələsgərovanın dəfn mərasimi keçirilib
    Bu gün, 15:22 | İŞSİZ QALANLARA MADDİ DƏSTƏK... - Kimlər və nə qədər pul ala bilər?
    Bu gün, 15:19 | 400 manata 15 saat: "Sevimli dad" işçi axtarır, yoxsa nökər?
    Bu gün, 14:30 | Müəllimlərə 5 Oktyabrda birdəfəlik mükafat veriləcək?
    Bu gün, 14:10 | Sabah güclü yağış yağacaq
    Bu gün, 14:09 | Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər
    Bu gün, 14:07 | Bu şəxslər maaşdan əlavə pul alacaq
    Bu gün, 14:05 | Gəncədə 5 şagird bufetdən aldıqları şirniyyatdan zəhərləndi
    Bu gün, 13:27 | Gələn ildən “uşaqpulu” verilə bilər – AÇIQLAMA
    Bu gün, 13:25 | Bu ərazidə evlər tikilir – yarım milyona yaxın vəsait sərf olunacaq
    Bu gün, 13:23 | Millətlər Liqası: bu gün 8 matç baş tutacaq
    Bu gün, 13:14 | Şəhid anası Şəriqə Ələsgərovanın dəfn mərasimi keçirilib
    Bu gün, 11:21 | AĞSTAFADA MÜƏLLİMƏ DÖYÜLÜB - VİDEO
    Bu gün, 11:07 | Qazaxda 1 Oktyabr - Prokurorluq işçilərinin peşə bayramı qeyd olunub
    Bu gün, 09:17 | Gürcüstanda türklərin tarixi irsi necə məhv edilir...
    Bu gün, 08:57 | AzTU-nun təşkilatçılığı ilə “ADEX 2026”da akademik sessiya keçirilib
    Bu gün, 08:51 | Yardımlıda əlil ailəsi KÖMƏK İSTƏYİR - Prezidentə MÜRACİƏT
    Bu gün, 08:48 | "ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı
    Bu gün, 08:43 | Xalasının əri ilə yeyib içdi, sonra bıçaqladı - Abşerondakı cinayətin təfərrüatı
    Bu gün, 08:40 | İlqar Xəyal uzun müddət sonra görüntüləndi
    Bu gün, 08:38 | Dövlətçilik tariximizdə dönüş nöqtəsi - MƏQALƏ
    Bu gün, 08:27 | HAKİM səhvləri və HƏKİM səhvləri... - AKTUAL
    Bu gün, 08:22 | Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 108 illiyi və prokurorluq işçilərinin peşə bayramıdır
    Bu gün, 08:15 | Azərbaycanda qadın sevgilisi ilə birgə azyaşlı uşaqlarına əzab verdi - HƏBS
    Bu gün, 08:12 | Rusiya Ukraynaya qarşı yeni növ drondan istifadə etdi
    Bu gün, 08:11 | Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Bu gün, 08:04 | Millimiz Millətlər Liqasında növbəti sınağına çıxır: Rəqib Lixtenşteyndir
    Dünən, 23:27 | Adı dəyişdirildi, sakinləri qovuldu: Gölkəndin azərbaycanlı keçmişi rəqəmlərdə - Foto/Video
    Dünən, 23:24 | Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı: Əvəzində nə təklif olunur? - Video
    Dünən, 23:22 | ABŞ şirkətləri "ADEX 2026"da - Nələr planlaşdırılır?
    Dünən, 23:19 | XƏZƏRDƏ KRİTİK VƏZİYYƏT... - Suyun səviyyəsi sürətlə azalır + VİDEO
    Dünən, 23:15 | Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Dünən, 23:07 | Azərbaycan Qafqazda "dəhlizlər savaşı"nı qazanır: Bakıda Ermənistanın gələcək taleyi ilə bağlı hansı qərar veriləcək
    Dünən, 23:05 | MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    Dünən, 22:53 | Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Dünən, 22:49 | Həbsdə olan vəkillər azadlığa buraxıldılar
    Dünən, 22:45 | Bakıda 20-dək bina söküləcək: Küçələrin adları və kompensasiya məbləğləri açıqlandı
    Dünən, 22:43 | Onların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
    Dünən, 22:25 | Sərnişinlər İsrailə gətirildi, Netanyahu şəxsən qarşıladı - Video
    Dünən, 22:18 | Zakir Həsənov bu ölkələrin müdafiə nazirləri ilə görüşdü
    Dünən, 22:16 | Türkiyə Azərbaycanla təlimdən yeni video paylaşdı
    Dünən, 22:09 | Tiflisdə Əliyevin büstünü zədələyən erməninin cəzası...
    Dünən, 20:41 | “Tovuz Dövlət Peşə Təhsil Mərkəzi” PHŞ-in Qazax korpusunun tələbələri və rayonda peşə siniflərində təhsil alan şagirdlərlə görüş keçirilib
    Dünən, 19:13 | Azərbaycanda hava KƏSKİN DƏYİŞƏCƏK: Yağış, dolu, qar və sel gözlənilir - XƏBƏRDARLIQ
    Dünən, 19:10 | Daha bir Azərbaycan vətandaşı Rusiya-Ukrayna müharibəsində ölüb
    Dünən, 19:07 | İcra başçısı rayonun Ağköynək kəndində və şəhərdə bir qrup vətəndaşın müraciətini dinləyib
    Dünən, 19:05 | Həkimi döydü, xadimənin sümüyünü sındırdı
    Dünən, 18:26 | İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    Dünən, 16:49 | Çia toxumu ilə bağlı bilmədikləriniz
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.