9 ayda mayor rütbəsindən generala qalxdı
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələr verilib. Mediaxeberleri.Az-ın "Unikal"a istinadən məlumatına görə, "gömrük xidməti general-mayoru" ali xüsusi rütbəsi verilən şəxslərdən biri Dövlət Gömrük Komitəsi sədrinin müavini Fuad Məmmədovdur. F.Məmmədov 12 mart 2025-ci ildə DGK sədrinin müavini təyin edilib. O, vəzifəyə təyin ediləndə gömrük xidməti mayoru idi. Ötən ilin may ayında isə Fuad Məmmədova gömrük xidməti polkovniki rütbəsi verilib.
Oxunub: 33
Xəbəri paylaş
Paylaş:





















