Bakıda qarlı hava ilə əlaqədar icra hakimiyyətləri gücləndirilmiş iş rejimində çalışırlar
Yanvarın 20-si gündüz saatlarından etibarən paytaxtda şaxtalı hava şəraiti və qar yağması ilə əlaqədar Bakı şəhər və rayonlarının icra hakimiyyətləri, şəhərin kommunal xidmətləri gücləndirilmiş iş rejimində çalışırlar. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) məlumat yayıb. Bildirilib ki, dünəndən etibarən yağan qarın təmizlənməsi ilə bağlı operativ tədbirlər həyata keçirilir. Bununla əlaqədar gecə və səhər saatlarında xidmətlərin xüsusi təyinatlı texnikası tərəfindən maili yerlərə, sürüşmə ehtimalı olan küçə və prospektlərə texniki duz səpilib, həmçinin buzlaşma müşahidə edilən səkilər və ümumi istifadədə olan həyətlərdə qardan təmizləmə işləri aparılır.
Oxunub: 27
Xəbəri paylaş
Paylaş:































