Saleh Məmmədovun Lerik macəraları - icra başçısı ilə əl-ələ verib...
Bəs ildə maksimum 3-4 dəfə qar yağan, qışı “nazlı” keçən Azərbaycanda vəziyyət necədir? Hər il qış gəlməmiş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi qışa tam hazır olduğunu bəyan edir. Deyirlər duz var, qum var, texnika var, plan var. Amma qar yağan kimi bu duz da, qum da, texnika da elə AAYDA-nın şefi Saleh Məmmədov kimi qeybə çəkilir. Şükürlər olsun ki, hələ Bakıya qar yağmayıb. Allah eləsin heç yağmasın da. Çünki bu ölkədə qar yağanda problem hava şəraiti yox, qurumların psixoloji hazırlığı olur. Bu gün isə Biziməsr.az-a Lerik rayonundan maraqlı videogörüntülər göndərilib. Bildirilir ki, mərkəzi küçədir, yollar tər-təmizdir. Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasovun tapşırığı, AAYDA şefi Saleh Məmmədovun ciddi göstərişi ilə yollar təmizlənir, qar təmizlənir, duz səpilir. Hətta deyilənə görə, yolların bu qədər “ideal” vəziyyətdə olmasına rayon icra başçısı şəxsən nəzarət edir. İnsanlar razıdır, maşınlar sürüşmür, problem yoxdur. Videoya baxanda adamın ürəyi açılır, istəyir ki, hər gün qar yağsın. Çünki bu ölkədə qar yağmasa da yollar “təmizlənir”, qar yağanda da heç nə edilməsə belə, yenə deyilir ki, hər şey nəzarət altındadır. Əslində isə nə yol təmizlənib, nə bir ovuc duz səpilib -sadəcə yollar bərbad gündədir və bunu ört-basdır etmək üçün qar bəhanə edilir.
Son günlər dünya mediası Rusiyanın şəhərlərində yağan görünməmiş qar yağışından yazır, göstərir. Qar o qədər yağıb ki, maşınlar, binalar gözə görünmür. Amma nədənsə avtomobil yolları tər-təmizdir, maşınlar rahat hərəkətdədir. Deməli, orada qar yağanda qurumlar yoxa çıxmır, əksinə iş başında olurlar.
Bizimesr.az





















