Bu şəxslərə aprelin 1-dək pul veriləcək
Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırılıb. Mediaxeberleri.Az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, əməkhaqlarına əlavənin müddəti 2026-ci il aprelin 1-dək uzadılıb.
Oxunub: 26
Xəbəri paylaş
Paylaş:





















