Mediaxeberleri.az
    
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
    "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
  • 
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?

Son xəbərlər :
  • 800 manat alıb ər-arvadı barışdıracağını dedi - Boşandılar...
  • Azərbaycan və Yaponiya arasında vizasız rejim... - Hacıyev
  • Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü
  • Şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyuldu
  • Keçmiş icra başçısı Rusiyada vəfat etdi
  • 72 manatlıq ilk qonorar, 30 illik sevda - “Şərq”də keçən ömrüm
  • Bəzi gənclər niyə öz ixtisasları üzrə işləmək istəmirlər?
  • Azərbaycan idmançıları natural bodibildinq və fitnes üzrə Avropa çempionatında uğur qazanıblar - Video
  • Azərbaycan QHT-ləri İran Prezidenti Məsud Pezeşkiana açıq məktub ünvanlayıb
  • Dövlət başçısından daha bir SƏRƏNCAM
  • Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib
  • YAP-ın Balakən təşkilatının eks-sədri həbs edildi
  • Ermənistana keçən azərbaycanlı çoban geri qaytarıldı
  • Qarabağ qazisi vəfat etdi
  • Həyətdəki ağacı kəsdi: arvadı faciəvi şəkildə öldü
  • Azərbaycanın Milli Qəhrəmanının son durumu açıqlandı
  • İranda Azərbaycan dilində tədris aparılan bir məktəb yoxdur – Nazirlik
  • Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır- Dilsuz Dəmirçiyevin klubunda nələr yaşanır?
  • EYNİ DƏRMAN APTEKLƏRDƏ NİYƏ FƏRQLİ QİYMƏTƏ SATILIR? - Tarif Şurasından açıqlama
  • U-15 dünya çempionatı: Azərbaycan millisi İsrail yığmasını məğlub edib
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

RUSİYA PARÇALANSA, ƏN BÖYÜK “PAY” KİMƏ DÜŞƏCƏK? – Çin uzaq şərqi ilhaq edib Arktikaya çıxmaq istəyir, ABŞ və Yaponiya isə...

  • Tarix: 25-12-2025, 08:49

Pekin dünya ictimaiyyətini Rusiyanın böyük parçasının Çin tərəfindən necə ilhaq olunması ssenarisinə hazırlayır.

Vladimir Putinin bu yaxınlarda yerli və beynəlxalq KİV nümayəndələri qarşısında səsləndirdiyi bəyanatlardan belə anlaşılır ki, onun ölkəsinin gələcək aqibəti barədə mülahizələri Rusiyanın geostrateji mövqeyinin yeni dünya nizamında meydana gətirəcəyi reallıqlarla ziddiyyət təşkil edir. Dünyann iki nəhəng güc mərkəzi - Avropa ilə Çin arasında yerləşən və iqtisadi-texnoloji geriliyi ilə yanaşı, insan resursu sarıdan da korluq çəkən Rusiyanın Ukraynada geostrateji qələbə qazanacağına ümid bəsləməsi siyasi məntiqə uyğun gəlmir. Aydın görünür ki, sözügedən bu iki güc mərkəzi Rusiyanın aparıcı qlobal oyunçuya çevrilməsinə imkan vermək fikrində deyil.

Gələn ilin yanvarında Rusiya-Ukrayna müharibəsinin müddəti Sovet İttifaqı ilə Almaniya arasında 1941-1945-ci illərdə gedən müharibə ilə eyniləşəcək. Belə görünür ki, bu gedişlə Ukraynadakı müharibə öz müddətinə görə rusların “Böyük Vətən Müharibəsi” adlandırdıqları savaşı geridə qoyacaq.

Rusiyanın qərb cinahında üzücü müharibə sürdürərkən, ölkəsinin az məskunlaşmış şərq tərəfinin itirilməyəcəyinə Putinin əmin olması isə siyasi körafəhimlikdir. Belə ki, Putin Ukraynada guya NATO-nun genişlənməsinin qarşısını almaqla məşğul olduğu bir vaxtda onun “müttəfiqi” olan Pekin “Overton pəncərəsi” ni işə salaraq dünya ictimaiyyətini yaxın gələcəkdə Rusiyanın böyük parçasının Çin tərəfindən necə ilhaq olunması ssenarisinə psixoloji cəhətdən hazırlayır. Rusiya Federasiyasının ərazisinin təxminən 40 %-inə iddialı olan Çin bəlkə də uzun illərdir ki, Rusiyanın hansısa müharibəyə başlamasını fürsət kimi gözləyib. Çinlilər öz tarixlərinə həssas yanaşırlar və ən çətin tarixi dönəmlərində ərazilərinin böyük qisminin Rusiyaya güzəştə gedilməsiylə barışmaq niyyətində deyillər. Bunu dünyanın bir çox iri dövlətlərində də yaxşı bilirlər.



Məsələn, 2014-cü ildə Si Cinpin Berlində olarkən Almaniya kansleri Angela Merkel ona 1735-ci ildə Almaniyada hazırlanmış və Rusiyanın Uzaq Şərqini Çinin sərhədləri daxilində göstərən “Çinin ilk dəqiq xəritəsini” hədiyyə etmişdi. Almaniya bununla Çinə Rusiyanın şərq ərazilərinin kimə məxsus olmasını xatırlatmaqla uzağa hesablanmış mesaj verirdi.

Rusiyanın Ukraynada apardığı müharibənin uzanması bu gün səssiz dayanmış və özünü Kremlə Rusiyanın müttəfiqi kimi göstərən Çinin geostrateji maraqlarına tam cavab verir. Rəsmi tərəfdən Çin təmikinli və səbrli siyasət yürütsə də, onun mətbuat orqanlarında Rusiyanın zəifləyib əldən düşəcəyi və parçalanacağı təqdirdə Uzaq Şərq bölgəsinə məxsus ərazilərin Çinə birləşdirilməsinin məqsədəuyğunluğu barədə vaxtaşırı məqalələr dərc olunur. Pekin rəsmiləri bu tərz yazıların dövlət siyasəti ilə əlaqəsi olmadığını bəyan etsələr də, aydındır ki, bu cür proseslər məhz belə yazılardan, təbliğatdan başlayır.



Bu yaxınlarda Çinin ən böyük mediaholdinqlərindən biri olan “NetEase” platformasına məxsus “163.com” internet potalında “Çin ən pisinə hazır olmalıdır: əgər Rusiya dağılarsa, 7 milyon kvadrat kilometrilk ərazini itirmək olmaz” başlıqlı məqalə gedib. Çin mətbuatı yazır ki, bu ərazilərdən səmərəli səviyyədə istifadə etməkdən ötrü, Rusiyanın nə adamı, nə də pulu var və üstəlik Ukraynada gedən müharibə onun son resurslarını da sümürür. Məqalə müəllifi yazır: “Onu güclə ələ keçirməyə çalışmağın mənası yoxdur - bu, Krımda olduğu kimi qlobal təcridə səbəb olardı. Ağıllı yanaşma daha güzəştli olmaq, pul və insan resurslarına investisiya qoymağa davam etmək, uzunmüddətli müqavilələr imzalamaq və bölgədəki Çinpərəst qüvvələri dəstəkləməkdir".

Çinin Rusiyaya ərazi iddiası yeni deyil və bu məsələ hələ Mao zamanı da SSRİ rəhbərliyi qarşısında qadırılıb.



Rusiya ərazilərinin bir qismini öz tarixi torpaqları hesab etməsinin əsası var. 1858-ci ildə “Ayqun müqaviləsi”nə əsasən Çin 600 min kvadrat kilometr ərazini Rusiya imperyasına verməyə məcbur qalmışdı. İki ildən sonra isə Pekin müqaviləsinə əsasən Çin Saxailn adası da daxil olmaqla Rusiyaya əlavə 400 min kvadrat kilometr torpaq vermişdi və beləliklə, iki il ərzində Çin 1 milyon kvadrat kilometr ərazi itirmişdi. İndi Çin həmin dönəmlərlə müqayisəyə gəlməyəcək dərəcədə güclənib. Ancaq maraqlı məqam ondan ibarətdir ki, əgər Çin 1 milyon kvadrat kilometr ərazi itiribsə, o zaman indi hansı səbəbdən 7 milyon kvadrat kilometrin ilhaq olunmasının həvəsinə düşüb?

Rusiyanın nə qədər ərazisinin Çinə qatılacağı ilə bağlı ideya yalnız qeyri-rəsmi xarakterlidir və bu barədə yekdil fikir yoxdur. Hadisələrin dinamikasını izləyən çinlilər arasında maksimalistlər var və onlar hesab edirlər ki, təkcə Çinin itirdiyi tarixi ərazilərlə kifayətlənmək olmaz, daha ekspansionst siyasət yürütmək lazımıdr. Onların fikrincə, Rusiyanın Uzaq Şərq Federal Dairəsini əhatə edən bütün ərazilərin Çinin tərkibinə keçməsi məqsədəuyğundur, çünki yalnız belə olan təqdirdə Arktikaya birbaşa yol açılır.

Çinin başlıca niyyəti sərbəst şəkildə Arktik zonaya çıxmaqdır. Bildiyimiz kimi son dövrlər qlobal istiləşmə ilə əlaqədar Arktikada əlverişli hava şəraitinin meydana gələcəyi və nəticədə Yer kürəsinin bu hissəsinin dəniz nəqliyyatına yararlı hala düşəcəyi proqnozlaşdırılır. Çinin okeana çıxışı olsa da oradakı relyef çox mürəkkəbdir və istər Sakit okeana və istərsə də Hind okeanına açılmaq üçün Çin donanması bir çox ölkələrin əhatəsindəki dar boğazlardan istifadə edir.

Rusiya Federasiyası səkkiz federal dairəyə bölünür və bunların içərisində sahəsinə görə ən böyük(təxminən 7 milyon kvadrat kilometr), əhali sayına görə isə ən kiçik olanı (7,8 milyon nəfər) Uzaq Şərq Federal Dairəsidir. İqtisadiyyatı təbii resursların istismarına söykənən Rusiyanın əhalisi ən az olan Uzaq Şərq Federal Dairəsi insan resusrsu böyük olan Çinlə həmsərhəddir.




Çinli miqrantların Rusiyadakı sayının durmadan artması yerli əhali arasında narazılığa səbəb olsa da, iqtisadi sistemə inteqrasiya prosesi elə gedir ki, Çinsiz ruslar həm müharibədə məğlub olarlar, həm də iqtisadiyyatları çökər.

Rusiya torpaqlarının ələ keçirilməsində Pekinin önündə ən böyük əngəl Moskvadan daha çox Yaponiya və ABŞ ola bilər. Bu iki dövlət Rusiyanın parçalanması təqdirində Çinin böyük iştahının nələrə gətirib çıxaracağını yaxşı bilirlər. Bu səbəbdən də onlar Rusiyanın uzaq şərqinin Çin tərəfindən təkbaşına həzm edilməsinə imkan verməməyə çalışacaqlar.

Heş şübhəsiz ki, ABŞ, Yaponiya və Avropa kimi Çin də yeni dünya nizamına hazırlaşır. Bu proses İkinci dünya müharibəsi və ondan sonrakı dövr ilə müqayisədə daha sərt üsullarla gedəcək və ümumi yekunda planetin geostrateji təsir balansına və qlobal maliyyə-valyuta sxeminə yeni format verəcək. Ona görə, Çin Rusiyanın parçalanmasının qaçılmaz olduğu qənaətindədir və ən maksimalist iddia ortalığa qoymaqla, güclü rəqibləri - ABŞ və Yaponiya ilə müəyyən razılşamaya gedə bilər.

Vaqif Nəsibov

“AzPolitika.info”


Oxunub: 2 576
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 18:12 | 800 manat alıb ər-arvadı barışdıracağını dedi - Boşandılar...
    Dünən, 18:09 | Azərbaycan və Yaponiya arasında vizasız rejim... - Hacıyev
    Dünən, 18:08 | Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü
    Dünən, 18:06 | Şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyuldu
    Dünən, 17:26 | Keçmiş icra başçısı Rusiyada vəfat etdi
    Dünən, 15:55 | 72 manatlıq ilk qonorar, 30 illik sevda - “Şərq”də keçən ömrüm
    Dünən, 14:22 | Bəzi gənclər niyə öz ixtisasları üzrə işləmək istəmirlər?
    Dünən, 14:12 | Azərbaycan idmançıları natural bodibildinq və fitnes üzrə Avropa çempionatında uğur qazanıblar - Video
    Dünən, 13:45 | Azərbaycan QHT-ləri İran Prezidenti Məsud Pezeşkiana açıq məktub ünvanlayıb
    Dünən, 13:44 | Dövlət başçısından daha bir SƏRƏNCAM
    Dünən, 13:42 | Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib
    Dünən, 13:23 | YAP-ın Balakən təşkilatının eks-sədri həbs edildi
    Dünən, 13:21 | Ermənistana keçən azərbaycanlı çoban geri qaytarıldı
    Dünən, 13:10 | Qarabağ qazisi vəfat etdi
    Dünən, 12:57 | Həyətdəki ağacı kəsdi: arvadı faciəvi şəkildə öldü
    Dünən, 12:54 | Azərbaycanın Milli Qəhrəmanının son durumu açıqlandı
    Dünən, 12:50 | İranda Azərbaycan dilində tədris aparılan bir məktəb yoxdur – Nazirlik
    Dünən, 12:45 | Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır- Dilsuz Dəmirçiyevin klubunda nələr yaşanır?
    Dünən, 12:43 | EYNİ DƏRMAN APTEKLƏRDƏ NİYƏ FƏRQLİ QİYMƏTƏ SATILIR? - Tarif Şurasından açıqlama
    Dünən, 12:40 | U-15 dünya çempionatı: Azərbaycan millisi İsrail yığmasını məğlub edib
    Dünən, 12:34 | Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”
    Dünən, 12:32 | Tibb xidməti leytenantı Adil Əfəndiyevin əziz xatirəsi ehtiramla anıldı
    Dünən, 11:50 | 14 İCRA HAKİMİYYƏTİNDƏ MİLYONLUQ YEYİNTİLƏR – Vəsaitlər necə mənimsənilib?
    Dünən, 11:42 | İlham Əliyev Aleksander Van der Belleni təbrik etdi
    Dünən, 11:38 | BŞİH: Ağacların kəsilməsində qayda pozuntusuna yol verən əməkdaş işdən azad edilib
    Dünən, 10:01 | Bakıda deputatın oğlunun da olduğu cinayətkar birliyin fəaliyyəti ilə bağlı RƏSMİ MƏLUMAT
    Dünən, 09:27 | Abşeronda qaz problemi: "Ödədiyimiz 31 min manatın da aqibətindən xəbərsizik" - Video
    Dünən, 09:24 | Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
    Dünən, 09:19 | Qubadlı əməliyyatının az bilinən detalları: Xanlıqda nə baş verib? - Video
    Dünən, 09:14 | Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Dünən, 09:07 | Məktəb dərsliklərində plagiat iddiası: Nazirlikdən açıqlama - Video
    Dünən, 09:05 | Peşə təhsili müəssisələrində yüzlərlə vakant ştat boş qalıb? - Video
    Dünən, 09:01 | Netanyahu İrandan danışdı, nüvə partlayışını əks etdirən görüntü paylaşdı - Foto
    25-10-2026, 20:08 | "Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
    25-10-2026, 16:33 | Ukraynadan Rusiya ordusuna ağır zərbə
    25-10-2026, 14:56 | Altı il öncə bu gün – 25 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR
    25-10-2026, 14:34 | Azərbaycan Premyer Liqasında IX tur başa çatır: "Sabah" "Qarabağ"ı qəbul edir
    25-10-2026, 13:43 | Azərbaycanın U-15 millisi dünya çempionatında növbəti qələbəsini qazandı
    24-10-2026, 22:36 | “Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
    24-10-2026, 22:34 | Millimizdən dünya çempionatında böyükhesablı qələbə
    24-10-2026, 21:48 | Bəzi tibb işçilərinin maaşına 50 faizədək əlavə veriləcək
    24-10-2026, 21:37 | Məşhurlar ən çox bu kokteyli içir
    24-10-2026, 21:34 | Kafedəki dəhşətli qətlə görə, deputatın oğlunu hansı cəza gözləyir?
    24-10-2026, 21:30 | Çay içənlərə XƏBƏRDARLIQ
    24-10-2026, 21:25 | 10 yaşlı uşağa təcavüz edən "Akula Akif"in dəhşətli cinayəti: "Cinlər məni yoldan çıxardı"
    24-10-2026, 21:20 | Zeytun Festivalının açılışı olub - Foto
    24-10-2026, 20:55 | “Neftçi” - “Turan Tovuz” matçında heç-heçə, “Kəpəz”dən qələbə
    24-10-2026, 20:30 | Azərbaycanın iki güləşçisi dünya çempionatında finala yüksəldi
    24-10-2026, 20:27 | U-15 DÇ: İlham Əliyev millinin oyununu izləyir
    24-10-2026, 20:26 | Qətl törədib gizlənən şəxslər saxlanıldı - DTX-dən əməliyyat
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.