Mediaxeberleri.az
    
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
    "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
  • 
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?

Son xəbərlər :
  • 800 manat alıb ər-arvadı barışdıracağını dedi - Boşandılar...
  • Azərbaycan və Yaponiya arasında vizasız rejim... - Hacıyev
  • Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü
  • Şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyuldu
  • Keçmiş icra başçısı Rusiyada vəfat etdi
  • 72 manatlıq ilk qonorar, 30 illik sevda - “Şərq”də keçən ömrüm
  • Bəzi gənclər niyə öz ixtisasları üzrə işləmək istəmirlər?
  • Azərbaycan idmançıları natural bodibildinq və fitnes üzrə Avropa çempionatında uğur qazanıblar - Video
  • Azərbaycan QHT-ləri İran Prezidenti Məsud Pezeşkiana açıq məktub ünvanlayıb
  • Dövlət başçısından daha bir SƏRƏNCAM
  • Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib
  • YAP-ın Balakən təşkilatının eks-sədri həbs edildi
  • Ermənistana keçən azərbaycanlı çoban geri qaytarıldı
  • Qarabağ qazisi vəfat etdi
  • Həyətdəki ağacı kəsdi: arvadı faciəvi şəkildə öldü
  • Azərbaycanın Milli Qəhrəmanının son durumu açıqlandı
  • İranda Azərbaycan dilində tədris aparılan bir məktəb yoxdur – Nazirlik
  • Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır- Dilsuz Dəmirçiyevin klubunda nələr yaşanır?
  • EYNİ DƏRMAN APTEKLƏRDƏ NİYƏ FƏRQLİ QİYMƏTƏ SATILIR? - Tarif Şurasından açıqlama
  • U-15 dünya çempionatı: Azərbaycan millisi İsrail yığmasını məğlub edib
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

UKRAYNADA PULUN GÜDAZINA GEDƏN AZƏRBAYCANLILAR... - Rusiya tərəfində döyüşüb ölənlərin sayı niyə artır?

  • Tarix: 20-12-2025, 10:53

Ukraynada davam edən işğalçılıq müharibəsinin dəhşətlərindən biri də odur ki, hər iki tərəfdə eyni millətlərin nümayəndələri döyüşür – ruslar ruslarla, ukraynalılar ukraynalılarla, gürcülər gürcülərlə, çeçenlər çeçenlərlə, azərbaycanlılar azərbaycanlılarla və s. Həmvətənlərimizin bu siyahıda, xüsusilə də faktiki işğalçılıq müharibəsi aparan Rusiyanın tərəfində görünməsi həm kədərli, həm də təəssüf doğurucudur. Öz vətəni 30 il işğal altında olan, bu işğal nəticəsində faciələr, qırğınlar yaşamış bir xalqın övladlarının işğalçı Rusiyanın tərəfində döyüşməsi nə məntiqə, nə mənəviyyata, nə də hüquqa sığır...

Buna baxmayaraq, son zamanlar mediada, sosial şəbəkələrdə Rusiya tərəfində döyüşüb həyatını itirən azərbaycanlılara dair xəbərlər xeyli çoxalıb. 

Bu gün yayılan məlumata görə, Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həlak olub. Bu barədə hərbi bloqer Tofiq Şahmuradov məlumat yayıb.

Bildirilib ki, Cəlilabad rayon sakini Elnur Aydın oğlu Mirismayılzadə Rusiya ordu sıralarından daxil olduğu döyüşdə həyatını itirib. O, Rusiya Müdafiə Nazirliyinin tərkibindəki “Axmat Sever” hərbi birləşməsində döyüşürmüş.

Bundan başqa, Rusiya tərəfdən müharibəyə qoşulmuş iki həmyerlimizin də itkin düşməsi məlum olub. Belə ki, Sumqayıt şəhər sakini Bəhlul Zülfüqar oğlu Abbasov Ukraynanın Çasov Yar yaşayış məntəqəsi istiqamətində gedən döyüşlərdə iştirak edəndən sonra itkin düşüb. Xeyli vaxtdır onun taleyi barədə məlumat almaq mümkün olmayıb.

Həmçinin Lənkəran rayonu Xanbulan kənd sakini Anar Nurməmməd oğlu Cabbarov da 4 aya yaxındır Rusiya-Ukrayna cəbhəsində itkin düşüb.



Bir  gün əvvəl Rusiya ordusunun tərkibində Ukraynaya qarşı müharibədə vuruşan daha bir Azərbaycan vətəndaşının ölümü ilə bağlı xəbər yayılmışdı. Xaçmaz rayon sakini Rafiq Aydın oğlu Məmmədovun “Axmat” xüsusi təyinatlı dəstəsində döyüşdüyü bildirilirdi. Onun nə vaxt və harada öldüyü məlum deyil.

İki gün əvvəl isə 44 günlük müharibədə iştirak edən və 20 ildən çox xidmət etdikdən sonra tərxis edilən Azərbaycan ordusunun ehtiyatda olan zabiti Famil Namaz oğlu Ruşanovun itkin düşməsi xəbəri yayıldı. O, beş ay əvvəl Ukraynadakı müharibə zamanı yoxa çıxıb. Məlumata görə, Ruşanov 25-ci Rusiya Ordusunun 37-ci alayında döyüşüb.




Bir neçə gün əvvəl Rusiya ordusunda xidmət edərkən Ukraynaya qarşı döyüşlərdə həlak olan Azərbaycan Ordusunun ehtiyatda olan zabiti və tibb xidmətinin kapitanı Qafur Cəmaləddin oğlu Həsənovun ölüm xəbəri yayıldı.

Həsənov 44 günlük müharibə zamanı Goranboy Briqadasının tibb xidmətinin rəisi vəzifəsində çalışıb və Azərbaycan Bayrağı ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib. Mərhumun yaxınlarının sözlərinə görə, Azərbaycan Ordusundan tərxis olunduqdan sonra Həsənov Rusiyaya gedib və müqavilə ilə xidmətə başlayıb, daha sonra isə Ukraynada döyüşməyə göndərilib.



Təbii ki, bunlar hələ ictimailəşən, barəsində məlumat yayılan faktlardır. Bundan qat-qat daha artıq ölüm, yaralanma, əsir və itkin düşmə hallarının olduğu heç bir şübhə doğurmur. Təəssüf ki, hətta Ukrayna tərəfinə əsir düşən azərbaycanlılara dair videolara da rast gəlinir...

Son zamanlar belə xəbərlərin artması bir neçə səbəbdən irəli gələ bilər. Birincisi, məlum məsələdir ki, bu halların kökündə insanların sosial durumu dayanır. Təəssüf ki, yaşayış, iş, maaş sarıdan əziyyət çəkən həmvətənlərimizin ən çox üz tutduğu istiqamətlərdən biri Rusiya olaraq qalır. Rusiyanın özündə isə iqtisadi vəziyyət heç də ürəkaçan deyil, digər yandan, müharibə başlayanadan bəri miqrantlara qarşı təzyiqlər dəfələrlə artıb, onların qazanc yerləri azalıb və sair. İqtisadi vəziyyət ağırlaşdığından hətta rusların özləri belə yüksək maaş müqabilində orduya yazılıb, cəbhəyə gedirlər və göründüyü kimi, bu sıraya qazanc axtaran digər millətlər kimi azərbaycanlılar da qoşulur...



Daha bir səbəb soz zamanlar həmvətənlərimizi Ukraynada pul müqabilində döyüşməyə şirnikləndirən və onların bunun üçün toplanmasını təşkil edən ayrı-ayrı şəxslərin və mərkəzlərin çoxalması, fəallaşmasıdır. Bununla bağlı mediada və sosial şəbəkələrdə məlumatlara rast gəlinir. Nəticədə, xüsusilə də döyüş təcrübəsi olan keçmiş Azərbaycan hərbçilərinin Rusiya silahlı qüvvələrinə getdikcə daha çox cəlb olunduğu barədə məlumatlar artır. Bəzi məlumatlara görə, bu rəqəm yüzlərlə ola bilər. Həmçinin də, artıq xeyli müddətdir Rusiyada yaşayan və sosial vəziyyəti pis olan Azərbaycan vətəndaşlarının Ukraynaya qarşı müharibədə döyüşmək üçün cəlb olunduğu barədə vaxtaşırı məlumatlar yayılır. Bunun üzərinə rəsmən Rusiya vətəndaşı olan azərbaycanlıları da gəlsək, kifayət qədər acınacaqlı mənzərə yaranır. Odur ki, son zamanlar həlak olan, yaralanan, itkin və əsir düşən həmvətənlərimiz barədə xəbərlərin, faktların çoxalması təbii görünür. Lakin bu, nə qədər təbiidirsə, ondan daha da çox narahatedicidir.

Bu acınacaqlı və təhlükəli halın qarşısının alınması istiqamətində isə hələlik hər hansı ciddi tədbirlərə, addımlara rast gəlinmir. Təəssüf ki, bu mövzu son günlər tez-tez gündəmə gəlsə də, bununla mübarizə aparmalı olan hüquq-mühafizə, prokurorluq və digər orqanların reaksiyası görünmür. Telekanallarda, mediada həmvətənlərimizi bu cür addımlardan çəkindirən çıxışlara, rəsmi məlumatlara, təbliğat materiallarına rast gəlinmir. Ancaq bunun vaxtı çoxdan çatıb və heç olmasa indi bu istiqamətdə addımlar atılmasa, Ukraynadan azərbaycanlılarla bağlı gələn ölüm, yaralanma, əsir və itkin düşmə barədə xəbərlər daha da çoxala bilər. Bu xəbərlər isə həm kədərli və təəssüf doğurucudur, həm də işğaldan əziyyət çəkmiş və işğalçıya qalib gəlmiş bir xalqa, ölkəyə qətiyyən yaraşmır...

Cəlal Məmmədli

“AzPolitika.info”

Fotoda: Elnur Mirismayılzadə

Fotoda: Anar Cabbarov

Fotoda: Bəhlul Abbasov



Oxunub: 2 415
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 18:12 | 800 manat alıb ər-arvadı barışdıracağını dedi - Boşandılar...
    Dünən, 18:09 | Azərbaycan və Yaponiya arasında vizasız rejim... - Hacıyev
    Dünən, 18:08 | Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü
    Dünən, 18:06 | Şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyuldu
    Dünən, 17:26 | Keçmiş icra başçısı Rusiyada vəfat etdi
    Dünən, 15:55 | 72 manatlıq ilk qonorar, 30 illik sevda - “Şərq”də keçən ömrüm
    Dünən, 14:22 | Bəzi gənclər niyə öz ixtisasları üzrə işləmək istəmirlər?
    Dünən, 14:12 | Azərbaycan idmançıları natural bodibildinq və fitnes üzrə Avropa çempionatında uğur qazanıblar - Video
    Dünən, 13:45 | Azərbaycan QHT-ləri İran Prezidenti Məsud Pezeşkiana açıq məktub ünvanlayıb
    Dünən, 13:44 | Dövlət başçısından daha bir SƏRƏNCAM
    Dünən, 13:42 | Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib
    Dünən, 13:23 | YAP-ın Balakən təşkilatının eks-sədri həbs edildi
    Dünən, 13:21 | Ermənistana keçən azərbaycanlı çoban geri qaytarıldı
    Dünən, 13:10 | Qarabağ qazisi vəfat etdi
    Dünən, 12:57 | Həyətdəki ağacı kəsdi: arvadı faciəvi şəkildə öldü
    Dünən, 12:54 | Azərbaycanın Milli Qəhrəmanının son durumu açıqlandı
    Dünən, 12:50 | İranda Azərbaycan dilində tədris aparılan bir məktəb yoxdur – Nazirlik
    Dünən, 12:45 | Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır- Dilsuz Dəmirçiyevin klubunda nələr yaşanır?
    Dünən, 12:43 | EYNİ DƏRMAN APTEKLƏRDƏ NİYƏ FƏRQLİ QİYMƏTƏ SATILIR? - Tarif Şurasından açıqlama
    Dünən, 12:40 | U-15 dünya çempionatı: Azərbaycan millisi İsrail yığmasını məğlub edib
    Dünən, 12:34 | Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”
    Dünən, 12:32 | Tibb xidməti leytenantı Adil Əfəndiyevin əziz xatirəsi ehtiramla anıldı
    Dünən, 11:50 | 14 İCRA HAKİMİYYƏTİNDƏ MİLYONLUQ YEYİNTİLƏR – Vəsaitlər necə mənimsənilib?
    Dünən, 11:42 | İlham Əliyev Aleksander Van der Belleni təbrik etdi
    Dünən, 11:38 | BŞİH: Ağacların kəsilməsində qayda pozuntusuna yol verən əməkdaş işdən azad edilib
    Dünən, 10:01 | Bakıda deputatın oğlunun da olduğu cinayətkar birliyin fəaliyyəti ilə bağlı RƏSMİ MƏLUMAT
    Dünən, 09:27 | Abşeronda qaz problemi: "Ödədiyimiz 31 min manatın da aqibətindən xəbərsizik" - Video
    Dünən, 09:24 | Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
    Dünən, 09:19 | Qubadlı əməliyyatının az bilinən detalları: Xanlıqda nə baş verib? - Video
    Dünən, 09:14 | Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Dünən, 09:07 | Məktəb dərsliklərində plagiat iddiası: Nazirlikdən açıqlama - Video
    Dünən, 09:05 | Peşə təhsili müəssisələrində yüzlərlə vakant ştat boş qalıb? - Video
    Dünən, 09:01 | Netanyahu İrandan danışdı, nüvə partlayışını əks etdirən görüntü paylaşdı - Foto
    25-10-2026, 20:08 | "Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
    25-10-2026, 16:33 | Ukraynadan Rusiya ordusuna ağır zərbə
    25-10-2026, 14:56 | Altı il öncə bu gün – 25 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR
    25-10-2026, 14:34 | Azərbaycan Premyer Liqasında IX tur başa çatır: "Sabah" "Qarabağ"ı qəbul edir
    25-10-2026, 13:43 | Azərbaycanın U-15 millisi dünya çempionatında növbəti qələbəsini qazandı
    24-10-2026, 22:36 | “Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
    24-10-2026, 22:34 | Millimizdən dünya çempionatında böyükhesablı qələbə
    24-10-2026, 21:48 | Bəzi tibb işçilərinin maaşına 50 faizədək əlavə veriləcək
    24-10-2026, 21:37 | Məşhurlar ən çox bu kokteyli içir
    24-10-2026, 21:34 | Kafedəki dəhşətli qətlə görə, deputatın oğlunu hansı cəza gözləyir?
    24-10-2026, 21:30 | Çay içənlərə XƏBƏRDARLIQ
    24-10-2026, 21:25 | 10 yaşlı uşağa təcavüz edən "Akula Akif"in dəhşətli cinayəti: "Cinlər məni yoldan çıxardı"
    24-10-2026, 21:20 | Zeytun Festivalının açılışı olub - Foto
    24-10-2026, 20:55 | “Neftçi” - “Turan Tovuz” matçında heç-heçə, “Kəpəz”dən qələbə
    24-10-2026, 20:30 | Azərbaycanın iki güləşçisi dünya çempionatında finala yüksəldi
    24-10-2026, 20:27 | U-15 DÇ: İlham Əliyev millinin oyununu izləyir
    24-10-2026, 20:26 | Qətl törədib gizlənən şəxslər saxlanıldı - DTX-dən əməliyyat
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.