Mediaxeberleri.az
    
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
    "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
  • 
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?

Son xəbərlər :
  • 800 manat alıb ər-arvadı barışdıracağını dedi - Boşandılar...
  • Azərbaycan və Yaponiya arasında vizasız rejim... - Hacıyev
  • Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü
  • Şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyuldu
  • Keçmiş icra başçısı Rusiyada vəfat etdi
  • 72 manatlıq ilk qonorar, 30 illik sevda - “Şərq”də keçən ömrüm
  • Bəzi gənclər niyə öz ixtisasları üzrə işləmək istəmirlər?
  • Azərbaycan idmançıları natural bodibildinq və fitnes üzrə Avropa çempionatında uğur qazanıblar - Video
  • Azərbaycan QHT-ləri İran Prezidenti Məsud Pezeşkiana açıq məktub ünvanlayıb
  • Dövlət başçısından daha bir SƏRƏNCAM
  • Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib
  • YAP-ın Balakən təşkilatının eks-sədri həbs edildi
  • Ermənistana keçən azərbaycanlı çoban geri qaytarıldı
  • Qarabağ qazisi vəfat etdi
  • Həyətdəki ağacı kəsdi: arvadı faciəvi şəkildə öldü
  • Azərbaycanın Milli Qəhrəmanının son durumu açıqlandı
  • İranda Azərbaycan dilində tədris aparılan bir məktəb yoxdur – Nazirlik
  • Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır- Dilsuz Dəmirçiyevin klubunda nələr yaşanır?
  • EYNİ DƏRMAN APTEKLƏRDƏ NİYƏ FƏRQLİ QİYMƏTƏ SATILIR? - Tarif Şurasından açıqlama
  • U-15 dünya çempionatı: Azərbaycan millisi İsrail yığmasını məğlub edib
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Ərdoğanın "Azərbaycan aslanı" dediyi qəhrəman

  • Tarix: 18-12-2025, 19:22

Ədalət Verdiyev, hərbi ekspert.

Böyük Qələbəyə aparan yol çətin və mürəkkəb olub. Onillərlə davam edən bu şərəfli yolda minlərlə igid oğullarımız düşmənə qarşı son damla qanlarına qədər mübarizə aparıb, ölkəmizin müstəqilliyi və azadlığı yolunda şəhidlik zirvəsinə ucalıblar. Üçrəngli Bayrağımızın Azərbaycanın bütün ərazilərində dalğalanmasına görə hamımız bu qəhrəman övladlarımıza börcluyuq. Onlarla daim qurur duyur, fəxr edirik.
Azərbaycanın qəhrəman övladlarından biri də Aprel döyüşlərində şəhid olan Xüsusi Təyinatlı Qüvvələrimizin tabor komandiri kapitan Mühüd Orucov idi. Vətənimizin mənafeyini hər şeydən üstün tutan Mühidin keçdiyi döyüş yolu hər bir azərbaycanlı, xüsusilə də hərbçilərimiz üçün örnək hesab oluna bilər.

Uşaqlıq illəri

13 iyul 1984-cü ildə Qazax rayonunun Fərəhli kəndində dünyaya göz açan Mühüdün uşaqlığı Ermənistan ilə sərhəddə yerləşən kənddə keçmişdi. Düşmən əhali arasında təlaş yaratmaq məqsədilə atəşi daim pozur, bu isə əhalini narahat edirdi, bəzən isə bu təxribatlar təsərrüfat işləri görən əhali düşmən gülləsinə tuş gəlirdi. Məhz bu düşmən təxribatları balaca Mühidin zabit olmaq qərarına səbəb olmuşdu. Atası Mühüdü düşməndən qorxmamağı, igid Azərbaycan əsgərlərinin onları qoruduğunu təlqin edirdi. Hərbi formaya xüsusi rəgbəti olan Mühüd atasına söz vermişdi: “Ya şəhid olacağam, ya da general”.

Hərbi təhsil illəri

Mühüd orta məktəbi 8-ci sinifə qədər doğma kəndində oxudu, sonra isə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil oldu. 2002-ci ildə Litseyi bitirib Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. 2006-cı ildə isə həmin məktəbi “qoşun kəşfiyyatı” ixtisası üzrə bitirdi. 2006–2007-ci illərdə isə Təlim-Tədris Mərkəzində zabit hazırlığını tamamladı.


Bir tərəfdən vətənə olan bağlılığı, digər tərəfdən də, atasına verdiyi söz Mühüdün hərbi məktəbi müvəffəqiyyətlə bitirməsi ilə nəticələnmişdi. Düşünmək olardı ki, o, artıq bir qədət rahatlaşacaq. Amma Mühüd bunlarla kifayətlənmirdi, daim öz üzərində işləyirdi. Xüsusi hazırlıq, atəş hazırılığı və idmanda yüksək nəticələr göstərirdi. Dəfələrlə Azərbaycanda və digər dost olkələrdə müxtəlif hərbi yarışlarda iştirak edən Mühid həm yüksək nəticələr əldə edirdi, həm də beynəlxalq kurslarda fərqli təlimlər keçirdi. 1999-cu ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2002-2006-cı illərdə H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində “qoşun kəşfiyyatı” fakultəsini bitirir, təhsilini bitirdikdən sonra Müdafiə Nazirliyinin əmrilə "N" saylı hərbi hissədə kəşfiyyat taqım komandiri, daha sonra isə Xüsusi Təyinatlı Qüvvələrdə tabor komandiri vəzifəsinə qədər yüksəlir. Mühid Orucovun vəzifələri artdıqca qəhrəmanlıq salnamələri də genişlənirdi.

Təlimlərdə daim birinci

Mühid 2008-ci ilin avqust ayının 8-dən noyabr ayının 15-nə kimi Türkiyədə Dağ Komando Okulunda komando kursunda təlim keçib. Kursda olduğu müddətdə Mühid özünü çox intizamlı və nümunəvi hərbçi kimi göstərib. Bütün müəllimlər, bütün təlimatçılar hamısı Mühüdü barmaqla göstərir və “Azəri komutanımız” deyə çağırırdılar. Mühüd bu adı öz intizamı, fiziki hazırlığı ilə qazanmışdı. Mühüd hər sahədə birinci idi. İstər fiziki hazırlığında, istər atəş hazırlığında, istər fənn nəzəri imtahanlarda. Bütün təchizatla 27 km-lik məsafəyə qaçış üzrə yarışlarda Mühüd daim birinci olurdu. Bu kurslarda daşqa dövlətdən gələn xüsusi təyinatlılar da iştirak edirdi, Mühüd onların hamısını arxada qoyurdu. Daim hər yerdə birinci olurdu.


2008-ci ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mühüdün iştirak etdiyi Komando Dağ Təlim Mərkəzini ziyarət edir. Cənab Ərdoğan gələndə kürsantlar təlim nöqtələrini nümayiş etdirilməli idi. Hazırlıq üçün vaxt da az idi. Heyət 76 metrlik qüllədən enməli və müxtəlif məşğələləri yerinə yetirməli idi.
Heyət məğqlərə davam edərkən Mühüd türk təlimatçılar ilə mübahisə edir. Mübahisə yaralının 76 metrlik dağ qülləsindən endirilməsi ilə bağlı idi. Təlimatçılar Mühüdə deyirdilər ki, bunü etmək çox çətindir. Öz ağırlığında adamı iplə belinə bağlayıb üzü aşağı endirmək mümkünsüzdür və çox risklidir. İpi saxlamaq çətin məsələdir, yaralı kütləsinin təsiri altında yüksək sürətlə yerə çırpıla bilər. Tapşırığı yerinə yetirməmək təhlükəsi qaçılmaz ola bilərdi. Təlimatçılar kursantlar arasında bu vəzifəni nümunəvi şəkildə icra edə biləcək kiminsə olduğunu təsəvvür etmirdilər.

Mühüd hər zamanki kimi fərqləndi. O, təlimatçılara qəti şəkildə bildirdi: “Mən bu vəzifəni icra edəcəm”. Hamı tərəddüd edirdi. Mühid isə israr edirdi: tapşırığı verin mənə. Normalda yaralını onun belinə bağlamalı idilər və Mühid kəndirdən aşağı enməli idi. Amma gözlənilməz hadisə oldu: haradasa 15 dəqiqəlik fasilədə təlimatçılar başqa yerə gedirlər. Mühüd isə 15 dəqiqə həmin “yaralını” belində kəndirlə havada saxladı. Təlimatçılar qayıdanda heyrətə gəldilər ki, Mühüd bunu necə edib. Çünki bu, hər adamın bacaracağı iş deyildi.

“Azərbaycan Aslanı”

15 dəqiqədən sonra hamı düşünürdü ki, Mühüd yorulub və nümayiş zamanı enişi nümunəvi şəkildə icra edə bilməyəcək. Amma bu olmadı. Cənab Rəcəb Tayyib Ərdoğan gələndə hamı eniş etməyə başladı və Mühüd ən nümunəvi şəkildə vəzifəsini icra etdi. Biz dağ qülləsindən enəndə yüksək səslə qışqırırdıq: “Hazırız, Komandoyuz, Güclüyüz”. Hamının diqqəti Mühüddə idi, hamı nəfəsini udub ona ona baxırdı. Mühüdün fiziki imkanları cənab Ərdoğanı da heyrətləndirmişdi. Nümünəvi təlimlər bitən kimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mühüdü yanına çağırdı. Mühüd yaxınlaşaraq yüksək səslə məruzə etdi: “Üsteymen Mühüd Orucov”. Prezident soruşdu: “Aslan komando, nərəlisin?” Mühüd: “Sayın Cumhurbaşkanım, Azərbaycan türküyüm”. Ərdoğan fəxrlə onun çiyninə vurub: “Azərbaycan Aslanı!”

Bununla da Mühüd Türkiyə Prezidentindən “Azərbaycan Aslanı” adını qazanan ilk hərbçimiz oldu və bu adı daim şərəflə daşıdı.

Kurs müddətində Mühüd ən yüksək nəticələr əldə edərək 2000 nəfərin iştirak etdiyi təlimləri “Kurs Birincisi” olaraq başa vurdu. Buraxılış mərasimində Təlim Mərkəzinin Komandanlığı Mühüdə hədiyyə və “Kurs Birincisi” sertifikatını şəxsən təqdim etdi.

Döyüş Yolu

Orucov daha çox riskli və könüllü olaraq ən çətin əməliyyatlarda iştirakı ilə tanınırdı. Uğrlarına görə həm Ali Baş Komandan, İham Əliyev, həm müdadiə naziri, həm XTQ Komandanı tərəfindən dəfələrlə təltif olunub. Hətta qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan da Mühüdün igidliyini yüksək qiymətləndirərək onu “Azərbaycan Aslanı” adlandırıb. Hər kəs onu ya bu, ya da “Mixaylo” adı ilə xatırlayır. Onun döyüş yolu həqiqətən də çoxsaylı qəhrəmanlıqlar salnaməsidir.


Mühüd həm döyüşdə, həm xidmətdə daim tabeliyində olanlara və rəhbərliyə qarşı ədalətli və intizamlı olub, heç vaxt özünü tabeliyində olanlardan üstün tutmayıb, rəhbərlik tərəfindən döyüşlərdə fərqlənənləri heyətin təltif olunması üçün əlindən gələni edib, özünün təltifi barədə heç vaxt düşünməyib. Tabeliyində və ərtafında olan hərbçiləri daim böyük qələbəyə, torpaqlarımızı azad etməyə, şəhidlərimizin qisasını almağa səsləyib. Vətən torpaqlarını düşməndən azad edilməsi Mühüdin daimi həyat qayəsi idi.

Mühüd xarakter olaraq fərqli insan idi. Ətrafında olan döyüşçülər onun istirak və ya rəhbərlik etdiyi xüsusi əməliyyatlarda nə qədər vətənpərvər, qətiyyətli, qorxmaz, savadlı və iradəli bir zabit olduğunu daim vurğulayılar. Döyüşçü dostları Mühüdlı istənilən əməliyyatda iştirak etməyə hazır idilər, çünki Mühüd Qələbə rəmzi idi. Onun iştirak etdiyi əməliyyatda döyüş tapşırığı mütləq yerinə yetirlməli idi.

Hesab edirəm ki, vətənimizin azadlığı uğrunda gedən döyüşlərdə şücaət göstərən Mühid Orucovun həyatı, keçdiyi şərəfli döyüş yolu, göstərdikləri müstəsna xidmətlər hələ tam şəkildə araşdırılmayıb. Mühidin iştirak etdiyi çox sayda xüsusi əməliyyatlar barədə məlumatlar müəyyən məhdudiyyətlər səbəbindən geniş auditoriyaya indiyə qədər məlum deyildi. Onların bəziləri barədə ictimaiyyətə məlumat vermək istəyirəm, cünki xalqımız qəhrəman övladlarını və onların bizim üçün etdikləri fədakar fəaliyyətlər ilə yaxından tanımalıdır. Xatırladıram ki, məqalə uzun həftələr ərzində Mühüdün ərtafında olan, onunla bərabər vəzifələrdə xidmət edən və döyüşlərdə iştirak edən vəzifəli şəxslərlə aparılan söhbətlərdən sonra yazılıb. Əldə edə bildiyim faktları olduğu kimi yazmışam. Bir kəlmə artırmadan. Amma bunlar hamısı deyil və müəyyən səbəblərdən əməliyyat detalları həddən çox qısa bir formada yazmışam.
Məqalədə bəhs edilən bəzi döyüş əməliyyatlarının düşmən üçün nə qədər ağır nəticələrə səbəb olduğu Ermənistan mətbuatında öz əksini tapıb.

Bilinməyən qəhrəmanlıqlar

25 mart 2012-ci ildə Gədəbəy rayon ərazisində düşmən təxribatının qarşısını alarkən Mühüd tabeliyində olan kiçik bir qrup ilə düşmənin üzərinə əks hücuma keçmiş və düşmənin postuna basqın etmişdi. Bu əks hücum nəticəsində Mühüdün qrupu düşmənin bir manqasının 10 nəfərə qədər canlı qüvvəsinin məhv etmişdir.

25 dekabr 2012-ci ildə Gədəbəy rayon ərazisində Mühüd növbəti dəfə düşmən təxribatının qarşısını almaq məqsədilə tabeliyində olanlara əks hücuma keçməyi əmr edərək düşmənin 12 nəfər canlı qüvvəsini məhv etmişdir.

25 dekabr 2014-ci ildə Ağdam rayon ərazisində düşmən təxribatının qarşısını alarkən Mühüd döyüş yoldaşları ilə düşmənin üzərinə əks hücuma keçərək döyüş mövqeyində olan və müqavimət göstərən düşmənin 10 nəfərə qədər canlı qüvvəsini məhv etmişdir.

19-20 yanvar 2014-cü il Fizuli rayon ərazisində düşmən təxribatının qarşısını alarkən Mühüd tabeliyində olan kicik bir qrup ilə düşmənin mövqeyinə basqın edərək onun 14 nəfərə qədər canlı qüvvəsini məhv etmişdir. Bu əməliyyata görə Mühüd müdafiə naziri tərəfindən qiymətli hədiyyə ilə mükafatlandırılıb.
1-2 avqust 2014-ci ildə Ağdam rayon ərazisində düşmən təxribatının qarşısını alarkən Mühüd və yanındakı iki nəfələ birlikdə xüsusi təyinatlı bölmələrin üzərinə əks hücuma keçərək düşmənin 18 nəfər xüsusi təyinatlı bölməsini məhv etmişdir və döyüş yoldaşlarını düşmən pusqusundan xilas etmişdir. Bu əməliyyata görə Ali Baş Komandan İlham Əliyev cəbhə bölgəsində Mühüd ilə şəxsən görüşüb, ona uğurlar arzu edərək qiymətli hədiyyə- Qızıl Saat ilə mükafatlandırılıb.

10-12 avqust 2015 ci ildə Goranboy rayon ərazisində başqa bir qrup düşmən təxribatının qarşısını alarkən Mühüd düşmən ehtiyatlarının əraziyə yaxınlaşmasının qarşısını almaq üçün tabeliyində olan az sayda heyətlə uğurlu pusqu əməliyyatı icra etmişdir. Nəticədə düşmənin “Kamaz” və UAZ markalı avtomobillərini 22 nəfər canlı qüvvəsi ilə birlikdə məhv edilmişdir.

1-3 sentyabr 2015-ci ildə Kəlbəcər ərazisində düşmən təxribatının qarşısını alarkən Mühüd azsaylı heyət ilə “Canavar” postlari arasinda pusqu əməliyyatı icra edərək düşmənin bir “Kamaz” markalı avtomobilini və onun içində olan 16 nəfər heyət ilə birlikdə məhv etmişdir.

17 dekabr 2015-ci ildə Goranboy rayon ərazisində düşmən təxribatının qarşısını alarkən Mühüd öz heyəti ilə pusqu əməliyyatı icra edərək düşmənin bir avtomobil texnikasını və 6 nəfər şəxsi heyətin məhv etmişdir.

Son döyüş

1 aprel 2016-cı ildə Goranboy rayon ərazisində düşmən təxribatının qarşısını alarkən Mühüd Talış kəndi istiqamətində düşmənin 22 nömrəli postunu ələ keçirmiş və düşmənin taqımının 13 nəfər şəxsi heyətini məhv etmişdir. Həmin postun müdafiəsi üçün 02.04.2016-cı il saat 23:00 radələrindən etibarən səhərə qədər düşmən hücumlarının qarşısını almışdır. Düşmən əks hücum zamanı onlarla canlı qüvvəsini itirərək geri çəkilmişdir. Səhərə qədər Mühüd öz bölməsi ilə fadakarlıq və qəhramanlıq göstərərək həmin postu əlində saxlamışdır. Artıq səhər açılanda düşmənin itkilərin sayını öz gözləri ilə görən hərbi hissə komandiri mayor Mirzəyev Murad Mühüdə demişdir: Əgər düşmənin bu itkilərini yuxarı komandanlıq görərsə, elə burada sizə “Milli Qəhraman” fəxri adı ilə təltif edərdi. Siz əsl qəhrəmansınız”.

Səhərə qədər əks hücum edən düşmən bir nəticə əldə etmədiyinə görə növbəti əks hücumunu 03.04.2016-cı il tarixində saat 10:00 radələrində həyata keçirir. Bu əks hücumda düşmənin bir tank bölüyü, bir artliieriya bateriyası və bir xüsusi təyinatlı taboru iştirak edirdi. Mühüd hücuma keçən düşmənin bu qədər qüvvəsinin qarşısını almağın çox çətin olacağını bilirdi, amma həmin postda Mühüd və bölməsi 2 saat qəhrəmancasına və böyük fədakarlıqla döyüşdülər, əllərində olan silahlarla düşmənin bir neçə tankını və bölmələrini məhv etdilər.
Sursatlar qurtarsa belə Mühüd postu son nəfəsinə kimi qəhramancasına müdafiə etmiş və sona qədər döyüş mövqeyini tərk etmədi. Düşmənin tank və artileriya atəşləri nəticəsində Mühüd tabeliyində olan heyətlə birlikdə döyüş mövqeyində qəhrəmancasına şəhid oldu.

Beləliklə aprelin 3-nə keçən gecə Talış yüksəkliyi uğrunda gedən ağır döyüşlərdə mərmi partlayışı nəticəsində qəhrəmancasına şəhid olan Mühüd aprelin 9-da öz doğma kəndi Fərəhlidə böyük izdihamla son mənzilə yola salındı.
Mühüd şəhid olanda sonra 5 yaşında iki əkiz övladı bizə yadigar qalıb. İndi artıq böyüyüblər və anlayırlar ki, onların ataları ilə hər bir Azərbaycan vətəndaşı fəxr edir.
Biz Mühid Orucovu və onun Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsi istiqamətində etdiyi qəhrəmanlıqları heç bir vaxt utunmayacağıq!
Kapitan Orucov hələ xidmət illərində “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi”, “Qüsursuz xidmətə görə” III dərəcə, “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcə, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” medalı, “Hərbi xidmətdə fərqlənməyə görə” II dərəcə medalları onun fəaliyyətinin real göstəricisidir. Kapitan Mühüd Orucov şəhidlik zirvəsinə ucaldıqdan sonra Prezident İlham Əliyevin sərəncamı ilə “İgidliyə görə” medalına layiq görülüb.

Şəhadətin Zirvəsi

Aprel döyüşləri zamanı Mühüd Orucov düşmənin “keçilməz Ohanyan səddini” rahatlıqla keçən ilk qəhrəmanlardan biri oldu və adını Aprel döyüşlərinin tarixinə yazdırdı. Mühüd həm döyüşürdü, həm də yaralı əsgərlərini döyüş zonasından çıxarırdı. Son damlasına qədər bu vətənin bütövlüyü uğurunda döyüşən Mühidin şəxsi igidliyi sayəsində döyüş növqeyini qoruyub-saxlamaq mümkün olmuşdu. Sonradan Mühüdün azad etdiyi bu mövqelər Vətən Müharibəsi zamanı əks hücum üçün mühum plasdarm rolunu oynadı. 44 günlük müharibədə ilk uğurlamızın bir hissəsini məhz Mühüdün şəhid olduğu bu mövqelərdən başlayan hücumlar nəticəsində əldə etdik.

Mühidin qəhrəmanlıqları və nailiyyətləri saymaqla bitməz. Bir zabitin 12 illik xidmət müddətində o qədər çox qəhrəmanlıqlar və nailiyyətlər əldə etməsi inanılmazdır. Daim ən çətin tapşırıqları üzərinə götürüb və daim birinci olub, hər bir döyüş vəzifəsinin öhdəsindən qəhrəmancasına gəlib. Mən çox sayda qəhrəmanlıq göstərən Azərbaycan hərbçiləri ilə birlikdə xidmət etmişəm, bəziləri ilə görüşmüşəm, onlar barədə döyüş yoldaşlarının fikirlərini dinləmişəm, bəziləri barədə oxumuşam, amma Mühüdün etdikləri tamam fərqlidir. Bunların bənzəri barmaqla sayılacaq qədərdir.

Mühüdün adı Azərbaycanın Qəhrəman Övladları siyahısına qızıl hərflərlə yazılıb. Şəhid kapitan Mühüd Orucov Azərbaycan Silahlı Qüvvələrinə ən çox xüsusi təpşırıqları uğurla icra edən,hərbi xidmət dövründə həm Azərbaycan Prezidenti İlham Əliyev, həm Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, həm müdafiə naziri və XTQ komandanı tərəfindən dəfələrlə təltif edilən tək hərbçidir. Mühüd hansı vəzifədə xidmət etməsindən asılı olmayaraq daim nümunəvi insan, vətənpərvər və peşəkar zabit olub. Mühüd səhadəti ilə qəhrəman Azərbaycan zabitinin əbədi adbidəsini uçaldıb. Onun və digər qəhrəman şəhidlərimizin əziz xatirəsi xalqımızın və dövlətimizin yaddaşında əbədi yaşayacaq.


Ədalət Verdiyev, hərbi ekspert.
AzVision.az 
üçün



Oxunub: 1 236
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 18:12 | 800 manat alıb ər-arvadı barışdıracağını dedi - Boşandılar...
    Dünən, 18:09 | Azərbaycan və Yaponiya arasında vizasız rejim... - Hacıyev
    Dünən, 18:08 | Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü
    Dünən, 18:06 | Şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyuldu
    Dünən, 17:26 | Keçmiş icra başçısı Rusiyada vəfat etdi
    Dünən, 15:55 | 72 manatlıq ilk qonorar, 30 illik sevda - “Şərq”də keçən ömrüm
    Dünən, 14:22 | Bəzi gənclər niyə öz ixtisasları üzrə işləmək istəmirlər?
    Dünən, 14:12 | Azərbaycan idmançıları natural bodibildinq və fitnes üzrə Avropa çempionatında uğur qazanıblar - Video
    Dünən, 13:45 | Azərbaycan QHT-ləri İran Prezidenti Məsud Pezeşkiana açıq məktub ünvanlayıb
    Dünən, 13:44 | Dövlət başçısından daha bir SƏRƏNCAM
    Dünən, 13:42 | Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib
    Dünən, 13:23 | YAP-ın Balakən təşkilatının eks-sədri həbs edildi
    Dünən, 13:21 | Ermənistana keçən azərbaycanlı çoban geri qaytarıldı
    Dünən, 13:10 | Qarabağ qazisi vəfat etdi
    Dünən, 12:57 | Həyətdəki ağacı kəsdi: arvadı faciəvi şəkildə öldü
    Dünən, 12:54 | Azərbaycanın Milli Qəhrəmanının son durumu açıqlandı
    Dünən, 12:50 | İranda Azərbaycan dilində tədris aparılan bir məktəb yoxdur – Nazirlik
    Dünən, 12:45 | Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır- Dilsuz Dəmirçiyevin klubunda nələr yaşanır?
    Dünən, 12:43 | EYNİ DƏRMAN APTEKLƏRDƏ NİYƏ FƏRQLİ QİYMƏTƏ SATILIR? - Tarif Şurasından açıqlama
    Dünən, 12:40 | U-15 dünya çempionatı: Azərbaycan millisi İsrail yığmasını məğlub edib
    Dünən, 12:34 | Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”
    Dünən, 12:32 | Tibb xidməti leytenantı Adil Əfəndiyevin əziz xatirəsi ehtiramla anıldı
    Dünən, 11:50 | 14 İCRA HAKİMİYYƏTİNDƏ MİLYONLUQ YEYİNTİLƏR – Vəsaitlər necə mənimsənilib?
    Dünən, 11:42 | İlham Əliyev Aleksander Van der Belleni təbrik etdi
    Dünən, 11:38 | BŞİH: Ağacların kəsilməsində qayda pozuntusuna yol verən əməkdaş işdən azad edilib
    Dünən, 10:01 | Bakıda deputatın oğlunun da olduğu cinayətkar birliyin fəaliyyəti ilə bağlı RƏSMİ MƏLUMAT
    Dünən, 09:27 | Abşeronda qaz problemi: "Ödədiyimiz 31 min manatın da aqibətindən xəbərsizik" - Video
    Dünən, 09:24 | Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
    Dünən, 09:19 | Qubadlı əməliyyatının az bilinən detalları: Xanlıqda nə baş verib? - Video
    Dünən, 09:14 | Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Dünən, 09:07 | Məktəb dərsliklərində plagiat iddiası: Nazirlikdən açıqlama - Video
    Dünən, 09:05 | Peşə təhsili müəssisələrində yüzlərlə vakant ştat boş qalıb? - Video
    Dünən, 09:01 | Netanyahu İrandan danışdı, nüvə partlayışını əks etdirən görüntü paylaşdı - Foto
    25-10-2026, 20:08 | "Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
    25-10-2026, 16:33 | Ukraynadan Rusiya ordusuna ağır zərbə
    25-10-2026, 14:56 | Altı il öncə bu gün – 25 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR
    25-10-2026, 14:34 | Azərbaycan Premyer Liqasında IX tur başa çatır: "Sabah" "Qarabağ"ı qəbul edir
    25-10-2026, 13:43 | Azərbaycanın U-15 millisi dünya çempionatında növbəti qələbəsini qazandı
    24-10-2026, 22:36 | “Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
    24-10-2026, 22:34 | Millimizdən dünya çempionatında böyükhesablı qələbə
    24-10-2026, 21:48 | Bəzi tibb işçilərinin maaşına 50 faizədək əlavə veriləcək
    24-10-2026, 21:37 | Məşhurlar ən çox bu kokteyli içir
    24-10-2026, 21:34 | Kafedəki dəhşətli qətlə görə, deputatın oğlunu hansı cəza gözləyir?
    24-10-2026, 21:30 | Çay içənlərə XƏBƏRDARLIQ
    24-10-2026, 21:25 | 10 yaşlı uşağa təcavüz edən "Akula Akif"in dəhşətli cinayəti: "Cinlər məni yoldan çıxardı"
    24-10-2026, 21:20 | Zeytun Festivalının açılışı olub - Foto
    24-10-2026, 20:55 | “Neftçi” - “Turan Tovuz” matçında heç-heçə, “Kəpəz”dən qələbə
    24-10-2026, 20:30 | Azərbaycanın iki güləşçisi dünya çempionatında finala yüksəldi
    24-10-2026, 20:27 | U-15 DÇ: İlham Əliyev millinin oyununu izləyir
    24-10-2026, 20:26 | Qətl törədib gizlənən şəxslər saxlanıldı - DTX-dən əməliyyat
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.