Banan qabığını atmadan əvvəl bunu oxuyun
Banan qabığı tərkibindəki antioksidantlar, lif və minerallar sayəsində sağlamlıq üçün olduqca faydalıdır.
Mediaxeberleri.Az bildirir ki, banan qabığı həzm sisteminin fəaliyyətini dəstəkləyir, qəbizliyin qarşısının alınmasına kömək edir və maddələr mübadiləsinə müsbət təsir göstərir.
Banan qabığı eyni zamanda dəri baxımında da istifadə olunur. Onun dəriyə tətbiqi qızartını azaltmağa, sızanaqların görünüşünü yüngülləşdirməyə, dərini nəmləndirməyə və dəri tonunu bərabərləşdirməyə kömək edə bilər. Tərkibindəki antioksidantlar dərinin daha canlı görünməsini təmin edir.
Banan qabığı dişlərin ağardılmasında, dəridəki xırda ləkələrin azaldılmasında və qaşınmanın yüngülləşdirilməsində də faydalı ola bilər. Lakin mütəxəssislər banan qabığından istifadə etməzdən əvvəl yaxşı yuyulmasını və həssas dərisi olan şəxslərin ehtiyatlı olmasını tövsiyə edirlər.





















