Səhəri bir stəkan kök suyu ilə açsanız nə baş verər?
Kök suyu A vitamini, beta-karoten, kalium və antioksidantlarla zəngin içkidir.

Mediaxeberleri.Az bildirir ki, kök suyu göz sağlamlığının qorunmasına, immun sisteminin güclənməsinə, dəri hüceyrələrinin yenilənməsinə və ürək-damar sağlamlığının dəstəklənməsinə kömək edir.
Kök suyu eyni zamanda həzm sisteminin fəaliyyətini yaxşılaşdırır, orqanizmdən toksinlərin atılmasına dəstək olur və enerji səviyyəsini artırır. Tərkibindəki liflər maddələr mübadiləsinə müsbət təsir göstərir.
Səhər acqarına kök suyu içmək ümumilikdə faydalı hesab edilir. Bu zaman vitaminlərin mənimsənilməsi daha asan olur. Lakin şəkərli diabet və insulin müqaviməti olan şəxslərə kök suyunu ölçülü miqdarda qəbul etmək tövsiyə edilir.
Oxunub: 29
Xəbəri paylaş
Paylaş:





















