Bakıda binada yanğın başladı
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində çoxmərtəbəli binada mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.
Oxunub: 38
Xəbəri paylaş
Paylaş:





















