Qaradağ Rayon İcra Hakimiyyətindəki əməliyyatda daha bir vəzifəli şəxs HƏBS EDİLDİ - VİDEO
Qaradağ Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı daha bir nəfər həbs edilib. Mediaxeberleri.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini işləyən Zülfüqar Hüseynbala oğlu Mansurov barəsində 3 ay 28 günlük həbs qətimkan tədbiri seçilib. O, təkrar külli miqdarda rüşvət almaqda ittiham olunur. Qeyd edək ki, icra hakimiyyətindəki əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilib. Əməliyyat nəticəsində icra başçısının müavini Nadir Muradov və böyük məsləhətçi (memar) Qafar Abdullayev də həbs edilib. Vəzifəlilər hamısı korrupsiyada ittiham olunur.
Oxunub: 100
Xəbəri paylaş
Paylaş:





















