Telefonunu çöldə şarj edənlərə mütəxəssislərdən vacib xəbərdarlıq
Hava limanı, kafe və ya otel... Telefonumuzun enerjisi azaldıqda və yanımızda adapter olmadıqda, çoxumuzun ilk işi ictimai USB şarj məntəqələrindən istifadə etmək olur. Amma kibertəhlükəsizlik mütəxəssisləri xəbərdarlıq edir: bu vərdiş şəxsi məlumatlarınızı və pulunuzu itirmənizə səbəb ola bilər. Mütəxəssislərin sözlərinə görə, "Juice Jacking" adlanan bu hücum metodu, zərərli proqram yüklənmiş şarj nöqtələri və ya kabellər vasitəsilə həyata keçirilir. Telefonunuzu bu cür USB porta taxdığınız anda kibercinayətkarlar aşağıdakıları edə bilirlər: Hindistanda polis əməkdaşı DPS Şreşta Thakur sosial mediada paylaşım edərək vətəndaşları bu təhlükə barədə xəbərdar edib: "USB kabellərindəki bəzi pinlər təkcə enerji ötürmək üçün deyil, həm də məlumat mübadiləsi üçün istifadə olunur. Bu isə hakerlər üçün açıq qapı deməkdir." Hindistanın İnformasiya Texnologiyaları Nazirliyinə tabe olan CERT-In (Kompüter Təcili Müdaxilə Mərkəzi) də bu mövzuda oxşar xəbərdarlıq edib. Rəsmilərin sözlərinə görə, hava limanları, otellər və kafelərdəki USB şarj nöqtələri pis niyyətli şəxslər tərəfindən manipulyasiya oluna bilər. Bu cür hücumlarda istifadəçilərin məlumatları şifrələnərək pul tələb edilə bilər və ya bank məlumatları oğurlana bilər. Həmişə öz adapterinizdən istifadə edin. İmkan varsa, divar naqilindən şarj edin, USB portlardan uzaq durun. Öz kabelinizi və powerbankınızı yanınızda daşıyın. Başqasının kabelindən və ya ictimai şarj məntəqələrindən istifadə etməyin. Cihazı qoşduğunuzda "Bu cihaz etibarlıdırmı?" xəbərdarlığı çıxarsa, "Etibar etmə" seçimini edin. USB debugging (sazlama) və pairing (qoşulma) rejimlərini bağlı saxlayın.
Lalə Qüdrətova
Milli.Az





















