"Qazprom"un rəhbərinin evindən 450 minlik oğurluq edən bağbanla bağlı QƏRAR
Bakı Apelliasiya Məhkəməsində “Qazprom” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Akif Həsənovun bağ evindən oğurluq etməkdə təqsirləndirilən Əkbər Bəşirlinin məhkəmə hökmündən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Mediaxeberleri.Az-ın əldə etdiyi nəticələrə görə, hakim Zamin İbrahimovun sədrliyi ilə bağlı prosesdə qərar elan edilib.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, bağban, 29 yaşlı Əkbər Bəşirli “Qazprom” şirkətinin Azərbaycan nümayəndəliyinin sahibi Akif Həsənovun ümumi dəyəri 450 manat - bahalı saatlar, qızıllar və pulları oğurlayıb. Onun evi qarətini ört-basdır etmək üçün yanğın törətdiyi təhlükəyə gəlinib.
Bağbanla ittiham qismən razılaşıb. O, evi yandırdığını boynuna almasa da, bəzi qiymətli əşyaları ələ keçirib satdığını etiraf edib.
Keçmiş məmur özü də məhkəmədə ifadə verib. O, hadisə yarım milyonluq qiymətli əşyaların oğurlandığını deyib. Evini də bağbanın yandırdığından olduğunu bildirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əkbər Bəşirli oğurluqda, əmlakı qəsdən məhv etməkdə, rəsmi sənədləri, möhür və ya ştampları məhv etməkdə təqsirli bilinib. Ona 7 il həbsi verilib. Bağbana qarşı vurduğu ziyana görə 450 min manatlıq mülki iddia da təmin edilib.





















