Ağstafada doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib - FOTOLAR
Ağstafa rayonunun Muğanlı kəndindən xəstəxanaya çatdırılmalı olan hamilə qadının vəziyyəti ağırlaşdığı üçün doğuş prosesi təcili tibbi yardım avtomobilində idarə olunub. Mediaxeberleri.Az xəbər verir ki, Ağstafada 103 Təcili və Təxirəsalınmaz Tibbi Yardımın Muğanlı bölməsinə 31 yaşlı qadının doğuş səbəbilə çağırış daxil olub. Ünvana təcili tibbi yardım briqadası göndərilib və xəstəxanaya aparılarkən 37 həftəlik hamilə qadının doğuş prosesi başlayıb. Həkim briqadası tərəfindən operativ müdaxilə edilməklə, doğuş prosesi elə təcili tibbi yardım avtomobilində gerçəkləşib. Təcili tibbi yardım briqadası tərəfindən zahı qadın və yenidoğulmuş uşaq (oğlan) ərazi üzrə ən yaxın ünvana, Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Doğuş şöbəsinə çatdırılıb. Hazırda ana və körpənin vəziyyəti stabildir.























