Şəkidə ağır qəza: 3 nəfər öldü
Şəkidə ölümlə nəticələnən yol qəzası baş verib. Mediaxeberleri.Az-ın APA-ya istinadən xəbərinə görə, oktyabrın 21-də saat 18 radələrində Şəki rayonu ərazisində “KİA” və “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə 3 nəfər hadisə yerində ölüb. DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Oxunub: 259
Xəbəri paylaş
Paylaş:





















