Cəlilabadda ağır QƏZA: Ölən və yaralılar var
Cəlilabad rayonunda baş verən yol-nəqliyyat hadisəsində yaralanan şəxslərin adları məlum olub. Mediaxeberleri.Az xəbər verir ki, onlar Zülfüqar Zaur oğlu Səfərli, Rza Ağahüseyn oğlu İdrak, Əmrah Əlyar oğlu Musayev, Mahir Səfər oğlu Əhimov, Əmrah Zaur oğlu Məmmədovdur. Yaralıların müalicəsi xəstəxanada davam etdirilir. Cəlilabadda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi təfərrüat məlum olub. Mediaxeberleri.Az xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistral yolunun Göytəpə şəhərindən keçən hissəsində qeydə alınıb. Belə ki, Astara istiqamətində hərəkət edən VAZ-2106 markalı minik avtomobili qarşı istiqamətdən gələn "Mercedes" markalı maşınla toqquşub. İlkin məlumata əsasən, qəza nəticəsində ölən və yaralılar var. Xəsarət alanlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Fakt ilə bağlı araşdırma aparılır.