Mediaxeberleri.az
    
  • Ağstafada Yeni Azərbaycan Partiyasının veteranı Akif Abbasovun anadan olmasının 85 illik yubileyi qeyd olunub - FOTOLAR
    Ağstafada Yeni Azərbaycan Partiyasının veteranı Akif Abbasovun anadan olmasının 85 illik yubileyi qeyd olunub - FOTOLAR
  • 
  • Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - FOTO
    Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - FOTO
  • 
  • Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR
    Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR
  • 
  • Azərbaycanlıların qatili Məmmədəli Əliyevin aqibəti...
    Azərbaycanlıların qatili Məmmədəli Əliyevin aqibəti...
  • 
  • TƏHSİL HAQQINI ARTIRAN UNİVERSİTETLƏR... - Bu ali məktəblərə 3-6 min ödəməyə dəyərmi?
    TƏHSİL HAQQINI ARTIRAN UNİVERSİTETLƏR... - Bu ali məktəblərə 3-6 min ödəməyə dəyərmi?
  • 
  • “PAŞİNYAN VAXT UDUR, İRAN NARAHATDIR, RUSİYA İSƏ...”– "İqtisadi azadlıqlar genişləndirilməli, sərhədlər açılmalıdır ki..."
    “PAŞİNYAN VAXT UDUR, İRAN NARAHATDIR, RUSİYA İSƏ...”– "İqtisadi azadlıqlar genişləndirilməli, sərhədlər açılmalıdır ki..."
  • 
  • Ağacları qanunsuz kəsənlər yaşıllıqlara 49 400 manat ziyan vurdular
    Ağacları qanunsuz kəsənlər yaşıllıqlara 49 400 manat ziyan vurdular
  • 
  • Şükufə Yusupovadan xəbər var
    Şükufə Yusupovadan xəbər var
  • 
  • Razi Nurullayev: “Yalvarır ki, arvadım başqası ilə yaşayır, onu mənə qaytar!” - VİDEO
    Razi Nurullayev: “Yalvarır ki, arvadım başqası ilə yaşayır, onu mənə qaytar!” - VİDEO
  • 
  • Soyuq qarpız yaşlılar üçün ölümdür - Professor açıqladı
    Soyuq qarpız yaşlılar üçün ölümdür - Professor açıqladı
  • 
  • Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
    Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
  • 
  • Azərbaycanın çoxşaxəli diplomatiyası: Regional platformalardan qlobal siyasi mərkəzə doğru
    Azərbaycanın çoxşaxəli diplomatiyası: Regional platformalardan qlobal siyasi mərkəzə doğru
  • 
  • Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
    Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
  • 
  • Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
    Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
  • 
  • Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
    Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
  • 
  • "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
    "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
  • 
  • Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
    Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
  • 
  • 300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
    300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
  • 
  • “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
    “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
  • 
  • Qızı Yaşar Nurini belə yad etdi - Foto
    Qızı Yaşar Nurini belə yad etdi - Foto
  • 
  • Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU
    Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU

Son xəbərlər :
  • Ermənilər Kərkini boşaldacaq – Paşinyan qərar verdi
  • Marketlərdə AÇIQ MÖHTƏKİRLİK.... - Ekspert deyir ki...
  • Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
  • "Kəpəz" - "Sumqayıt" matçında heç-heçə, "Şamaxı"dan qələbə
  • Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
  • İcra başçısı Qarabağda antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə ucalan qəhrəman oğulların ildönümlərində ailələrini ziyarət edib
  • Prezidentin xüsusi nümayəndəsi: "İlin sonunadək Ağdamda dörd yaşayış məntəqəsinin təhvil verilməsi gözlənilir"
  • 2-ci liqa: “Ağstafa Gəncləri” “Marafon”a səfərdə məğlub oldu
  • Qazaxda icra başçısı 2023-cü ildə Qarabağda antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə ucalan igid Vətən oğullarını məzarları başında ehtiramla yad edib
  • Rusiya taktikasını dəyişib, Polşa müharibəyə hazırlaşır
  • Azərbaycan Pakistana başsağlığı verdi
  • Dövlətçilik tariximizin şanlı salnaməsi
  • Sabah leysan olacaq
  • Benzin satışına yeni limit tətbiq edildi - Moskvada
  • İcazə verildi: Smartfonlar peyklərə qoşulacaq
  • İcra başçısı qəhrəman Vətən oğullarını məzarları başında ehtiramla anıb
  • İrəvanın puç olmuş "yeni müharibə" xülyası və Azərbaycanın yaratdığı alternativsiz nizam
  • Azərbaycandakı diplomatların şəxsi məlumatları satışa çıxarılıb - ŞOK
  • NATO şərq cinahında müharibəyə hazırdır - Draqone
  • Ukrayna Moskvanı “Flaminqo” ilə vurdu - Zelenski
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

RAMİZ MEHDİYEV – NANKORLUQ VƏ XƏYANƏT ANATOMİYASI - Onun planında kimlər olub?+ ŞOK ADLAR

  • Tarix: 18-10-2025, 21:40

Dövlət çevrilişinə cəhd və xəyanət ittihamı ilə həbs edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ətrafında kimlərin toplaşdığı və onun çirkin planında kimlərin iştirak etdiyi bu gün ictimaiyyətin ən çox müzakirə etdiyi mövzulardandır. 

Mediaxeberleri.Az xəbər verir ki, APA bu gün bunununla bağlı sensasiyalı məqalə yayımlayıb.

"Ramiz Mehdiyev – nankorluq və xəyanət anatomiyası: onun planında kimlər olub?” başlıqlı məqalənı qısa ixtisarla təqdim edirik:

Siyasi tarixinin dəyərlərinə və siyasi irsə dərin ehtiram

Prezident İlham Əliyev Azərbaycanın siyasi tarixinin dəyərlərinə, ənənələrə, siyasi irsə dərin ehtiram göstərən dövlət adamıdır. O, müstəqillik tariximizdə dövlətin və xalqın maraqları uğrunda cəsarətlə mübarizə aparan ictimai-siyasi xadimlərin, nüfuzlu şəxsiyyətlərin, habelə ağır, mürəkkəb bir dovrdə Azərbaycanın dövlət müstəqilliyinin bərpası və sonrakı mərhələdə ölkənin inkişafının təmin edilməsində misilsiz xidmətləri olan Ulu Öndər Heydər Əliyevin komandasında təmsil olunmuş şəxslərə də həmişə hörmətlə yanaşıb.

İlham Əliyev Ulu Öndərin komandasının üzvlərinin böyük bir qismi ilə siyasi hakimiyyətini davam etdirib, onların uzun illər iqtidarda təmsil olunmasına şərait yaradıb. Zamanı çatanda isə bu şəxslər yüksək dövlət təltifləri ilə mükafatlandırılaraq, hörmətlə təqaüdə yola salınıblar. Məsələn, sabiq baş nazir Artur Rasizadə “İstiqlal”, “Şöhrət”, “Şərəf” ordenləri ilə təltif olunub. O, təqaüddə olduğu dövrdə belə İlham Əliyev Artur Rasizadəni, onun xidmətlərini unutmayıb, Azərbaycan dövlətinə sadiqliyini dövlətin ən ali ordeni ilə qiymətləndirib. Bu il Prezident Əliyev təqaüddə olan Artur Rasizadəyə "Heydər Əliyev" ordenini şəxsən özü təqdim edib, sabiq baş naziri Ulu Öndərin və özünün sadiq dostu kimi yüksək dəyərləndirib. Eynilə, baş nazirin müavinləri Elçin Əfəndiyev, Abid Şərifov, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov və digər məmurlar da diqqətdən kənarda qalmayıblar, dövlətin ali mükafatları ilə təltif edilərək, təqaüdə yola salınıblar.

Qüsur, xəta bağışlanır, nankorluq və xəyanət yox!

Düzdür, məsul vəzifə daşıyan bu və digər şəxslərin müəyyən qüsurları, səhvləri, xətaları da olub ki, bu, hər bir işdə var. Əgər dövlətə təhlükə yaratmırsa, cəmiyyətin mənafelərini tapdalamırsa, onları bağışlamaq, üzərindən keçmək, güzəşt etmək olar və bəzi məqamlarda dövlət başçısı bunu da edib. Prezident İlham Əliyev üçün əsas prinsip dövlətə, dövlətçiliyə sədaqətlə xidmət, siyasi irsə hörmət olub.

Heç şübhəsiz ki, uzun müddətli siyasi hakimiyyət dönəmi yalnız sadiqlər, dövlətçilik prinsipi ilə xidmət edənlərlə xatırlanmır. Bu dövrdə dövlətə də, siyasi hakimiyyətə də, Prezident İlham Əliyevin etimadına da xələf çıxanlar olub. Bunların arasında dövlətə külli miqdarda ziyan vuran, onun siyasi və iqtisadi əsaslarına təhdid yaradan, müxtəlif dövlət çevrilişi ssenarilərində yer alan nankor və xəyanətkar məmurlar, siyasətçilər olub.

Azərbaycan siyasi hakimiyyəti və xüsusi xidmət orqanları son 22 ildə bir neçə dəfə dövlət çevrilişinə cəhdi, hakimiyyətin zorla ələ keçirilməsi üçün hazırlanmış planları ifşa ediblər. Müxtəlif vaxtlarda bütün siyasi taleyi üçün Ulu Öndərə və Prezident İlham Əliyevə minnətdar olmalı olan bəzi məmurların özgə qapılarından ümid dilənməyinin şahidi olmuşuq.

Abbas Abbasov – nankor yavər

Məsələn, Baş nazirin sabiq birinci müavini Abbas Abbasov bu siyahının “parlaq” nümayəndələrindən hesab oluna bilər. O da eynilə, 2006-cı ildə vəzifəsindən azad edildi və “İstiqlal” ordeni ilə təltif edilərək, hörmətlə yola salındı. Düşünmək olardı ki, bundan sonra o, akademik fəaliyyətlə, bizneslə məşğul ola, yaxud ailə mühitində nəvə-nəticələrinə babalıq edə bilər. Amma Abbas Abbasov hakimiyyət eşqinə düşdü və başqa paytaxtlarda nicat axtarmağa başladı.

2013-cü ildə Azərbaycanda dövlət çevrilişinə cəhd planlarını xatırlamaq yerinə düşər. Həmin vaxt Rusiyada "Milyarderlər ittifaqı" quruldu, azərbaycanlı iş adamları bu ittifaqa cəlb edildi, onların Azərbaycanın siyasi müxalifəti ilə əlaqələri formalaşdırıldı. Bu prosesdən bir qədər əvvəl “Ziyalılar Forumu” yaradılsa da, az sonra orda toplaşan ziyalılardan bəziləri məsələnin mahiyyətini anladılar. Məqsədini “cəmiyyətin problemlərinin müzakirəsi” elan edən Ziyalılar Forumunun bəzi üzvlərinin siyasi bəyanatlar səsləndirməsi digərlərinin bu klubdan uzaqlaşmasına səbəb oldu.

Bunun ardınca isə həmin “ziyalılardan” bir qisminin və radikal müxalifətin toplaşdığı “Milli Şura” adlı rusiyapərəst birlik formalaşdı. Prezident seçkilərindən sonra bu şuranın Rusiya prezidentinə məktubu da mediada yayıldı. Bütün bu prosesdə Rüstəm İbrahimbəyov irəli verilib, “Milli Şura”nın vahid namizədi elan olunsa da, hamıya aydın idi ki, dirijorun solo çıxış üçün müəyyənləşdirdiyi şəxs məhz Abbas Abbasovdur. Abbas Abbasov həmin vaxt nəinki Azərbaycanın daxilindəki köhnə tanışlarından istifadə edir, Rusiyada onunla eyni siyasi mövqedən çıxış etməyən diplomatlara, iş adamlarına və diaspora üzvlərinə qarşı repressiv cəzalar tətbiq etdirirdi. Yeri gəlmişkən, həmin vaxt xaricdə çalışan bəzi diplomatlarımız Abbas Abbasovun Rusiya bazarlarına qədər gedib, ordakı azərbaycanlıları belə bu prosesə qoşmaq istəməsi barədə açıqlamalar verirdilər. Bu açıqlamalardan sonra Ramiz Mehdiyev onların media çıxışlarına qadağa tətbiq etmişdi, Elmar Məmmədyarov isə diplomatları XİN sistemindən uzaqlaşdırmışdı.

Həmin dövrdə bu planlar baş tutmadı, xalqımız şimaldan əsən avantüra küləyinə aldanmadı, siyasi dəllallara dəstək vermədi. Bundan sonra Abbas Abbasov müəyyən dövr itdi, efirdə görünmədi. Sonra aydın oldu ki, o, milyarder Telman İsmayılovun yanında işə düzəlib. Belə ki, Abbasov İsmayılovun qonaqlarını qarşılayır, yola salır, bir sözlə, lakeylik edir, Telman İsmayılovun yavəri qismində çalışırdı. Bütün bu avantüradan sonra, 2013-cü ildə Rusiya prezidenti Vladimir Putin Azərbaycana səfər etdi. Həmin səfər çərçivəsində keçirilən müzakirələrlə bütün məsələlərə son qoyuldu.

Yeri gəlmişkən, Abbas Abbasov bu günə kimi Azərbaycana gələ bilmir. O, erməniəsilli qaynanasının dəfnində belə iştirak edə bilmədi.

Şimal küləyinə oynayan daha bir ad - Ramiz Mehdiyev

Siyasi əqidəsi şimal küləyi ilə sovrulan daha bir məmur isə Ramiz Mehdiyev oldu. Sirr deyil və Azərbaycan ictimaiyyəti də yaxşı bilir ki, Mehdiyevin və onun yaxın ətrafının fəaliyyəti Azərbaycana çox ziyan vurub. Bütün siyasi karyerasını, siyasi varlığını Ulu Öndər Heydər Əliyevə borclu olan bu bürokrat hələ 1980-ci illərdə Ulu Öndərin Azərbaycandan Moskvaya getməsini və orda ermənilərin Azərbaycan üçün yaratdığı problemlərlə mübarizə aparmasını fürsət bilərək, ona yaxınlığı, sədaqəti ilə seçilən şəxsləri Bakıdan uzaqlaşdırıb, əyalətlərə göndərirdi. 

Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra fuşesayağı riyakar üzünü geyinən Mehdiyev yenə yazıq görkəmdə onun qarşısında dayanıb, məzlum məzlum əfv dilədi. Amma “bir dəfə satan həmişə satar!”

Ulu Öndərin hakimiyyəti dövründə də mətbuat Ramiz Mehdiyevin bir sıra şəxsləri ətrafına yığaraq, hakimiyyət sevdası barədə müzakirə apardığını yazdı. Həmin vaxt Ramiz Mehdiyev ona biət edənlərin bir qismini qurban verərək, sudan quru çıxa bildi.

Ramiz Mehdiyev əlinə düşən hər fürsətdə hakimiyyət daxilində gücünü göstərmək,ona biət etməyənlərə qarşı şər torbası toxumaq şakərindən heç vaxt vaz keçmədi.

Ətrafına yığdığı deputatlar, elm adamları vasitəsilə özünü “ideoloq”, “siyasətçi”, “dövlət adamı”, “filosof” kimi təqdim etməyə çalıssa da, Ramiz Mehdiyev heç vaxt buna nail ola bilmədi. O, sadəcə icraçı, bürokrat, kitablarını 3-5 alimə yazdıran kopyabaz, Makiavellidən əzbərlədiyi 3-4 cümlə ilə göz boyamağa çalışan diletant, Rusiyadan gələn zənglərlə özünü xoşbəxt hiss edən emissar idi.

Ramiz Mehdiyev həmişə kiçik intriqalardan, tələlərdən, dedi-qodudan, şantajdan və böhtandan istifadə edən məmur olub. O, özünün və şəbəkəsinin lazımlılığını göstərmək üçün daim radikal siyasi müxalifəti ayaqda saxlamağa çalışıb, Ulu Öndər və Prezident İlham Əliyev haqqında müxalifət mətbuatında iyrənc yazılar sifariş edib. Ramiz Mehdiyev müxalifətin 2003-cü ildən sonra dağılmış parçalarını zorla bir yerə toplayaraq, varlığına şərait yaradıb. Ramiz Mehdiyev özünün nəzarətində olan bu müxalifətçilərdən zaman -zaman “deputat”, media rəhbəri, QHT sədri hazırlamaqla, “iş görən”, müxalifəti zərərsizləşdirən” məmur obrazı formalaşdırıb.

Ramiz Mehdiyevin limiti bitir

2017-2018-ci illərdə isə Ramiz Mehdiyevin oyunları müntəzəm xarakter almağa başladı. Qarşıda böyük hədəf-Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və suverenliyin bərpası prosesi var idi. Bu prosesi indiyə qədər dözüm göstərilən rusiyapərəstlərlə görmək mümkün deyildi.

Ümumiyyətlə, İlham Əliyevin siyasi karyerasını və siyasi gedişlərini yaxından izləyən hər bir təhlilçi bunu görə bilir ki, dövlət başçısı inanmadığı, etimad göstərmədiyi adamları dövlət üçün strateji əhəmiyyət kəsb edən heç bir prosesə daxil etmir. Bu dəfə də belə etdi. Prezident Əliyev öz xarakterinə və siyasi prinsiplərinə sadiq qalaraq, Ramiz Mehdiyevi 2019-cu ildə hörmətlə Prezident Adminstrasiyasının rəhbəri vəzifəsindən yola saldı.

Prezident Administrasiyasının rəhbəri olduğu dövrdə yaratdığı bütün problemlərə və etdiyi naqisliyə baxmayaraq, ona qoca yaşında bir daha şans verildi və AMEA Prezidenti vəzifəsi həvalə olundu. Heydər Əliyev komandasında mühüm postlardan birini tutduğu nəzərə alındı və düşünüldü ki, ahıl yaşında ömrünün sonunu rahat yaşayar.

Ramiz Mehdiyevin AMEA-dakı siyasətbazlığı

Ramiz Mehdiyev AMEA-da növbəti rüşvət və intriqa yuvası yaratdı. Elm ocağının adı bütün tarixi boyu Ramiz Mehdiyevin dövründəki qədər elmə aid olmayan intriqa və rüşvətdə hallanmamışdı.

Ramiz Mehdiyev 2019-cu ildə AMEA-a gələndə Prezident Administrasiyasındakı köməkçilərindən olan Eldar Əmirovu da (Ramiz Medhiyevin bəzi əsərlərinin, məqalələrinin müəllifi olduğu deyilir) AMEA-ya apardı. Onu, AMEA Prezidentinin Katibliyinin rəisi təyin etdi. Halbuki, AMEA Nizamnaməsində belə struktur nəzərdə tutulmamışdı. Ramiz Mehdiyev dərhal özü üçün belə bir “katiblik” yaratdı və AMEA-da siyasi fəaliyyətə başlayıb, qurumun saytını siyasi bəyanatların yayıldığı mənbəyə çevirdi.

Bütün AMEA institutları onu istefasını tələb etdilər və o, 2022-ci ildə AMEA Prezidentliyindən istefa verməli oldu.

Ramiz Mehdiyev vəzifəsindən uzaqlaşdırılsa da, AMEA-dan uzaqlaşmırdı. 2022-ci il fevralın 22-də AMEA-nın Ümumi Yığıncağında istefası qəbul edilən Ramiz Mehdiyevin martın 17-də Akademiyada olduğu haqda məlumat yayıldı. AMEA-dan verilən açıqlamada onun binaya şəxsi əşyalarını götürmək üçün gəldiyi bildirilmişdi. Ancaq sonra məlum oldu ki, Ramiz Mehdiyev Akademiyada, məhz Akademiya Prezidentinin otağında Rusiyadan gələn nümayəndələrlə - Rusiya Elmlər Akademiyasının prezidentinin köməkçisi ilə görüş keçirib.

Ramiz Mehdiyevin son xəyanəti

Ramiz Mehdiyevin son illərdə də şimal küləyi ilə nəfəs aldığı məlum idi. Ümumiyyətlə, Moskvanın agentura şəbəkəsinin üzvlərinin müxtəlif vaxtlarda fəallaşmaları Azərbaycan üçün təzə xəbər deyil. Mehdiyev Azərbaycan və Rusiya arasındakı son siyasi gərginlikdən istifadə edərək, yenə də öz xidmətlərini təklif edib.

Məlumatlara görə, o, özünün rəhbərliyi ilə dövlət hakimiyyətini zorla ələ keçirmək planına dəstək istəyib. Hətta “reallaşdıracağı” çevrilişdən sonrakı planları barədə də məlumat verib. Plan Dövlət Şurası (yenə Şura!) adlı keçid hökuməti qurmaq, Şuraya da Mehdiyevin rəhbərlik etməsi ilə bağlı olub.

Amma Ramiz Mehdiyevi güvəndiyi, dövlətinə xəyanət etmək üçün kömək istədiyi tərəf də qurtarmadı. Bəzi yaltaqların sevimli “dövlət adamı” Azərbaycan siyasi hakimiyyətinin və şəxsən İlham Əliyevin hakimiyyətinin ən güclü dövründə olduğunu, dünyanın bir nömrəli mərkəzlərində hörmətlə qarşılandığını nəzərə ala bilməmişdi. 



Deputat Elşən Musayevin “böyük strateqi” heç özündən əvvəl şimal küləyində siyasi sümükləri Telman İsmayılovun həyətinə səpələnən Abbas Abbasovun acı taleyindən də dərs çıxara bilməmişdi.

Dərhal Dövlət Təhlükəziliyi Xidmətində istintaq başladı.Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olundu. Onun barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib. İstintaq davam edir.

Ramiz Mehdiyevin şəbəkəsində kimlər var?

Ramiz Mehdiyevin həbsi onun ətrafına, onunla yaxın olanlara, iddialarına şərik çıxanlara və ya belə iddialara düşənlərə aydın mesajdır.

Ramiz Mehdiyevin yaxın ətrafında olub, onun fikirdaşı qismində tanınanlar arasında sabiq XİN rəhbəri Elmar Məmmədyarov, Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənov, sabiq mədəniyyət naziri Əbülfəs Qarayev, özünü “hakimiyyətin bolşeviki” hesab edən, vaxtilə AXCP-nin gənclər təşkilatının fəalı olan Azər Qasımov, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov və onun müəyyən məqsədlər üçün Abxaziyaya pul ötürən qudası Cahangir Hacıyev, bu xəyanətkar şəbəkənin digər üzvləri tövbə edib, aidiyyəti yerdə sədaqət andı içməlidirlər.

Əlbəttə ki, Ramiz Mehdiyevin “qara kassası” Ziya Məmmədov da kənarda qalmamalıdır. Yeri gəlmişkən, Ziya Məmmədovun Göyçayda Mehdiyev üçün tikdirdiyi böyük villa hələ də yerində qalır. Elə bu şirin əlaqələrin nəticəsi idi ki, Ramiz Mehdiyev AMEA-ya gələndə ətrafına yığdığı “sadiqləri” arasında başda Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədov dayanırdı. Elton Məmmədov AMEA-nın “Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru təyin edilmişdi və Ramiz Mehdiyev üçün rüşvət sxeminin qurulması, onun idarə edilməsi ilə məşğul olan əsas iki adamdan biri idi.

Ramiz Mehdiyevin dəstəsində “Tərtər işi”nə görə məhkəmə sistemindən uzaqlaşdırılmış Kamal Əliyev də var idi. Ramiz Mehdiyev ordakı tapşırıqlarını yerinə yetirən Kamal Əliyevi Akademiyanın hüquq şöbəsinin müdiri vəzifəsinə təyin etməklə işsiz qoymamışdı. Sabiq PA rəhbəri kürəkəni İlham Əliyevin qardaşı Fikrət Əliyevi isə işlər idarəsinə müdir təyin etmişdi.

Məlumatlara görə, Elton Məmmədov vasitəsilə Ziya Məmmədov da Mehdiyevlə daim əlaqədə olub.

Adnan Əhmədzadə və Ramiz Mehdiyev

Daha bir maraqlı məqam isə ondan ibarətdir ki, Ramiz Mehdiyevin siyasi planlarının və xəyanətinin ifşa olunması bir müddət əvvəl Adnan Əhmədzadənin iqtisadi təxribatı ilə eyni vaxta təsadüf edir.

Adnan Əhmədzadə öz əməli ilə Azərbaycanın əsas ixrac məhsulu olan nefti, ötürücü kəmərləri, tankerləri , zavodları sıradan çıxardı, ölkəyə böyük maliyyə və iqtisadi zərbə vurdu, ən əsası isə, ölkəmizin beynəlxalq müstəvidə etibarını sarsıtmağa çalışdı. Onun bunu tamah məqsədilə etdiyi, yoxsa diversiya həyata keçirdiyini istintaq daha dəqiq müəyyənləşdirəcək.

Ramiz Mehdiyev isə siyasi diversiya planları quraraq, onu həyata keçirtməyə çalışdı. Bu təxribatların eyni vaxtda baş verməsi təsadüf olmaya da bilər. Hər halda, aidiyyəti orqanlar məsələni tam araşdırıb həqiqəti üzə çıxaracaqlar.

TŞ-dan çıxarıldı, fəxri adları da geri alınacaq

Ramiz Mehdiyev Azərbaycan Respublikası Təhlükəzlik Şurasının üzvlüyündən azad edildi.

APA-nın əldə etdiyi məlumata görə, o, yüksək dövlət mükafatlarından da məhrum ediləcək. Onun AMEA-nın həqiqi üzvlüyündən və YAP sıralarından xaric ediləcəyi şübhə doğurmur. Təbii ki, AMEA və YAP sıralarında dövlətə xəyanət ittihamı ilə yaşayan birini saxlamayacaq.




Ramiz Mehdiyev həyatını yüksək dövlət mükafatları olan, bürokratik sistemdə uzun müddət çalışmış, ömrü boyu həsrətində olduğu ziyalı adını qazana bilməsə də, akademik elmi dərəcəsi və hakimiyyət partiyasının funksioneri kimi başa vura bilərdi. Ailəsi, övladları və yaxınları Azərbaycan Prezidentinin onlara lütf etdiyi himayənin altında yaşaya bilərdilər.

Amma Ramiz Mehdiyev dövlətə xəyanət ittihamı ilə, bütün titul və adları geri alınmış, Azərbaycan dövlətinə və xalqın Zəfər Liderinə xəyanət etmiş şəxs kimi tarixdə qalmağı, belə ölməyi seçdi.

Hamısı ifşa olunacaq!

Bütün bunlarda bir həqiqət var: bu şəbəkənin görünən və görünməyən üzvlərinin hamısı ifşa olunacaq. Amma onların özlərinin aidiyyəti orqana gəlib istintaqla əməkdaşlıq etməsi daha düzgün addım olardı. Digər tərəfdən, bir çoxlarının fəaliyyəti də, niyyətləri də, əməlləri də bəlli olduğuna görə, tövbə qapısının hələ də açıq olduğunu unutmamalıdırlar.


Oxunub: 620
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 21:24 | Ermənilər Kərkini boşaldacaq – Paşinyan qərar verdi
    Dünən, 21:19 | Marketlərdə AÇIQ MÖHTƏKİRLİK.... - Ekspert deyir ki...
    Dünən, 21:01 | Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
    Dünən, 20:55 | "Kəpəz" - "Sumqayıt" matçında heç-heçə, "Şamaxı"dan qələbə
    Dünən, 20:30 | Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
    Dünən, 19:50 | İcra başçısı Qarabağda antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə ucalan qəhrəman oğulların ildönümlərində ailələrini ziyarət edib
    Dünən, 19:24 | Prezidentin xüsusi nümayəndəsi: "İlin sonunadək Ağdamda dörd yaşayış məntəqəsinin təhvil verilməsi gözlənilir"
    Dünən, 19:05 | 2-ci liqa: “Ağstafa Gəncləri” “Marafon”a səfərdə məğlub oldu
    Dünən, 18:40 | Qazaxda icra başçısı 2023-cü ildə Qarabağda antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə ucalan igid Vətən oğullarını məzarları başında ehtiramla yad edib
    Dünən, 18:19 | Rusiya taktikasını dəyişib, Polşa müharibəyə hazırlaşır
    Dünən, 18:17 | Azərbaycan Pakistana başsağlığı verdi
    Dünən, 16:32 | Dövlətçilik tariximizin şanlı salnaməsi
    Dünən, 15:53 | Sabah leysan olacaq
    Dünən, 15:51 | Benzin satışına yeni limit tətbiq edildi - Moskvada
    Dünən, 15:50 | İcazə verildi: Smartfonlar peyklərə qoşulacaq
    Dünən, 13:17 | İcra başçısı qəhrəman Vətən oğullarını məzarları başında ehtiramla anıb
    Dünən, 13:12 | İrəvanın puç olmuş "yeni müharibə" xülyası və Azərbaycanın yaratdığı alternativsiz nizam
    Dünən, 13:10 | Azərbaycandakı diplomatların şəxsi məlumatları satışa çıxarılıb - ŞOK
    Dünən, 13:08 | NATO şərq cinahında müharibəyə hazırdır - Draqone
    Dünən, 13:05 | Ukrayna Moskvanı “Flaminqo” ilə vurdu - Zelenski
    Dünən, 13:03 | Moskvaya hücum: 400-dən çox reys təxirə salındı
    Dünən, 12:59 | Qarabağda 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edildi
    Dünən, 12:55 | Sabahın hava proqnozu açıqlandı
    Dünən, 12:51 | Ukrayna Nisanovun bazarını yenə vurdu - Video
    Dünən, 12:47 | Tramp Yəmənə zərbə variantını müzakirə edib
    Dünən, 12:44 | “Vivaldi” əməliyyatı: Ukrayna Donetskin daha 2 kəndini azad etdi
    Dünən, 12:42 | Ukrayna Moskvada nəhəng texnoparkı yandırdı – Video
    Dünən, 11:08 | Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
    Dünən, 11:05 | Qələbədən tam suverenliyə: 19–20 sentyabr əməliyyatının tarixi nəticələri – TƏHLİL
    Dünən, 11:02 | Dağətəyi rayonlara leysan yağıb - Faktiki hava
    Dünən, 10:50 | Neftçilər Günü: "Qara qızıl"ın Azərbaycan tarixindəki rolu
    Dünən, 10:24 | Süni intellekt İnterpola 120-dən çox terrorçunun müəyyən olunmasında kömək edib
    Dünən, 10:20 | Saray sakinləri şikayətçidirlər: "Yola çıxanda bizə gülürlər" - Video
    Dünən, 10:16 | I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
    Dünən, 10:12 | Zibil konteynerləri niyə çatışmır? Bakıda sakinlərin şikayətinə rəsmi cavab - Video
    Dünən, 10:07 | Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - VİDEO
    Dünən, 10:01 | Qarabağda 23 saat 43 dəqiqə: Antiterror tədbirlərinin hərbi xronikası - Video
    Dünən, 09:59 | Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü qeyd olunur
    Dünən, 09:57 | "Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür
    Dünən, 09:53 | Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto
    Dünən, 09:49 | Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto
    Dünən, 09:47 | Moskvaya kütləvi PUA hücumu olub, 2 nəfər ölüb
    Dünən, 09:19 | Azərbaycan neftinin qiyməti 122 dolları ötüb
    Dünən, 09:11 | "Şamaxı" "Araz-Naxçıvan"a, "Kəpəz" "Sumqayıt"a qarşı
    Dünən, 00:00 | Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    19-09-2026, 21:51 | "Sabah" "İmişli"yə, "Turan Tovuz" "Zirə"yə qalib gəldi
    19-09-2026, 20:12 | Hamamda bədbəxt hadisə: Ağstafada 64 yaşlı qadın öldü
    19-09-2026, 16:05 | Neftçilər Günü ilə bağlı videoçarx hazırlandı
    19-09-2026, 16:03 | DGK rəisi Fərid Usubovun yerinə onu təyin etdi
    19-09-2026, 16:00 | İctimai binalarda qraffiti çəkmək qadağan ediləcək
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.