TƏBİB 4 şirkətlə müqavilə bağladı – 13.4 milyon vəsait sərf ediləcək
TƏBİB-in tabeliyində olan “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsi “Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı” çərçivəsində vətəndaşa böyrəkköçürmə əməliyyatından əvvəlki yoxlanış, böyrəkköçürmə əməliyyatı, əməliyyat sonrası yatış xidmətlərinə (16 000 AZN), fizioterapiya üçün tələb olunan spesifik cihaz və avadanlıqların (11 887 803 AZN), dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin qastroenterologiya, ginekologiya, urologiya və kardiologiya şöbələrində istifadə üçün nəzərdə tutulmuş tibbi sərfiyyat mallarının alınmasına (1 481 498 AZN) ümumilikdə 13 385 301 AZN sərf edəcək. Mediaxeberleri.Az-ın xəbərinə görə, vəsait “Yeni Klinika” publik hüquqi şəxs, “Medsol” MMC, “Azəri Med”, “Azfar Med”, “Arash Medical Company” QSC-lər arasında bölüşdürüləcək. TƏBİB tərəflərlə müqavilələr bağlayıb. Yalnız “Yeni Klinika” publik hüquqi şəxslə bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.