Bakıda daha bir yerüstü metro stansiyası tikiləcək
Metronun “Dərnəgül” elektrik deposunun ərazisində yerüstü stansiya inşa ediləcək. Bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib. B.Məmmədov bildirib ki, yerüstü stansiya metronun "yaşıl xətt"inə aid olacaq: “Stansiya "xüsusi qrafiklə işləyəcək.Stansiyanın şərti adı "Dərnəgül deposu" adlandırılıb. Stansiya 2027-ci ilin sonuna qədər istifadəyə veriləcək".
Oxunub: 70
Xəbəri paylaş
Paylaş: