Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə reyslər təyin olundu
Mediaxeberleri.Az Azərbaycan Dəmir Yolları QSC-yə (ADY) istinadən xəbər verir ki, qatar həftəiçi günlər hər iki istiqamətdə hərəkət edəcək. "Bundan əlavə, Bakı-Qazax-Bakı marşrutu ilə ənənəvi qrafiklə hər gün səfər edə bilərsiniz", - məlumatda qeyd olunub. Biletləri Bakı və Gəncə Dəmiryol Vağzallarının kassalarından, ADY-nin rəsmi saytından və yaxud "ADY Mobile" tətbiqindən əldə etmək olar.
Sentyabrın 29-dan başlayaraq artan sərnişin tələbatını qarşılamaq üçün Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək.
Oxunub: 92
Xəbəri paylaş
Paylaş: