Bakıda iki məktəbin bir direktoru var
Bakıda yerləşən Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyə direktor əvəzi təyin edilib. Mediaxeberleri.Az Qaynarinfo.az-a istinadən xəbər verir ki, Yasəmən Kamil qızı Əliyeva 20 nömrəli məktəb-liseyə direktor əvəzi gətirilib. Yasəmən Əliyeva uzun illərdir sözügedən məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışır. O, həmçinin xeyli müddətdir ki, 60 nömrəli tam orta ümumtəhsil məktəbinin direktor vəzifəsini müvəqqəti icra edir. Qeyd edək ki, 20 nömrəli məktəb-liseyin direktoru Esmira Azər qızı Ağayeva vəzifəsindən azad edilərək, 158 nömrəli tam orta məktəbin direktoru təyin olunub.
Oxunub: 68
Xəbəri paylaş
Paylaş: