Mediaxeberleri.az
    
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
  • 
  • Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
    Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
  • 
  • Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
    Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
  • 
  • KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
    KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
  • 
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
    Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Son xəbərlər :
  • Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...
  • Razılıq əldə olundu: O, ölkəmizə ekstradisiya ediləcək
  • Əsgərlikdən yayınmaq istəyənlərə cinayət işi açıldı
  • “Kəpəz”in uğurlu statistikası: 7 oyundur...
  • Pakistan ŞƏT Banklararası Birliyinə sədrlik edəcək - Foto
  • Azərbaycanda 313 sürücü və daşıyıcı imtahan verəcək
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
  • Azərbaycanlı hakim "Vilyareal" - PSJ matçını idarə edəcək
  • Azərbaycan-Ermənistan sərhədinin bu hissəsində təcili demarkasiya prosesi başlaya bilər
  • Anasının evinə basqın edərək onu döyən "xeyriyyəçi" saxlanıldı - ANBAAN VİDEO
  • Su idarəsinin əməkdaşı iş otağında qəfil öldü
  • Qonşumuz Ukraynanın səhvini etmədi - Rusiya Qərbin "ikinci cəbhə" planı haqda
  • “Ramiz Mehdiyev və Əli Həsənovun xalqdan oğurladıqları geri qaytarılacaqmı?”
  • “Sabah”ın “Vikinq”lə oyununa hakim təyinatları açıqlandı
  • Ermənistan əsgərinin ölümü: Orduda həbslər başladı - Foto
  • Geyim qaydalarına əməl etməyən şagirdlərə attestat verilməyəcək? - Rəsmi açıqlama
  • İrandan Azərbaycana uçan PUA-lar zərərsizləşdirildi - Foto
  • ADA Məktəbində “Məhsul bayramı” keçirildi
  • Rövşən Nəcəf onlara yüksək vəzifə verdi - Foto
  • Azərbaycanda bu sürücülər də imtahan verəcək
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Təhsilə görə narahat olmayın, heç nə yaxşı olmayacaq: Bakı Təhsil İdarəsi direktorunun fəaliyyətinin kiçik xarakterik ştrixlər

  • Tarix: 16-09-2025, 20:56

Yeni dərs mövsümünün başlamasına görə keçirilən bəzəkli tədbirlərlə balacaların başını aldatsaq da, problemlər köhnədir. Elm və təhsil nazirinin son mətbuat konfransındakı mənzərəyə baxmaq kifayətdir ki, vəziyyətin nə yerdə olduğunu təkrarən görək. Təhsilin başqa sahələri bir yana, baza təhsili olan ümumtəhsil nə vəziyyətdədir?! Köhnə hamam, köhnə tas. Bir şeirdə deyildiyi kimi, narahat olmayın, heç nə yaxşı olmayacaq.

Bu dəfə sizə dərin təhlil, uzun-uzadı analizlər deyil, konkret gerçəklikdən danışmaq istəyirəm. Ümumtəhsil Agentliyinin (MÜTDA deyirlər) fəaliyyətindən, qurumun başında baş verən olaylardan azacıq məlumatınız olsa, bilərsiniz niyə düzəlmirik, təhsilimiz niyə belə reanimasyon durumdadır. Agentliyin iki illik işi niyə müsbət nəticə vermir? Bu vəziyyət birbaşa rəhbər şəxslər arasındakı münasibətdən və onların peşəkar səviyyələrindən qaynaqlanır. Bununla bağlı cumhuriyyet.az-ı məlumatlandıran mənbənin sözlərinə görə, Agentliyin adı var, özünü isə işləməyə qoymurlar. Agentliyin gənc rəhbərliyinə xoşagəlməz halların aradan qaldırmağa nəinki imkan vermirlər, həmçinin neqativ halların artmasına rəvac verənlər, öz əməlləri ilə vəziyyəti ağırlaşdıranlar var. Bunlar kimlərdir və nə edirlər?

Ədalət üçün deməliyik ki, nazir Emin Əmrullayev bütün səhvləri və düzləri ilə islahatlar aparmaq, bacardığı qədər yenilik gətirmək istəsə də, Agentliyin direktoru Eşqi Bağırov ən azı öz perspektivi, öz adını ucaltmaq üçün cəhdlər etsə də, işpozanlar daha mahir oynayırlar. İşpozanların başında isə zorla MÜTDA-ya direktor müavini vəzifəsinə pərçim edilən Arslan Hacıyev durur. Bu adam o qədər bekar qalıb ki, Təhsil idarələrinin rəhbərlərinə ancaq adını internetdən götürdüyü bədii kitabları oxumağı tövsiyə edən göstərişlər yazmaq ideyası ilə rəhbər keyfiyyətlərini göstərir. MÜTDA direktorunun kadrı hesab olunmayan, təhsildən tamamilə uzaq (“pesoksatan” kliçkalı) A. Hacıyev Agentlikdə ancaq intriqa yaradır, layiqli kadrları sıxışdırır, iş bilən adamlara mane olur, öz adamlarını müxtəlif vəzifələrə təyin etdirmək üçün təzyiq göstərir və yersiz iddiaları naminə dəridən-qabıqdan çıxır. Deyilənə görə o, MÜTDA-nın direktor müavini olmağa hazırlaşan Nurlan İsmayılovun yerini tutub. A. Hacıyev hələ də əvvəl rəhbərlik etdiyi Qazax-Ağstafa Təhsil İdarəsini kurasiyasında saxlamaq, yerləşdirdiyi kadrları qorumaq üçün mübarizə aparır, Regional Təhsil İdarələrinin müdirlərinə gülünc tapşırıqlar verir.

Həmçinin MÜTDA-nın direktor müavini, Bakı Təhsil İdarəsinin direktor əvəzi Nərminə Hüseynova da “nazirin adamı” yarlığını əlində bayraq edərək Agentliyin rəhbərliyini aşkarca saymır, adi iclas və müzakirələrə qoşulmur, digər region idarə müdirləri üçün pis nümunə göstərir. Ən üzdə olan məktəblərin, yaxşı müəllimlərin Bakıda cəmləşməsinə rəğmən N. Hüseynovanın iki illik rəhbərliyi zamanında etdiyi yeniliklər və qazandığı cahanşümul uğurlar haqda cumhuriyyet.az-a danışan mənbə bunları bildirdi:

1) Nazirlikdən gətirdiyi xidməti avtomobilini son model xidməti maşınla dəyişmək (Bu qədər baha maşın puluna bir məktəbi təmir etmək olardı. Müasir xidməti maşın ola-ola yenisini aldırmaq həm də dövlət vəsaitinin göyə sovrulmasıdır. Xidmətimaşın da bütün günü şəxsi məqsədlər, ailə üzvləri üçün istifadə olunur).
2) Bir neçə rəfiqəsi, yaxın qohumu, vasitəçilik edən direktorlar və əlaltıları vasitəsilə maraqlı (!) təyinatlar etmək.
3) Külli miqdarda dövlət vəsaiti ayrılmış internat məktəblərinə göydəndüşmə direktorlar yerləşdirmək.

4) İdarədə müəssisə rəhbərlərindən bahalı hədiyyələr toplamaq (sürücüsünün və köməkçisinin tez-tez xidməti maşına qucaq dolusu hədiyyələr daşımasına dair kamera qeydləri əl-əl gəzir).
5) Fotoqraf ərinə iki bahalı-lüks maşın almaq.
6) İdarənin iki müavinini, beş şöbə müdirini kənarlaşdıraraq yerinə təhsili bilməyən, idarəetmə təcrübəsi olmayan öz adamlarını təyin etmək (iş bilməyənlərin, hər əmrini sözsüz yerinə yetirənlərin yanında özünü rahat hiss edir, ona görə yaxın ətrafına gələcək “təmizləmə” planlarını da açıqlayıb).

6) Qoyduğu şərtləri yerinə yetirməyən məktəb direktorlarını, direktor müavinlərini, bağça müdirlərini əmək qanunvericiliyinə zidd olaraq işdən qovmaq (Buna görə də qəzəbə tuş gələnlərin böyük hissəsi məhkəmə qərarı ilə işə bərpa edilir, on minlərlə manat dövlət vəsaiti təzminat kimi ödənilir).

7) Əmək Müfəttişliyinə rekord həcmdə cərimə ödəmək (səhv əmrlərə görə iki ildə şəxsən 30 min manata yaxın müxtəlif cərimələri hansı vəsait hesabına ödəməsi digər yazının mövzusudur).
8) Rus sektoruna seçim zamanı müsahibə komissiyasının mənfi cavab verdiyi uşaqların bir çoxunu mübhəm şəxsi rəyi ilə müvəffəq etmək (İndiki zamanda bu, şəxsi maraqların təmin olunmasından və rus dilinə şübhəli təəssübkeşlikdən başqa bir şey deyil. Hamı bilir ki, N. Hüseynova ruskoyazıçnı “London çocuqları”ndandaır).
8) Məktəb yeməkxanalarının və idman zallarının icarəyə verilməsindən rəsmi və müqavilədən kənar (!) ödənişlər üzrə ikili mühasibatlıq yaratmaq (Qaydalara görə məktəblərin ehtiyacı üçün sərf olunmalı bu vəsaiti müavini Anarın vasitəsilə bildiyi kimi xərcləyir, heç bir açıq hesabat vermir).
9) Bakıda məktəbli-bağçalı 800-ə yaxın təhsil müəssisəsinin fəaliyyətini iflic hala salmaq (İkivəzifəli xanım bir dəfə olsun təhsilə, tədrisə həsr olunmuş müzakirə keçirməyib. Bakı üzrə son sentyabr konfransında çıxışını isə bir əməkdaşın alayarımçıq, pedaqoji əsası olmayan hesabatı üzərində qurub. Direktorlar həsrətlə gözləsə də heç bir perspektiv proqram açıqlamayıb, fəaliyyət istiqamətləri göstərməyib. Taleyin ironiyasıdır ki, tədbir zamanı işıqlar və mikrafon da bu rəzalətə dözməyərək sönüb. Bundan qəzəblənən xanım hələ də bu təxribatın və ya taleyin labüd silləsinin səbəblərini və günahkarlarını axtarmaqla məşğuldur.MÜTDA-nın Respublika üzrə sentyabr konfransında isə 3-cü sırada fəxri tamaşaçı kimi oturdulmaqla şərəfləndirilib).
10) İşə qəbul imtahanlarını ləğv edərək şəffaflığa arxa çevirmək, subyektiv müsahibələrlə işə qəbul sistemi icad etmək.
11) Böyük və yağlı məktəblərə öz rəfiqələrini direktor təyin etmək və onları yoxlamalardan qorumaq (Son olaraq 20 nömrəli məktəbə öz ən yaxın rəfiqəsini, hansı ki N. Hüseynovanın ad günündə də məclisin başında oturur və bütün yağlı xahişləri onun vasitəsilə qəbul edir).
12)Günlərlə işə gəlməmək, işə gələndə isə bir dəstə əshabələrlə qarşılanmaq ənənəsi yaratmaq.

Bunlar Bakı Təhsil İdarəsi direktorunun fəaliyyətinin kiçik xarakterik ştrixləridir. Otağında və bahalı restoranlarda rəfiq və rəfiqələri ilə qurduğu məclislərdə danışılanlar, hətta Agentlik, Nazirlik və sistemin əvvəlki rəhbərlikləri haqqındakı müzakirələri Nərminə Hüseynovanın iddialarının geniş üfüqlərə yayıldığını göstərir.

İxtisası beynəlxalq əlaqələr olan xanım müdirin təhsilə aid bir çıxışını izləyən, oxuyan olmayıb. Bakı Təhsil İdarəsindən bütün peşəkarları pərən-pərən salıb, idarənin direktor müavini professor Hüseyn Əsgərov kimi peşəkar, təhsili dərindən bilən şəxsi də 1 il qabaq işdən uzaqlaşdırıb. Hazırkı iki müavini Xəyalə Əhmədzadə və Anar Qədiməliyev isə yerin boşalmasını, nə vaxt birinci şəxs olacaqlarını gözləməklə məşğuldurlar. Ona görə də hər ikisi sirli şəkildə susur, hələki N. Hüseynova haqqındakı sirr boğçasını doldurmaqda maraqlı görünürlər.

Bakı təhsil şefinin idarəyə gətirdiyi şöbə müdirləri bir ayrı aləm vücudlardı. Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, ümumi təhsil şöbəsinin müdiri Turanə Məcidova ancaq direktorlara hədə gəlməklə və qeyri-praktik tapşırıqlar verməklə məşğuldur. Kadrlar şöbəsinin işini mənimsəyən Turanə xanım kadr bankı kimi çıxış edir, adi müəllimlərin qibtə etdiyi imkanlı namizədləri irəli çəkir. Bu işdə məktəb direktoru olan qaynanası da az rol oynamır. Kadr təyinatlarında aldığı rola görə İnsan resursları şöbəsinin müdiri Aygün Bayramova ilə duel vəziyyətindədir. Keçmiş müavin Anar Məmmədovun kadrı olan Aygün Bayramova İdarə rəhbərinin onun haqqındakı gizli planlarını bildiyi üçün hələlik sussa da, Nərminə Hüseynovanın qanuna zidd kadr təyinatları və ya qərəzli işdən azad etmələr haqqındakı əməllərindən ibarət qara çantasını da əlində möhkəm saxlayır, yaxınlarına bununla bağlı pıçıldayır. Yeri gəlmişkən belə qara işlərdən biri ictimailəşib artıq. Nərminə Hüseynovanın yaxın rəfiqəsi (hələlik adını çəkmirik) vasitəsilə olunan xahiş Agentliyin prinsipiallığı və nəzarəti sayəsində həllini tapmır. Təəssüf tamah güc gəlir, verilən vəsait geri qaytarılmır. Şikayət əsasında N. Hüseynova müstəntiq tərəfindən dəvət olunsa da, o saymazlıq göstərir, iş böyüyür. İstintaqçılar özləri Bakı Təhsil İdarəsinə gəlməli olurlar. Sonrası da Nərminə xanım üçün narın-narın davam edir, biabırçılığın böyüyəcəyindən, adlarının (!) hallanacağından narahat olan üstdəki şəxs işə qarışır, məsələ yoluna qoyulur.

İdarənin keyfiyyətsiz fəaliyyəti ilə keyfiyyətə cavabdeh şöbəsinin olmayan işindən isə danışmağa dəyməz.
Təchizat şöbəsi də özlərinin dediyi kimi təcili yardım xidməti göstərirlər, ürəyi gedən binalara valokardin iylətməklə məşğuldular. Digər gülməşəkərşöbə müdirləri də onlardan fərqlənməyən Bakı Təhsil İdarəsində at izi it izinə elə qarışıb ki, təhsildən başqa hər işlə narın-narın məşğul olan Nərminə xanım indi də Yeni Azərbaycan Partiyasının İdarədəki nümayəndəsini dəyişmək eşqinə düşüb. Özü YAP üzvü olmayan N. Hüseynovanın belə əqidədə olması da təəccüblü deyil. Bu haqda daha ətraflı yazımız olacaq.

Azərbaycan təhsilinin sahibsiz olduğunu zənn edən, öz sisteminin rəhbərinə “müəllim”siz xitab edə bilən bu zatlar anlamalıdılar ki, təhsilin əsas himayəçisi ölkə rəhbəridir. Onun belə islaholunmaz, hədbilməz səlahiyyət sahibləri haqqında ölçüsü isə çox təsirli ibrətamiz hekayəyə çevrilir. Çünki təhsil cameəsini narazı salmaq, bu sahəyə ac maraqların təmin olunması yeri kimi baxmaq cənab Prezident İlham Əliyevin kursuna qarşı getməkdən yana olmaqdır. O kursdan kənar yol isə uçuruma aparır. Qəzanız mübarək olmasın!

cumhuriyyet.az


Oxunub: 405
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 16:21 | Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...
    Bu gün, 16:19 | Razılıq əldə olundu: O, ölkəmizə ekstradisiya ediləcək
    Bu gün, 16:17 | Əsgərlikdən yayınmaq istəyənlərə cinayət işi açıldı
    Bu gün, 14:47 | “Kəpəz”in uğurlu statistikası: 7 oyundur...
    Bu gün, 14:44 | Pakistan ŞƏT Banklararası Birliyinə sədrlik edəcək - Foto
    Bu gün, 14:34 | Azərbaycanda 313 sürücü və daşıyıcı imtahan verəcək
    Bu gün, 14:27 | Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Bu gün, 14:26 | Azərbaycanlı hakim "Vilyareal" - PSJ matçını idarə edəcək
    Bu gün, 14:22 | Azərbaycan-Ermənistan sərhədinin bu hissəsində təcili demarkasiya prosesi başlaya bilər
    Bu gün, 14:19 | Anasının evinə basqın edərək onu döyən "xeyriyyəçi" saxlanıldı - ANBAAN VİDEO
    Bu gün, 14:14 | Su idarəsinin əməkdaşı iş otağında qəfil öldü
    Bu gün, 14:12 | Qonşumuz Ukraynanın səhvini etmədi - Rusiya Qərbin "ikinci cəbhə" planı haqda
    Bu gün, 14:06 | “Ramiz Mehdiyev və Əli Həsənovun xalqdan oğurladıqları geri qaytarılacaqmı?”
    Bu gün, 14:03 | “Sabah”ın “Vikinq”lə oyununa hakim təyinatları açıqlandı
    Bu gün, 14:00 | Ermənistan əsgərinin ölümü: Orduda həbslər başladı - Foto
    Bu gün, 13:56 | Geyim qaydalarına əməl etməyən şagirdlərə attestat verilməyəcək? - Rəsmi açıqlama
    Bu gün, 13:50 | İrandan Azərbaycana uçan PUA-lar zərərsizləşdirildi - Foto
    Bu gün, 13:35 | ADA Məktəbində “Məhsul bayramı” keçirildi
    Bu gün, 13:33 | Rövşən Nəcəf onlara yüksək vəzifə verdi - Foto
    Bu gün, 13:32 | Azərbaycanda bu sürücülər də imtahan verəcək
    Bu gün, 13:09 | Qaytarıla bilməyən kreditlərin aqibəti necə olacaq?
    Bu gün, 13:07 | Sabah 23 dərəcə isti olacaq
    Bu gün, 12:59 | Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...
    Bu gün, 12:32 | Koronavirus yenidən baş qaldırır: Azərbaycana təhlükə varmı?
    Bu gün, 12:22 | Ağstafada iki məktəbli qızı avtomobil vurdu - Təfərrüat
    Bu gün, 12:17 | Misli Premyer Liqasında X tura "Sumqayıt" - "Şəfa" oyunu ilə yekun vurulur
    Bu gün, 12:13 | Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
    Bu gün, 11:58 | Bakıda evlər sökülür - Kompensasiya məbləği açıqlandı
    Bu gün, 11:53 | "Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi" - Ağdamdan ev istəyən Aqil Abbas
    Bu gün, 11:50 | "Bunlar ictimaiyyəti yanıltmağa xidmət edən kobud dezinformasiyadır" - Media və Yayım Şurası
    Bu gün, 11:38 | Kimin evində varsa, bəxti gətirdi
    Bu gün, 11:35 | İsmayıllıda oğul söyüş söyən atasını öldürdü - Təfərrüat
    Bu gün, 11:32 | Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən Belarus vətəndaşı barədə qərar verildi
    Bu gün, 11:27 | Vergi Xidmətinin sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslərindən xəbər var
    Bu gün, 10:47 | ADY qatarlarının birinci sinif salonu gündəlik reyslərdə niyə əlçatan deyil?
    Bu gün, 10:40 | "Brent" nefti ucuzlaşdı
    Bu gün, 10:36 | Noyabrda 11 gün iş olmayacaq - Tarixlər
    Bu gün, 10:31 | Bakı-Qazax magistral yolunda ağır qəza: Bir ailənin 5 üzvü xəsarət alıb
    Bu gün, 10:27 | İRANLA SƏRHƏDDƏ ATIŞMA - Bir nəfər zərərsizləşdirilib + FOTOLAR
    Bu gün, 09:06 | Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept
    Bu gün, 09:04 | “Dünya” qəzetinin sahibi barəsində QƏRAR
    Bu gün, 09:01 | Canlı yayımda uşaqların saçını kəsib satırlar: Qanun buna nə deyir? - Foto
    Bu gün, 08:57 | Azərbaycanda bələdiyyə binasında müəmmalı ölüm: Mühasibin meyiti aşkarlandı - Təfərrüat
    Bu gün, 08:53 | Üç gündə Rusiyaya dəyən zərər: 33 milyon ton neft...
    Bu gün, 08:51 | Nikahların sayı azalır, boşanmaların sayı artır: Səbəb nədir? - Video
    Bu gün, 07:54 | Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...
    Dünən, 22:01 | KORRUPSİYAYA GÖRƏ HƏBS OLUNAN İCRA BAŞÇILARI - Kim nə qədər cəza alıb? + SİYAHI
    Dünən, 21:51 | Salyanda ağır qəzada ölən şəxslərin fotoları - Yenilənib - təfərrüat
    Dünən, 21:45 | Goranboyda avtomobil piyadanı vuraraq öldürdü
    Dünən, 20:31 | TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.