Bakı–Ağstafa-Bakı xəttinə əlavə qatar reysləri təyin olunub
Azərbaycan Dəmir Yolları" (ADY) QSC artan sərnişin tələbatını qarşılamaq üçün sentyabrın 20-də Bakı-Ağstafa, sentyabrın 21-də isə Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçirəcək. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə ADY məlumat yayıb. Məlumata əsasən, sərnişinlər Bakı-Qazax-Bakı qatarları ilə ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər edə bilərlər. Hərəkət cədvəli və biletlərlə bağlı məlumatı www.ady.az rəsmi saytından, "ADY Mobile" tətbiqindən, dəmiryol kassalarından və gün ərzində fəaliyyət göstərən "1822" çağrı mərkəzindən öyrənə bilərsiniz.
Oxunub: 70
Xəbəri paylaş
Paylaş: