Şəhid övladlarına diqqət və qayğı davam edir. Ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlarımızın övladlarına göstərilən qayğı hər zaman xüsusi dəyər daşıyır.
Mediaxeberleri.Az-ın məlumatına görə, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sosial dəstək layihələri çərçivəsində Ağstafa rayon ümumtəhsil müəssisələrində təhsil alan 20 şəhid övladına hədiyyələr təqdim olunub.
ETİHİ Ağstafa Rayon Komitəsinin sədri Elvira Əfəndiyeva şəhid ailələrini ziyarət edib, onların qayğı və problemləri ilə maraqlanaraq AHİK sədri Sahib Məmmədovun və ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayevə salam-dualarını çatdırıb.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya ,körpə fidanların gözlərindəki sevincə görə AHİK, ETİHİ Respublika Komitəsi və Ağstafa Rayon Komitəsinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.
Bu nəcib addım bir daha sübut edir ki, Vətənin müdafiəsi uğrunda şəhid olan qəhrəmanlarımızın ailələri daim diqqət mərkəzindədir və onların gələcəyinə biganə yanaşılmır.
Oxunub: 96
Xəbəri paylaş
Paylaş: