Xızıda iki qardaş facəvi şəkildə öldü
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Taxtakörpü-Ceyranbatan su kanalının Xızı rayonunun Sitalçay kəndindən keçən hissəsində 2 nəfərin batması barədə ilkin məlumat daxil olub. Bu barədə Mediaxeberleri.Az-a FHN-dən məlumat verilib. Report-un məlumatına görə, Tovuz rayonu Çilovdarlı kənd sakinləri 2001-ci il təvəllüdlü Ramazan İsrayıl oğlu Abdıyev və 1999-cu il təvəllüdlü Orxan İsrayıl oğlu Abdıyev Xızı rayonu Sitalçay kəndi ərazisində Samur-Abşeron su kanalına ehtiyatsızlıqdan düşərək boğulub ölüblər. Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar. Faktla bağlı Xızı rayon prokurorluğunda araşdırma aparılır. *** Xızıda kanalda batan iki nəfərdən birinin meyiti tapılaraq sudan çıxarılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Digər şəxsin axtarışları davam etdirilir.