Tovuzda azyaşlını maşın vuraraq öldürüb
Tovuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Mediaxeberleri.Az-ın məlumatına görə, hadisə rayonun Əsrik kəndində baş verib. Kənd ərazisində VAZ-2106 avtomobili idarəetməni itirərək yolu keçən kənd sakini, 2016-cı il təvəllüdlü Nilay Abdullazadəni vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 106
Xəbəri paylaş
Paylaş: