Naxçıvana yeni elektrikli avtobuslar gətirilir
Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi yeni elektriklə işləyən avtobuslar sifariş edəcək. Mediaxeberleri.Az xəbər verir ki, 20-25 nəfər üçün nəzərdə tutulan sözügedən nəqliyyat vasitəsindən ümumilikdə 20 ədəd alınması planlaşdırılıb. Nəqliyyat vasitələrinin 2024-2025-ci il istehsallı olması isə əsas şərtlərdəndir. Belə ki, agentlik artıq bununla bağlı müvafiq işlərə başlayıb. Eyni zamanda agentlik avtobusların satınalınmasının 4,9 milyon manata başa gələcəyini proqonozlaşdırıb.
Oxunub: 161
Xəbəri paylaş
Paylaş: