Mediaxeberleri.az
    
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
  • 
  • Dövlətçilik tariximizdə dönüş nöqtəsi - MƏQALƏ
    Dövlətçilik tariximizdə dönüş nöqtəsi - MƏQALƏ

Son xəbərlər :
  • Günnüt əməliyyatının tək qəhrəman şəhidi - Adil Tatarovun xatirəsi anılıb - FOTO
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 1,5 milyonluq PR-media büdcəsi kimin maraqlarına xidmət edir? - Səbuhi Rzazadənin naziri idarəetmə taktikası və kommunikasiya böhranı
  • Kiçik Ermənistan üçün çox deyil? - ABŞ səfirliyinin heyəti Moskvanı heyrətləndirib
  • Ərdoğan Ceyhun Bayramovla görüşdü
  • Şiddətli töhmət alan baş həkimə direktor vəzifəsi həvalə edilib? - TƏBİB-dən açıqlama
  • Şavkat Mirziyoyev türk xalqları arasında qardaşlıq bağlarının möhkəmləndirilməsinə görə İlham Əliyevə təşəkkür edib
  • Unutmayın, Əliyev sizin üçün bu tarixi addımı atmışdı - İşbaşaran
  • Bu universitetdə müəllimlər kütləvi şəkildən işdən çıxarılır
  • Gürcüstanla Azərbaycan sərhədin delimitasiya prosesini sürətləndirmək barədə razılığa gəlib
  • Rəcəb Tayyib Ərdoğan Ceyhun Bayramovla ayaqüstü söhbət edib
  • Gənclərlə bağlı tədbirlərin təşkili üçün ayrılan xərclərin məbləği artırıldı - CƏDVƏL
  • Metal qablardakı konservlər xərçəng xəstəliyi yarada bilər
  • Elza Seyidcahanın qızıllarını mənimsəyənlərin işi: "Üstümüzdə 80 000 manat borc qalmışdı"
  • Məhkəmə: Yol qəzasında zərərçəkmiş şəxslə barışıq cinayət məsuliyyətindən azad edilməyə əsas olub
  • Mediasiya Şurasında ilk həmkarlar ittifaqı təşkilatı yaradılıb - Foto
  • Azərbaycanda məktəbdə kütləvi zəhərlənmə
  • SOCAR Rumıniyada 100-cü yanacaqdoldurma məntəqəsini istifadəyə verib - Foto
  • Trombdan qorunmaq üçün səhərlər bunu edin!
  • İran və Türkiyə arasında regional məsələlər müzakirə olunub
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

"ƏRDOĞAN PUTİNİ YOLA GƏTİRMƏYİN YOLLARINI ÇOX GÖZƏL BİLİR" – “Rusiya Azərbaycanla kompromisə getmək məcburiyyətində qalacaq”

  • Tarix: 4-09-2023, 23:59

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli “AzPolitika.info”-ya müsahibəsində Rusiyanın Şimali Kiprdə konsulluq açmaq qərarını, qarşıdakı günlərdə baş tutacaq Ərdoğan-Putin görüşündən gözləntilərini, Ermənistanın Laçın yolundakı son təxribatları, regionda gözlənilən proseslərlə bağlı sualları cavablandırıb.

Müsahibəni oxuculara təqdim edirik:

- Qabil bəy, Rusiya Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) konsulluq açmaq qərarına gəlib və bu qərar Prezident Vladimir Putinin bu ay Ankaraya gözlənilən səfəri ərəfəsinə təsadüf edir. Sizcə, Kremlin hesabları nədən ibarətdir, bu qərarın ardından Kiprin Moskva tərəfindən müstəqil bir dövlət kimi tanınması mümkündürmü?

- Rus siyasi elitasında Türk dünyası ilə əlaqələrin daha da möhkəmləndirilməsinin, iş birliyinin yeni formalarının yaradılmasının tərəfdarı olan adamlar var. Vaxtilə hətta Jirinovski də Putinə müraciətində deyirdi ki, “Türk dünyası ilə əlaqələrin genişləndirilməsi Rusiya üçün böyük perspektivlər vəd edir”. Bu gün hətta Rusiya siyasi dairələrində Türk Dövlətləri Təşkilatına xüsusi statuslu nümayəndənin göndərilməsi ilə bağlı müzakirələr gedir. Əlbəttə, bu, müzakirələrin nəticəsində məlum olacaq. Lakin istənilən halda Rusiyanın xarici siyasətində Türk dünyası ilə əlaqələrin genişləndirilməsinə diqqət xeyli artıb. Mən özüm də Rusiyanın Şimali Kiprdə konsulluq açmaq qərarını böyük heyrətlə qarşıladım. Açığı bunu gözləmirdim. Amma biz bilməliyik ki, Rusiya bu addımı atırsa, gələcəkdə onun müqabilində Türkiyədən nələrisə xahiş edə bilər.

- Məsələn, Putin nə istəyə bilər?

- Düşünürəm ki, Rusiyanın Türkiyədən gözləntisi Türk Dövlətləri Təşkilatında müşahidəçi qismində təmsilçilik ola bilər. Zənnimcə, Şimali Kiprdə konsulluğun açılmasının digər bir səbəbi də bölgədə rus turistlərin və tələbələrin sayının ildən-ilə artmasıdır. Qeyri-rəsmi məlumatlara görə Şimali Kiprdə 50 min, rəsmi məlumatlara görə isə 17 min Rusiya vətəndaşı yaşayır. Konsulluğun yaradılması onların işlərini xeyli asanlaşdıra bilər. Hər halda gələcəkdə bu addımın hansı siyasi məqsədlərlə atıldığı barədə daha dəqiq fikirlər meydana çıxacaq.

- Bəs perspektivdə Rusiya tərəfindən Şimali Kiprin müstəqilliyinin tanınması mümkündürmü?

- Açığı düşünürəm ki, bu addım Rusiyanın Şimali Kiprin müstəqilliyini tanıyacağı anlamına gəlmir. Çünki Rusiyanın Yunan Kipri, eləcə də Yunanıstanla əlaqələri daha səmimi və stratejik xarakter daşıyır. Ona görə də, bunun baş verəcəyini düşünmürəm.

- Azərbaycan Şimali Kiprlə əlaqələrinə yenidən baxa, onu genişləndirə bilərmi? Bəzi eskpertlər təklif edirlər ki, Qarabağ probleminin tam həllindən sonra Azərbaycan da Şimali Kiprlə bağlı Türkiyə ilə koordinasiyalı addımlar ata bilər. Siz necə düşünürsüz?

- Azərbaycan Şimali Kiprlə əlaqələrini genişləndirir. Bu gün bizim Şimali Kiprdə ticarət nümayəndəliyimiz var. Türkdilli respublikalar arasında az qala diplomatik statuslu belə bir nümayəndəliyin açılması böyük əhəmiyyətə malikdir. Biz bu gün Şimali Kipri tanıma ərəfəsində deyilik. Çünki özümüzün ayrıca bir Qarabağ problemimiz var. Ermənistanla sülh müqaviləsi bağlanmadığı, ərazilərimizdəki erməni icmasının nümayəndələri cəmiyyətimizə inteqrasiya edilmədiyi, Azərbaycanın suverenliyi tam bərqərar olmadığı müddətcə, biz Şimali Kiprlə diplomatik münasibətlər qura bilmərik. Amma qeyd etməliyik ki, Şimali Kiprin Türk Dövlətləri Təşkilatında müşahidəçi qismində iştirakında Azərbaycanın böyük rolu olub. Bu baxımdan deyə bilərəm ki, Şimali Kiprin müstəqilliyinin tanınması perspektivdə mümkündür və Azərbaycanın siyasi gündəmində olan aktual məsələlərdən biridir. Bu, həm də qardaş Türkiyə Cümhuriyyətinin bizdən xahiş etdiyi məsələlərdən biridir.



- Bu arada avqustda Ankarada keçirilməsi gözlənilən Ərdoğan-Putin görüşündə Qarabağ mövzusunun müzakirə olunacağı bildirilib. Nə gözləyirsiz, hansısa mühüm qərarlar qəbul oluna bilərmi?

- Bəli, Ərdoğan-Putin görüşündə önəmli məsələlərdən biri də Qarabağ problemidir. Türkiyə bu məsələ ilə ciddi surətdə məşğul olur. Hətta bu ərazilərdəki Rusiya sülhməramlılarının 2025-ci ildə çıxarılması ilə bağlı cənab Ərdoğanın da mövqeyi bəllidir. Digər tərəfdən, Türkiyə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanmasını istəyir və bu məsələdə əsas maneələrdən birinin də Rusiya olduğunu çox yaxşı bilir. Rus sülhməramlılarının bölgədəki qeyri - konstruktiv mövqeyi, separatçıları daim və müntəzəm olaraq qışqırtması və hərbi təhrikləri bizə, eləcə də Türkiyəyə məlumdur.

Zəngəzur dəmiryolu və avtomobil yolu xəttinin açılması, bölgədə dayanıqlı və möhkəm sülhün yaradılması, müəyyən balanslaşdırılmış münasibətlərin formalaşması üçün Rusiya sülhməramlılarının bölgədən çıxarılması məsələsi də Ankara görüşlərində müzakirənin əsas istiqamətlərindən biri olacaq. Ərdoğan bu məsələlərdə Putinə təsir etməyin və onu yola gətirməyin yollarını çox gözəl bilir. Eyni zamanda, hal-hazırda Türkiyənin Rusiyaya olan münasibəti, indiki və bundan sonrakı dövrdə Putin Rusiyası üçün “xilasedici kəmər” rolunu oynayır. Bu “xilasedici kəmər” hələ bir müddət də özünün pozitiv rolunu oynamaqda davam edə bilər.

- Laçın yolunda Ermənistanın təxribatı nəticəsində yaranmış böhran dərinləşir. Azərbaycana qarşı dünyadan bəyanatlar, çağırışlar artır. Bu tendensiya Azərbaycanın maraqlarına zərbə vuracaq proseslərə gətirib çıxara bilərmi? Laçın yolunda böhran necə həll oluna bilər, kompromislər mümkündürmü?

- Laçın yolundakı sərhəd-buraxılış məntəqəsində vəziyyət həqiqətən də mürəkkəbdir və getdikcədə daha da mürəkkəbləşir. Təəssüf ki, bu məsələnin mahiyyətini dünya ölkələri, xüsusən də kollektiv Qərb dəqiq anlaya bilmir. Bunu sadə bir proses hesab edir və bu nöqteyi - nəzərdən ölkəmizə qarşı təkidli çağırışlar edirlər. İndiki məqamda burada hər hansı bir kompromisin axtarılmasına ehtiyac duyulur. Əlbəttə, bu kompromisi Azərbaycan Respublikasının siyasi rəhbərliyi irəli sürməlidir. Məlum məsələdir ki, Ermənistanın 21 tırdan ibarət karvanı Xankəndinin humanitar ehtiyaclarını ödəmək üçün gönədərilməyib. Bu yükün erməni silahlı qüvvələrinin təchizatının gücləndirilməsi üçün göndərildiyini başa düşməmək mümkün deyil. Biz o maşınlardan bir neçəsini Xankəndinə buraxa bilərik. Amma bu yüklər ilk növbədə Azərbaycan tırlarına boşaldılmalı, prosesdə Azərbaycan tərəfindən olan nümayəndə heyəti iştirak etməlidir. Daha sonra bizim tırlarımızla bu yükü Xankəndiyə daşımaq olar. Bu, kompromis variantlardan biri kimi müzakirə edilə bilər. Həmçinin Azərbaycan hakimiyyətinin suverenliyinin yayılmasının bir əlaməti kimi, bizim göndərdiyimiz humanitar yardım da Xankəndiyə təhvil verilə bilər. Mən belə bir kompromislərin gündəmə gətirilə biləcəyini istisna etmirəm.

- Xankəndidəki separatçı rejimin son bəyanatları məsələnin təkcə Laçın yolunun açılması olmadığını bir daha nümayiş etdirdi, A.Arutyunyan bəyan edib ki, Azərbaycanla birgə yaşayış mümkün deyil. Belə olan halda Bakı hansı təsirli addımları ata bilər?

- Ermənilər qəbul edilməsi mümkün olmayan və üstəlik Azərbaycan dövlətinin heysiyyatına və ləyaqətinə toxuna biləcək təkliflər irəli sürürlər. Bu, siyasi həyasızlığın və özünü tanımamağın bir nümunəsidir. Bu ərazilərdə separatçıların bilavasitə nəzarəti altında olan insanlar bu bölgədən ən azı 50000 azərbaycanlını qovaraq didərgin vəziyyətinə salıblar. 1989-cu ilə qədər Dağlıq Qarabağ deyilən ərazinin tən yarısı azərbaycanlılardan ibarət idi. İndi onlara başa salmaq lazımdır ki, Siz Xocalı, Meşəli, Qaradağlı, Ağdaban soyqırımlarını törədibsiniz. İndi belə olan şəraitdə yeni iddialar irəli sürmək həyasızlığın hansı zirvəsi ola bilər? Onlara həm də başa salmaq lazımdır ki, siz bu ərazilərə gəlməsiniz. Təxminən 200 il bundan əvvəl İrandan gətirilmiş insanların törəmələrisiz. Yəni, bu adamlar bilməlidirlər ki, bu torpaqlara gəldikləri andan həmişə Azərbaycan insanı üçün çətinliklər yaradıblar. Ölkə başçısı qeyd edib ki, burada yaşamaq istəyən ermənilərə hər cür şərait yaradılacaq, bütün hüquqları təmin ediləcək. Azərbaycanın yuridiksiyası altına girmək istəməyənlər isə özləri bildiyi kimi başlarını götürüb hara istəyirlərsə, ora gedə bilərlər. Yəni, torpaq Azərbaycanındır. Bu torpaq üzərində suverenlik Azərbaycana məxsusdur. Dünya da, Ermənistanın özü də bu reallığı qəbul edir. Ona görə də, müxtəlif ovqatlara düşmək, bu ovqatlardan istifadə edərək Azərbaycana qarşı kin-küdurət qusmaq dövrü keçmişdə qalıb. İndiki şəraitdə bu mümkün deyil. Və elə Ermənistanın birinci prezidenti Ter-Petrosyanın, həmçinin Ermənistanın Baş naziri Nikol Paşinyanın da dediyi kimi, onlar başlarını aşağı salıb, reallıqları qəbul edib Azərbaycan cəmiyyətinə inteqrasiyanın yollarını axtarmalıdırlar. Başqa yol yoxdur.

- Qarşıdakı həftələrdə proseslərin hansı inkişaf ssenarilərini mümkün sayırsınız? Rusiya və Azərbaycan arasında vəziyyətin yumşaldılmasına dair hansısa anlaşmalar mümkündürmü?

- Rusiya bölgədə çox fitnəkar və bədnam bir rol oynayır. Vəziyyətin bu dərəcədə kəskinləşməsində onların “rolları” böyükdür. Hələ ki, biz Rusiya tərəfinin bu barədə mövqeyinin yumşaldılmasına tam nail ola bilməmişik. Amma həm Putinin Türkiyəyə səfərindən sonra, həm də Azərbaycan Prezidentinin özünün Rusiya ilə olan çoxşaxəli əlaqələri ilə bu vəziyyəti yumşaltmaq olar. Rusiya axıra qədər bu bölgədə at oynada bilməyəcək. Üstəlik Rusiyanın buna nə taqəti, nə də siyasi və iqtisadi resursu var. Rusiya bu məsələdə Azərbaycanla kompromisə getmək məcburiyyətində qalacaq.

Elvin Bəyməmmədli


Oxunub: 678
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 17:55 | Günnüt əməliyyatının tək qəhrəman şəhidi - Adil Tatarovun xatirəsi anılıb - FOTO
    Bu gün, 17:25 | "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    Bu gün, 17:22 | 1,5 milyonluq PR-media büdcəsi kimin maraqlarına xidmət edir? - Səbuhi Rzazadənin naziri idarəetmə taktikası və kommunikasiya böhranı
    Bu gün, 17:18 | Kiçik Ermənistan üçün çox deyil? - ABŞ səfirliyinin heyəti Moskvanı heyrətləndirib
    Bu gün, 17:13 | Ərdoğan Ceyhun Bayramovla görüşdü
    Bu gün, 17:08 | Şiddətli töhmət alan baş həkimə direktor vəzifəsi həvalə edilib? - TƏBİB-dən açıqlama
    Bu gün, 17:06 | Şavkat Mirziyoyev türk xalqları arasında qardaşlıq bağlarının möhkəmləndirilməsinə görə İlham Əliyevə təşəkkür edib
    Bu gün, 17:04 | Unutmayın, Əliyev sizin üçün bu tarixi addımı atmışdı - İşbaşaran
    Bu gün, 16:31 | Bu universitetdə müəllimlər kütləvi şəkildən işdən çıxarılır
    Bu gün, 15:53 | Gürcüstanla Azərbaycan sərhədin delimitasiya prosesini sürətləndirmək barədə razılığa gəlib
    Bu gün, 15:40 | Rəcəb Tayyib Ərdoğan Ceyhun Bayramovla ayaqüstü söhbət edib
    Bu gün, 15:36 | Gənclərlə bağlı tədbirlərin təşkili üçün ayrılan xərclərin məbləği artırıldı - CƏDVƏL
    Bu gün, 15:31 | Metal qablardakı konservlər xərçəng xəstəliyi yarada bilər
    Bu gün, 15:28 | Elza Seyidcahanın qızıllarını mənimsəyənlərin işi: "Üstümüzdə 80 000 manat borc qalmışdı"
    Bu gün, 15:20 | Məhkəmə: Yol qəzasında zərərçəkmiş şəxslə barışıq cinayət məsuliyyətindən azad edilməyə əsas olub
    Bu gün, 15:12 | Mediasiya Şurasında ilk həmkarlar ittifaqı təşkilatı yaradılıb - Foto
    Bu gün, 15:10 | Azərbaycanda məktəbdə kütləvi zəhərlənmə
    Bu gün, 15:09 | SOCAR Rumıniyada 100-cü yanacaqdoldurma məntəqəsini istifadəyə verib - Foto
    Bu gün, 15:01 | Trombdan qorunmaq üçün səhərlər bunu edin!
    Bu gün, 14:56 | İran və Türkiyə arasında regional məsələlər müzakirə olunub
    Bu gün, 14:52 | Bakıda yeni katolik kilsəsinin açılışında Papa XIV Leonun iştirakına ümid edilir
    Bu gün, 14:50 | Küveyt və Bəhreyn PUA hücumlarını dəf etdiklərini açıqlayıblar
    Bu gün, 14:48 | Ağdamda daha 70 ailəyə yeni mənzillərin açarları təqdim olundu - FOTO
    Bu gün, 14:34 | Türkiyədə Azərbaycan əleyhinə növbəti dalğa - Bakıya absurd ittihamlar
    Bu gün, 14:33 | Astarada sürüşmə: 16 istinad divarı çaya aşdı - Foto
    Bu gün, 14:30 | Bakı–Balakən–Bakı qatarının hərəkəti bərpa edilir
    Bu gün, 14:27 | Türkiyəli deputatın intim videoları mafiyanın əlinə keçdi
    Bu gün, 14:26 | 1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
    Bu gün, 14:23 | "Sabirabadda futbolu yenidən dirçəltmək istəyirik" - Klub prezidenti
    Bu gün, 14:16 | Şirkətlər qarşısında YENİ ÖHDƏLİK
    Bu gün, 14:13 | Korrupsiya barədə məlumat verən şəxsin müdafiəsi necə təmin olunacaq?
    Bu gün, 14:07 | Hüquqi şəxslər məhkəmə hökmünü icra etməməyə görə cinayət məsuliyyətinə cəlb olunacaq
    Bu gün, 14:04 | Bakıda keçirilən FIFA U-15 dünya çempionatının E və F yolunun qalibləri müəyyənləşdi - Foto
    Bu gün, 13:54 | Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açılıb - Foto
    Bu gün, 13:53 | Azərbaycanda 2 min manatlıq cərimə 50 manata endirilir
    Bu gün, 13:52 | Avtomobildə telefondan istifadə foto və videokameralar tərəfindən də qeydə alınaraq, cərimə yazılacaq
    Bu gün, 13:51 | Ağstafa-Qardabani istiqamətində yeni sərhəd-keçid məntəqəsi yaradılacaq - Foto
    Bu gün, 13:50 | Yunan generaldan Türkiyəyə təhdid: “Anlayacaqları şəkildə cavab verərik”
    Bu gün, 13:47 | Balıq qızardarkən una bir qaşıq əlavə edin: İçi yumşaq, çölü xırçıltılı
    Bu gün, 13:38 | Bu şəxslər hərbi çağırışdan azad ediləcək
    Bu gün, 13:34 | Azərbaycan millisi Əfqanıstana da uduzdu
    Bu gün, 13:31 | Vəzifədən gedəcəyi deyilən Səbinə Əliyevadan ilk AÇIQLAMA
    Bu gün, 13:29 | Azərbaycansız keçinə bilmərik - Razuvayev
    Bu gün, 13:22 | Pulsuz hüquqi yardım göstərənlərə dövlət nə qədər ödəniş edəcək?
    Bu gün, 13:21 | Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi
    Bu gün, 13:19 | Sabah hava necə olacaq?
    Bu gün, 13:14 | İrakli Kobaxidze: Cənubi Qafqazda sülhün möhkəmləndirilməsi xüsusi əhəmiyyət kəsb edir
    Bu gün, 13:10 | Müstəqilliyin 35 ilinin 34 ilini müharibə şəraitində keçirdik - Hikmət Hacıyev
    Bu gün, 13:08 | Salyanda hicaba görə məktəbə “Molotov kokteyli” atıldı - Foto
    Bu gün, 12:55 | Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.