Mediaxeberleri.az
    
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
    "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
  • 
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?

Son xəbərlər :
  • 800 manat alıb ər-arvadı barışdıracağını dedi - Boşandılar...
  • Azərbaycan və Yaponiya arasında vizasız rejim... - Hacıyev
  • Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü
  • Şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyuldu
  • Keçmiş icra başçısı Rusiyada vəfat etdi
  • 72 manatlıq ilk qonorar, 30 illik sevda - “Şərq”də keçən ömrüm
  • Bəzi gənclər niyə öz ixtisasları üzrə işləmək istəmirlər?
  • Azərbaycan idmançıları natural bodibildinq və fitnes üzrə Avropa çempionatında uğur qazanıblar - Video
  • Azərbaycan QHT-ləri İran Prezidenti Məsud Pezeşkiana açıq məktub ünvanlayıb
  • Dövlət başçısından daha bir SƏRƏNCAM
  • Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib
  • YAP-ın Balakən təşkilatının eks-sədri həbs edildi
  • Ermənistana keçən azərbaycanlı çoban geri qaytarıldı
  • Qarabağ qazisi vəfat etdi
  • Həyətdəki ağacı kəsdi: arvadı faciəvi şəkildə öldü
  • Azərbaycanın Milli Qəhrəmanının son durumu açıqlandı
  • İranda Azərbaycan dilində tədris aparılan bir məktəb yoxdur – Nazirlik
  • Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır- Dilsuz Dəmirçiyevin klubunda nələr yaşanır?
  • EYNİ DƏRMAN APTEKLƏRDƏ NİYƏ FƏRQLİ QİYMƏTƏ SATILIR? - Tarif Şurasından açıqlama
  • U-15 dünya çempionatı: Azərbaycan millisi İsrail yığmasını məğlub edib
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Ana dilini ana vətəni qədər sevən və ucaldan, dahi lider Heydər Əliyev

  • Tarix: 1-08-2025, 21:41

“Xalqı xalq edən, milləti millət edən onun ana dilidir”. - Heydər Əliyev

"Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir". - İlham Əliyev

“Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1 noyabr 2018-ci il tarixli fərmanı xalqımızın ana dilinin ədəbi dil səviyyəsində qorunmasına və zənginləşdirilməsinə yönəlik dövlət siyasətinin davamlılığının və mükəmməlliyinin daha bir təzahürüdür. Hər bir xalqın ana dili onun milli özünəməxsusluğunu, tarixi keçmişini və mədəniyyətini, zəngin söz xəzinəsini, inanc və ənənələrini, əxlaqi davranışlarını özündə daşıyan, əsrlərdən-əsrlərə çatdıran əvəzsiz sərvətidir. Azərbaycan dilinin – ana dilimizin, milli-mənəvi dəyərlərimizin keşiyində dayanmalı, onu sevməli və bu dildə danışmaqdan qürur duymalıyıq. Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dilinin hazırda dünya dilləri sırasında özünəməxsus yeri, imzası vardır.

“Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm…”

Bu müdrik sözlər bütün həyatını doğma xalqının, Vətəninin inkişafına, intibahına həsr edən, bu yolda misilsiz tarixi uğurlar qazanan, Azərbaycan dilinin inkişafı və onun qorunub saxlanması naminə xüsusi və layiqli xidmətləri olan, bu yolda rəhbər uzaqgörənliyi ilə daim qayğı göstərən Azərbaycan xalqının Ümummilli Lideri, dahi rəhbərimiz Heydər Əliyevə məxsusdur. Hələ keçmiş sovet dövründə, Azərbaycan dilinin dövlət dili statusu alması, Azərbaycan dilçiliyinin sürətli inkişafı, eləcə də dahiyanə və zəngin nitq mədəniyyəti ilə hamıya nümunə göstərməsi Heydər Əliyevin şərəfli xidmətlərindən biri idi.

"Ulu Öndər Heydər Əliyevin doğma ana dilimiz – Azərbaycan dili uğrunda şərəflə, cəsarətlə mübarizə apararaq qazandığı misilsiz tarixi uğurlar, dünyada yaşayan bütün azərbaycanlılara, eləcə də Azərbaycan xalqına ən gözəl nümunədir. İnsanın böyüklüyü, dühası hər şeydən əvvəl onun mənsub olduğu xalqa xidmətinin miqyası, əhatə dairəsi, praktik nəticələri, tarixi perspektivləri ilə ölçülür. Xalqının, millətinin tarixi yolunda müstəsna rol oynayan, taleyüklü vəzifələr, epoxal missiyalar həyata keçirən, beləliklə, ümumxalq, ümummilli dayağa, xilaskara dönən insanlar dünyanın ən böyük, əbədi xoşbəxtləridirlər. “Yola saldığımız və hazırda yaşadığımız əsrlərin ən xoşbəxti kimdir?” sualına tam cəsarətlə və məsuliyyətlə belə cavab vermək olar" - Heydər Əliyev.

Xalqına yorulmadan xidmət edən, milli-mənəvi dəyərlərimizin inkişafında, qorunub saxlanaraq gələcək nəsillərə ötürülməsində, onun keşiyində dayanmağı özünə müqəddəs borc bilən, milli sərvətimiz olan Ana dilini, ana vətəni qədər sevən və ucaldan, dahi lider Heydər Əliyevin adı məhz Azərbaycançılıq ideologiyası ilə bağlıdır. Təsadüfi deyil ki, Azərbaycan dilinin inkişafında Heydər Əliyev siyasətinin parlaq təzahürü olan dil siyasəti, fərman və sərəncamlar özünəməxsus möhkəm prinsiplər əsasında qurulub.

Bakı Dövlət Universitetinin 75 illiyinə həsr olunmuş təntənəli yubiley iclasında Ümummilli Liderimiz Heydər Əliyev 25 il əvvəli xatırlayaraq belə deyib:

“Xatirimdədir, universitetin 50 illik yubileyində çıxış edərkən, şübhəsiz ki, ana dilimdə, Azərbaycan dilində danışdım. Bu, böyük sensasiya kimi qəbul olundu – nə cür olur ki, respublikanın rəhbəri Azərbaycan dilində pis danışmır. Bəziləri məni bu hadisə münasibətilə təbrik etdilər, minnətdarlıqlarını bildirdilər. Dilini sevən, milli ruhla yaşayan insanlar doğrudan da bunu böyük bir hadisə kimi qəbul etdilər”.

Azərbaycan Respublikasının Konstitusiyasında (21-ci maddə) 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul olunmuş Azərbaycan dili – dövlət dili kimi təsbit olundu. Bütün bu uğurların həyata keçməsində öz müdrik, ağıllı qərarları ilə yanaşı, əsrarəngiz nitqi ilə də bu dilin keşiyində duran misilsiz insan, böyük mütəfəkkir və alim məhz dahi Ümummilli Liderimiz Heydər Əliyev olmuşdur.

Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində Ulu Öndər Heydər Əliyev müxtəlif vasitələrdən istifadə edirdi. Belə ki, Ümummilli Lider Heydər Əliyevin “Azərbaycan dilinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanı (30.09.2002), “Azərbaycan Respublikasının dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanı (02.01.2003) və habelə təhsil quruculuğu ilə əlaqədar olan normativ sənədlər, aktlar, təlimatlar, metodik göstərişlərdən irəli gələn tələblər ali məktəblərin fəaliyyətində, təcrübi işlərində də geniş şəkildə tətbiq edilir.

Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin qorunmasına və inkişafına xüsusi diqqət yetirirdi. 2001-ci ilin 18 iyununda Ümummilli Liderimiz “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzaladı. Ana dilimizin inkişafı və tətbiqi sahəsində meydana gələn bəzi problemlərin həllində bu tarixi sənəd mühüm rol oynayıb. Həmçinin fərmanda Azərbaycan Prezidentinin yanında Dövlət Dil Komissiyasının yaradılması da nəzərdə tutulurdu. Təsadüfi deyildir ki, belə bir qurumun yaradılması ana dilimizin tətbiqi işinin təkmilləşməsinə daha dəqiq, diqqətli şəkildə nəzarət etmək və dilin qorunmasını tənzimləmək məqsədi daşıyırdı.

Və bu gün Azərbaycan dilinin inkişafı, dövlət dilinə çevrilməsi, milli-mənəvi sərvətimiz kimi qorunub saxlanılması, dünyanın ən ali, mötəbər tribunalardan eşidilməsi, diplomatiya aləminə yol açması, məhz Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlıdır.

Heydər Əliyevin Azərbaycan dili və millətin milliliyi mövzusundakı müdrik fikirlərindən birini xatırlayaq:

“Millətin milliliyini saxlayan onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı bir-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, bu həm də azərbaycançılıq məsələsidir”.

Azərbaycan yeraltı və yerüstü sərvətləri, milli-mənəvi cəhətdən zəngin, müxtəlif dillərin, dinlərin, mədəniyyətlərin və mədəniyyətlərarası dialoqun sərbəst şəkildə inkişaf etdiyi ölkələrdən biridir. Və daim sülhün, dostluğun, qardaşlığın hökm sürdüyü, ölkənin ən çətin günlərində müasir dövlətçiliyi qoruyan və ölkənin parçalanmasına yönəlmiş bütün düşmən qüvvələrinin qarşısını alan, Azərbaycan tarixinə öz imzasını atan dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır.

Tarixin müxtəlif dövrlərində Azərbaycan dili müxtəlif təzyiqlərə məruz qalsa da, öz varlığını qoruyub saxlamışdır. Azərbaycan xalqı xoşbəxtdir ki, bu xalqın, dövlətin Ulu Öndər Heydər Əliyev kimi qurucusu, memarı, Cənab Ali Baş Komandanımız, Prezident İlham Əliyev kimi uzaqgörən siyasətçisi, sərkərdəsi var.

Ulu Öndərin qətiyyətli siyasəti bu gün Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və o, ən xoşbəxt övlad kimi ata vəsiyyətini yerinə yetirir. Çağdaş, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin ideya və əməllərinin sadiq davamçısı, Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyəti dövründə ana dilinin dövlət dili statusu qorunmuş və onun inkişafı yüksək səviyyədə təmin edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözləri ilə desək:

“Ana dilimiz öz imkanlarının zənginliyi, səs quruluşunun səlisliyi və qrammatik quruluşunun sabitliyi ilə səciyyələnir. Müasir Azərbaycan ədəbi dili siyasi-ictimai, elmi-mədəni sahələrdə geniş işlənmə dairəsinə malik, yüksək yazı mədəniyyəti olan və daim söz ehtiyatını zənginləşdirən bir dildir”.

Ölkə Prezidenti İlham Əliyev müstəqillik illərində Azərbaycan dilinin inkişafı və qorunub saxlanması istiqamətində siyasi, milli iradə, məqsədyönlü xidmət göstərir. Azərbaycan dilinin nüfuzunun yüksəlməsinə, dünya və türk dilləri arasında mötəbər, ali mövqe qazanmasına xidmətlərini başlıca amil tutaraq İlham Əliyev ana dili və ədəbiyyatımız haqqında demişdir:

“Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir”.

İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır və dövlət idarəçiliyinin bütün sahələrində olduğu kimi, dil siyasətində də Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu strateji xətti inam və uğurla inkişaf etdirir. Ölkə rəhbərinin Azərbaycan dilinin inkişafı istiqamətində atdığı addımlar, xüsusilə ədəbi dil normalarının qorunması, Azərbaycan dilçiləri və ziyalıları tərəfindən böyük ehtiram və minnətdarlıqla qarşılanır. Bu təşəbbüs və xidmətlərin ölkədə dilçilik elmində araşdırmaların yaxşılaşdırılmasına, tətbiq və tədqiqatların inkişafına, dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsinə təminat verəcəyinə böyük qətiyyətlə inanırıq. Hər bir insanın dühası hər şeydən əvvəl mənsub olduğu xalqa, onun ana dilinə sevgisi, milli-mənəvi dəyərlərə ehtiramı və tarixi perspektivlərə xidməti ilə ölçülür.

Hər birimiz doğma vətənimizi – Can Azərbaycanımızı dilimizlə, milli-mənəvi dəyərlərə bağlılığımızla, vətəndaşlıq qürurumuzla, torpağa və azərbaycançılıq ideologiyasına sədaqətimizlə sevməli və qoruyub yaşatmalıyıq!

Ayna Vaqif qızı Əlixanova
Tədqiqatçı-filoloq, AMEA-nın doktorantı



Oxunub: 997
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 18:12 | 800 manat alıb ər-arvadı barışdıracağını dedi - Boşandılar...
    Dünən, 18:09 | Azərbaycan və Yaponiya arasında vizasız rejim... - Hacıyev
    Dünən, 18:08 | Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü
    Dünən, 18:06 | Şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyuldu
    Dünən, 17:26 | Keçmiş icra başçısı Rusiyada vəfat etdi
    Dünən, 15:55 | 72 manatlıq ilk qonorar, 30 illik sevda - “Şərq”də keçən ömrüm
    Dünən, 14:22 | Bəzi gənclər niyə öz ixtisasları üzrə işləmək istəmirlər?
    Dünən, 14:12 | Azərbaycan idmançıları natural bodibildinq və fitnes üzrə Avropa çempionatında uğur qazanıblar - Video
    Dünən, 13:45 | Azərbaycan QHT-ləri İran Prezidenti Məsud Pezeşkiana açıq məktub ünvanlayıb
    Dünən, 13:44 | Dövlət başçısından daha bir SƏRƏNCAM
    Dünən, 13:42 | Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib
    Dünən, 13:23 | YAP-ın Balakən təşkilatının eks-sədri həbs edildi
    Dünən, 13:21 | Ermənistana keçən azərbaycanlı çoban geri qaytarıldı
    Dünən, 13:10 | Qarabağ qazisi vəfat etdi
    Dünən, 12:57 | Həyətdəki ağacı kəsdi: arvadı faciəvi şəkildə öldü
    Dünən, 12:54 | Azərbaycanın Milli Qəhrəmanının son durumu açıqlandı
    Dünən, 12:50 | İranda Azərbaycan dilində tədris aparılan bir məktəb yoxdur – Nazirlik
    Dünən, 12:45 | Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır- Dilsuz Dəmirçiyevin klubunda nələr yaşanır?
    Dünən, 12:43 | EYNİ DƏRMAN APTEKLƏRDƏ NİYƏ FƏRQLİ QİYMƏTƏ SATILIR? - Tarif Şurasından açıqlama
    Dünən, 12:40 | U-15 dünya çempionatı: Azərbaycan millisi İsrail yığmasını məğlub edib
    Dünən, 12:34 | Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”
    Dünən, 12:32 | Tibb xidməti leytenantı Adil Əfəndiyevin əziz xatirəsi ehtiramla anıldı
    Dünən, 11:50 | 14 İCRA HAKİMİYYƏTİNDƏ MİLYONLUQ YEYİNTİLƏR – Vəsaitlər necə mənimsənilib?
    Dünən, 11:42 | İlham Əliyev Aleksander Van der Belleni təbrik etdi
    Dünən, 11:38 | BŞİH: Ağacların kəsilməsində qayda pozuntusuna yol verən əməkdaş işdən azad edilib
    Dünən, 10:01 | Bakıda deputatın oğlunun da olduğu cinayətkar birliyin fəaliyyəti ilə bağlı RƏSMİ MƏLUMAT
    Dünən, 09:27 | Abşeronda qaz problemi: "Ödədiyimiz 31 min manatın da aqibətindən xəbərsizik" - Video
    Dünən, 09:24 | Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
    Dünən, 09:19 | Qubadlı əməliyyatının az bilinən detalları: Xanlıqda nə baş verib? - Video
    Dünən, 09:14 | Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Dünən, 09:07 | Məktəb dərsliklərində plagiat iddiası: Nazirlikdən açıqlama - Video
    Dünən, 09:05 | Peşə təhsili müəssisələrində yüzlərlə vakant ştat boş qalıb? - Video
    Dünən, 09:01 | Netanyahu İrandan danışdı, nüvə partlayışını əks etdirən görüntü paylaşdı - Foto
    25-10-2026, 20:08 | "Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
    25-10-2026, 16:33 | Ukraynadan Rusiya ordusuna ağır zərbə
    25-10-2026, 14:56 | Altı il öncə bu gün – 25 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR
    25-10-2026, 14:34 | Azərbaycan Premyer Liqasında IX tur başa çatır: "Sabah" "Qarabağ"ı qəbul edir
    25-10-2026, 13:43 | Azərbaycanın U-15 millisi dünya çempionatında növbəti qələbəsini qazandı
    24-10-2026, 22:36 | “Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
    24-10-2026, 22:34 | Millimizdən dünya çempionatında böyükhesablı qələbə
    24-10-2026, 21:48 | Bəzi tibb işçilərinin maaşına 50 faizədək əlavə veriləcək
    24-10-2026, 21:37 | Məşhurlar ən çox bu kokteyli içir
    24-10-2026, 21:34 | Kafedəki dəhşətli qətlə görə, deputatın oğlunu hansı cəza gözləyir?
    24-10-2026, 21:30 | Çay içənlərə XƏBƏRDARLIQ
    24-10-2026, 21:25 | 10 yaşlı uşağa təcavüz edən "Akula Akif"in dəhşətli cinayəti: "Cinlər məni yoldan çıxardı"
    24-10-2026, 21:20 | Zeytun Festivalının açılışı olub - Foto
    24-10-2026, 20:55 | “Neftçi” - “Turan Tovuz” matçında heç-heçə, “Kəpəz”dən qələbə
    24-10-2026, 20:30 | Azərbaycanın iki güləşçisi dünya çempionatında finala yüksəldi
    24-10-2026, 20:27 | U-15 DÇ: İlham Əliyev millinin oyununu izləyir
    24-10-2026, 20:26 | Qətl törədib gizlənən şəxslər saxlanıldı - DTX-dən əməliyyat
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.