Mediaxeberleri.az
    
  • "Oğlumu gözüyaşlı qoyub işə gedirdim" - Jurnalist İlhamiyyə Rza nəyi etiraf etdi? - VİDEO
    "Oğlumu gözüyaşlı qoyub işə gedirdim" - Jurnalist İlhamiyyə Rza nəyi etiraf etdi? - VİDEO
  • 
  • ABŞ-nin yeni dünya nizamı mesajı və Orta Dəhlizin əhəmiyyəti - VİDEO
    ABŞ-nin yeni dünya nizamı mesajı və Orta Dəhlizin əhəmiyyəti - VİDEO
  • 
  • ƏHALİ SÜRƏTLƏ BANKLARA BORCLANIR... - Vətəndaşların kredit yükünün artması nə ilə bağlıdır?
    ƏHALİ SÜRƏTLƏ BANKLARA BORCLANIR... - Vətəndaşların kredit yükünün artması nə ilə bağlıdır?
  • 
  • Bakıda zamanın toxunmadığı məhəllə: İnqilabçının adını daşıyan ərazidən REPORTAJ - VİDEO
    Bakıda zamanın toxunmadığı məhəllə: İnqilabçının adını daşıyan ərazidən REPORTAJ - VİDEO
  • 
  • Paşinyan yaxın gələcəkdə Azərbaycanla işgüzar əlaqələrin qurulacağına inanır
    Paşinyan yaxın gələcəkdə Azərbaycanla işgüzar əlaqələrin qurulacağına inanır
  • 
  • Dörd rayonda ƏMƏLİYYAT - Vəzifəli şəxslər SAXLANILDILAR
    Dörd rayonda ƏMƏLİYYAT - Vəzifəli şəxslər SAXLANILDILAR
  • 
  • Ağstafada məktəbdə qanlı insident: Valideynlər nəyi gizlədirlər? - VİDEO
    Ağstafada məktəbdə qanlı insident: Valideynlər nəyi gizlədirlər? - VİDEO
  • 
  • Heydər Əliyevin dövlətçilik və diplomatiya təcrübəsi ilə bağlı kitab işıq üzü görüb - VİDEO
    Heydər Əliyevin dövlətçilik və diplomatiya təcrübəsi ilə bağlı kitab işıq üzü görüb - VİDEO
  • 
  • Sələmçiliklə bağlı XƏBƏRDARLIQ - Ali Məhkəmə məlumat yaydı
    Sələmçiliklə bağlı XƏBƏRDARLIQ - Ali Məhkəmə məlumat yaydı
  • 
  • Türkiyədə azərbaycanlı qadın güllələnərək öldürüldü - Foto
    Türkiyədə azərbaycanlı qadın güllələnərək öldürüldü - Foto
  • 
  • BAKIDA “ÖLÜM AYAĞINDA” OLAN TERRORÇU İRƏVANDA “DIRİLDİ” - Azərbaycanın əfv etdiyi məxluq Koçaryana qoşulub + VİDEO
    BAKIDA “ÖLÜM AYAĞINDA” OLAN TERRORÇU İRƏVANDA “DIRİLDİ” - Azərbaycanın əfv etdiyi məxluq Koçaryana qoşulub + VİDEO
  • 
  • "Haber Global": "Bakı BMT-nin nüfuzlu tədbirinə ev sahibliyi edəcək" - VİDEO
    "Haber Global": "Bakı BMT-nin nüfuzlu tədbirinə ev sahibliyi edəcək" - VİDEO
  • 
  • Gəncədə məktəbdə dəhşətli hadisə: Şagird bıçaqlandı
    Gəncədə məktəbdə dəhşətli hadisə: Şagird bıçaqlandı
  • 
  • 400 minlik dələduzluq: Sabiq ekspertin məhkəməsi...
    400 minlik dələduzluq: Sabiq ekspertin məhkəməsi...
  • 
  • Camalovun xaraba günə qoyduğu Zərdab... - BU NƏDİ BELƏ?..
    Camalovun xaraba günə qoyduğu Zərdab... - BU NƏDİ BELƏ?..
  • 
  • Milli Onkologiya Mərkəzində baş verən partlayış hansı sualları gündəmə gətirdi? - VİDEO
    Milli Onkologiya Mərkəzində baş verən partlayış hansı sualları gündəmə gətirdi? - VİDEO
  • 
  • QAFQAZDA SÜLH AVROPANI DA BÖLGƏDƏN QOVUR - AZAL təyyarəsi, İran dronları, indi də AP qətnaməsi...
    QAFQAZDA SÜLH AVROPANI DA BÖLGƏDƏN QOVUR - AZAL təyyarəsi, İran dronları, indi də AP qətnaməsi...
  • 
  • Zakir Bəxtiyar poeziyası Vətən, yaddaş, insan ruhunun poetik salnaməsidir
    Zakir Bəxtiyar poeziyası Vətən, yaddaş, insan ruhunun poetik salnaməsidir
  • 
  • Bakıdakı uşaq bağçasında işəqəbul maxinasiyası: Şikayətçilər necə aldadıldıqlarını açıqladılar
    Bakıdakı uşaq bağçasında işəqəbul maxinasiyası: Şikayətçilər necə aldadıldıqlarını açıqladılar
  • 
  • Brent markalı neftin qiyməti 109 dolları ötüb
    Brent markalı neftin qiyməti 109 dolları ötüb
  • 
  • Müştərinin maşınını sürən avtoyuma işçisinə 2000 manatlıq cərimə - Qanun nə deyir? - VİDEO
    Müştərinin maşınını sürən avtoyuma işçisinə 2000 manatlıq cərimə - Qanun nə deyir? - VİDEO

Son xəbərlər :
  • Pensiya ilə bağlı mühüm xəbər
  • Bakı Olimpiya Stadionunda Azərbaycanın və BMT-nin bayraqları qaldırılıb
  • Əliağa Hüseynova AĞIR İTKİ - FOTO
  • Prezident İlham Əliyev Serbiya Prezidenti ilə görüşüb
  • Türkiyə oğurluq Ukrayna taxılının olduğu gəmiyə icazə vermədi
  • Sabah hava bu insanlar üçün əlverişli olacaq
  • ADSEA-nın əməkdaşları gücləndirilmiş iş rejimi şəraitində ərazilərdən yağış sularını kənarlaşdırırlar
  • Hər yerdə 15-20 manatdır, Bakıda isə 178 AZN – Bu məhsulun qiyməti ŞOK etdi
  • Azərbaycandan səsləri o açıqlayacaq
  • Daha bir şəhidin nəşi 32 il sonra tapıldı
  • Zimbabve Respublikasının Vitse-prezidenti Azərbaycana səfərə gəlib
  • İlham Əliyev Pəncabın baş naziri ilə görüşdü
  • Bakıya yağan yağıntının miqdarı... – Faktiki hava
  • 300 bal toplasa da adı siyahıda yoxdur - SƏBƏB
  • Türk dünyası üçün də mühüm çağırışlar... - Deputat
  • Sabah dolu düşəcək, qar yağacaq
  • Yeni nəsil şəxsiyyət vəsiqəsi sahiblərinin nəzərinə: Ödənişdə problem yaşaya bilərsiniz
  • Sürücülərin nəzərinə: nəqliyyat sahəsi üzrə bu xidmətlərə artıq "mygov"dan müraciət etmək mümkündür
  • Məşhur futbolçu İtaliya vətəndaşı oldu
  • Bakıda keçiriləcək WUF13 bunun üçün həlledici məqam olacaq
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

"Alqış Musayevin yazdığı dəyərləndirmə yox, məğlubiyyət etirafıdır"

  • Tarix: 9-07-2025, 11:01

"Onlayn media hadisəni ictimai fikrə, milli şüur faktına çevirmək iqtidarında deyil".

 

Bu cümləni "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Alqış Musayev Facebook profilində yazıb.

 

Əslində, cümlə yox, simptomdur. Dərin, təlaşlı, hətta ümidsiz bir diaqnoz. Onlayn mediamızın vəziyyətini o şəxs təftiş edərək şikayətlənir ki, özünü media gerçəkliyinin hakimi saysa da, fərdi eqosunda qalıb.

 

Bu cümlə təhlil yox, şüurun darlığı, zamanın gücünü anlamamaqdır.

 

Alqış Musayev bu cümləni mütəxəssis, nüfuzlu media bilicisi kimi yazıb. Halbuki o, xalqla, cəmiyyətin hücrəsi olan vətəndaşla əlaqəni itirən, gerçəyi tam qəbul etməyən əyyami-qədim şüurun dəfn sədalarını eşitmək istəmir.

 

Dərk etmək istəmir ki, onlayn media "ənənənvi" deyilən, yeniliklərə və çağdaşlığa uyğunlaşa bilməyən arxiv düşüncəsindən fərqli olaraq canlıdır. Mütəhərrikdir, maraqlıdır, yaşayır, nəfəs alır.

 

Onlayn medianı göstərişlə, məcburiyyətlə yox, seçərək oxuyurlar.

 

Seçim məsələsidir, cənab Musayev. Naftalin qoxulu kabinetlərdə yox, onlayn-mediada, yazılarda, araşdırmalarda, şərhlərdə, xalqın səsində formalaşır gerçək, ictimai şüur.

 

Alqış Musayev yazdığı dəyərləndirmə yox, məğlubiyyət etirafıdır.

 

Çünki bu cümlə sadə bir fikir yox, bilaəks, könüllü diaqnozdur. Və təəssüf ki, diaqnoz onlayn mediaya yox, elə bu sözlərin müəllifinə aiddir.

 

Bu, zamanın ruhunu anlamamaq kimi xroniki bir haldır.

 

Bu sözləri kim deyir? Ölkədə oxucu auditoriyası faktiki olaraq minimum səviyyəli qəzetin.

 

Həm də elə bir qəzetin ki, onu nə sosial şəbəkələrdə kütləvi şəkildə paylaşırlar, nə də ciddi ictimai diskussiyalarda istinad edirlər. Bu şəxs onlayn medianın təsir gücünü müzakirə etmək istəyir?!

 

Bugünkü media artıq kağızda dərc olunan, rəsmi xronika ilə dolu arxiv sənədi deyil. Bu gün onlayn media - xalqın döyünən nəbzi, səslənən ritmidir. Onlayn media - xalqın təpəridir, əsəbləridir, reaksiyasıdır. Bu, dövrün gedişini müəyyən edən gücdür.

 

Azərbaycanın onlayn mediası təkcə ölkədaxili ictimai-siyasi proseslərə deyil, beynəlxalq mövzulara da dərhal reaksiya verir, ölkənin düşmənlərinə cavab verir, xalqın səsini dünyaya çatdırır.

 

Onlayn medianın bir paylaşımı minlərlə insanın düşüncəsini dəyişə, cəmiyyəti silkələyə bilər. Tək bir video gecə ilə 300 min baxış toplaya bilir. Onlayn mediamızda bir videomüsahibə, bir yazı bəzən bir qəzetin illərlə demədiyi həqiqəti bir cümlədə deyir.

 

Alqış Musayev deyir: "Onlayn media hadisəni ictimai fikrə çevirə bilmir." Sual verirəm: siz nə zaman belə bir hadisəni ictimai şüura çevirmisiniz? Haradadır o yazılarınız ki, cəmiyyət onlardan iqtibas gətirsin? Haradadır elə bir məqaləniz ki, onun ətrafında ciddi müzakirələr getsin, nəinki Facebook-da bir-iki bəyənmə, həqiqətən rezonans doğursun?

 

Nə siz, nə də rəhbəri olduğunuz qəzet belə bir nüfuz qazana bilməmisiniz. Sadəcə rəsmi məlumatları tirajlayaraq cəmiyyətin şüuruna təsir etmək mümkün deyil. Sizin qəzet sadəcə formal olaraq mövcuddur. Oxunan, dinlənilən, təsir edən — məhz onlayn mediamızdır.

 

Yazırsımız: “Milli şüur”. Amma milli şüur yalnız afişa tipli başlıqlarla formalaşmır. Milli şüur xalqın dərdidir, ağrısıdır, sevinci və qəzəbidir. Bu gün həmin şüuru ifadə edənlər əllərində dizüstü kompüterlə, evindən, küçədən, sadə xalqın içindən yazan və danışan onlayn media jurnalistləridir.

 

Siz həmin şüuru kağızın arxasında, rəsmi başlıqlarda axtarırsınız. Amma artıq o kağızlar tarixə çevrilib. Gerçək həyat ekranda baş verir. Gerçək söz “online”da danışılır. Siz eşitmirsinizsə, bu, onların susduğuna görə deyil. Bu, sizin eşidə bilməməyiniz və yainki eşitmək istəməməyinizlə bağlıdır.

 

Və bəli, siz onlayn mediamızın gücünü danmağa davam etdikcə, həmin media anaxronist düşüncəliləri milli informasiya muzeyimizin köhnəlmiş eksponatı kimi qəbul edir.

 

Reallığa xoş gəlmisiniz.


Oxunub: 588
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 18:03 | Pensiya ilə bağlı mühüm xəbər
    Bu gün, 18:02 | Bakı Olimpiya Stadionunda Azərbaycanın və BMT-nin bayraqları qaldırılıb
    Bu gün, 17:58 | Əliağa Hüseynova AĞIR İTKİ - FOTO
    Bu gün, 17:57 | Prezident İlham Əliyev Serbiya Prezidenti ilə görüşüb
    Bu gün, 17:55 | Türkiyə oğurluq Ukrayna taxılının olduğu gəmiyə icazə vermədi
    Bu gün, 17:54 | Sabah hava bu insanlar üçün əlverişli olacaq
    Bu gün, 12:02 | ADSEA-nın əməkdaşları gücləndirilmiş iş rejimi şəraitində ərazilərdən yağış sularını kənarlaşdırırlar
    Bu gün, 10:50 | Hər yerdə 15-20 manatdır, Bakıda isə 178 AZN – Bu məhsulun qiyməti ŞOK etdi
    Bu gün, 10:47 | Azərbaycandan səsləri o açıqlayacaq
    Bu gün, 10:44 | Daha bir şəhidin nəşi 32 il sonra tapıldı
    Bu gün, 10:41 | Zimbabve Respublikasının Vitse-prezidenti Azərbaycana səfərə gəlib
    Bu gün, 10:40 | İlham Əliyev Pəncabın baş naziri ilə görüşdü
    Bu gün, 10:38 | Bakıya yağan yağıntının miqdarı... – Faktiki hava
    Dünən, 14:46 | 300 bal toplasa da adı siyahıda yoxdur - SƏBƏB
    Dünən, 14:43 | Türk dünyası üçün də mühüm çağırışlar... - Deputat
    Dünən, 14:41 | Sabah dolu düşəcək, qar yağacaq
    Dünən, 14:05 | Yeni nəsil şəxsiyyət vəsiqəsi sahiblərinin nəzərinə: Ödənişdə problem yaşaya bilərsiniz
    Dünən, 14:03 | Sürücülərin nəzərinə: nəqliyyat sahəsi üzrə bu xidmətlərə artıq "mygov"dan müraciət etmək mümkündür
    Dünən, 14:00 | Məşhur futbolçu İtaliya vətəndaşı oldu
    Dünən, 13:59 | Bakıda keçiriləcək WUF13 bunun üçün həlledici məqam olacaq
    Dünən, 10:42 | Zülfüqar Kazımov vəfat etdi - FOTO
    Dünən, 10:41 | Lahıc yolunda UÇQUN: Rayon mərkəzi ilə ƏLAQƏ KƏSİLDİ
    Dünən, 10:38 | Bakı nefti yenidən bahalaşdı
    Dünən, 10:34 | Bakıda forum: 8 ölkədən nümayəndə iştirak edir
    15-05-2026, 23:58 | Xırdalanda yol problemi: Sakinlər beziblər - VİDEO
    15-05-2026, 23:51 | İlham Əliyevin Qazaxıstana səfəri başa çatdı - VİDEO
    15-05-2026, 22:12 | Azərbaycan güləşçisi Avropa üçüncüsü oldu
    15-05-2026, 21:59 | Bakı-Ələt-Qazax-Gürcüstan yolunun çökməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
    15-05-2026, 21:57 | Bayram namazının vaxtı açıqlandı
    15-05-2026, 21:55 | Rusiya zərbə üçün bizim yerimizi araşdırır - Zelenski
    15-05-2026, 21:53 | Prezidentdən xoş xəbər: Yaxın aylarda...
    15-05-2026, 21:51 | "Qəbələ" və "Araz" qalib gəldi
    15-05-2026, 21:10 | Kitabların işığında ömür yolu və ya Sevinc Bayramovanın mənəviyyat dünyası
    15-05-2026, 21:02 | Beş gün iş olmayacaq
    15-05-2026, 21:00 | Bakıda 49,5 milyon manata yeni park salınır
    15-05-2026, 20:58 | Bakı, Gəncə və Zərdabda ağaclar kəsildi: 123 minlik ziyan...
    15-05-2026, 18:55 | Evi, obyekti olanların nəzərinə: Bunu etməyənlər cərimələnəcək
    15-05-2026, 18:53 | Ermənistan Azərbaycan bayrağı ilə təqdim edildi - Foto
    15-05-2026, 18:12 | Uşağa görə verilən pul artırılacaq
    15-05-2026, 18:08 | ADY gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
    15-05-2026, 17:52 | İyun ayında Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən Türk dünyası həftəsi keçiriləcək
    15-05-2026, 17:50 | Bakının Nəsimi rayonunda 50 milyona park salınır - Park ərazisinə düşən tikililər söküləcək
    15-05-2026, 17:45 | Bakıda iki gün intensiv yağış yağacaq
    15-05-2026, 17:43 | Onların imtahan nəticələri ləğv ediləcək – Qərar
    15-05-2026, 17:41 | Bağçalara elektron sənəd qəbulu dayandırılır - Səbəb
    15-05-2026, 16:35 | Bu halda “Qarabağ”dan gedəcəyəm - Koxalski
    15-05-2026, 16:05 | Əli Əsədov qərar imzaladı
    15-05-2026, 16:03 | Azərbaycana qarşı vuruşan erməni general Almaniyada öldü
    15-05-2026, 14:31 | Elnaz və İlahə bacıları beynəlxalq mükafat aldı
    15-05-2026, 14:29 | Bakıda məktəbdə şagirdlər arasında münaqişə... - Video
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.