Azərbaycan beynəlxalq sazişlərə artıq Ermənistanla əlaqədar qeyd-şərt olmadan qoşulacaq
“Beynəlxalq sazişlərə qoşulmağımız artıq dəyişəcək, qeyd-şərt aradan götürülüb”. Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib. Deputat bildirib ki, artıq Azərbaycanın suverenliyi tam təmin olunub: “Biz artıq beynəlxalq sazişlərə qeyd-şərtlə qoşulmayacağıq. Bu, çox böyük hadisədir”. Qeyd edək ki, indiyə qədər Azərbaycan beynəlxalq sazişlərə Ermənistanla bağlı qeyd-şərtlə qoşulub.
Oxunub: 161
Xəbəri paylaş
Paylaş: