İran İsraillə müharibədə ölənlərin sayını açıqladı - SON STATİSTİKA
İsrailin İran ərazisinə endirdiyi zərbələr nəticəsində 627 nəfər ölüb, 4870 nəfər yaralanıb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Hüseyn Kermanpur “X” hesabında məlumat yayıb. O bildirib ki, ən çox ölüm və yaralı sayı paytaxt Tehranda və Kirmanşah şəhərində qeydə alınıb. Ciddi zərər çəkən digər ostanlar arasında Xuzistan, Lorestan, İsfahan, Mərkəzi, Şərqi Azərbaycan, Həmədan, Zəncan və Gilan var. Məlumata görə, ölənlərin 86.1%-i hücum zamanı həyatını itirib, 13.9%-i isə xəstəxanaya aparılarkən və ya xəstəxanalarda vəfat edib.
Oxunub: 413
Xəbəri paylaş
Paylaş: