Ermənistan Təhlükəsizlik Şurası: "İrəvan sülh sazişi imzalamaq üçün Bakı ilə məsləhətləşir"
Ermənistan sülh müqaviləsi imzalamaq üçün diplomatik kanallar vasitəsilə Azərbaycanla məsləhətləşmələr aparır. Mediaxeberleri.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərlə söhbətində bildirib. "Tərəflər bəyan ediblər ki, sazişin layihəsi razılaşdırılıb, sadəcə onun imzalanması qalıb. Hazırda biz sülh müqaviləsinin imzalanması üçün diplomatik kanallar vasitəsilə Azərbaycanla məsləhətləşmələr aparırıq", - deyə o vurğulayıb. Qriqoryan bir daha qeyd edib ki, İrəvan sənədin imzalanmasını təmin etmək üçün səylərini davam etdirir.
Oxunub: 1 591
Xəbəri paylaş
Paylaş: