Ərdoğan: "Azərbaycan və Ermənistan arasında atılan addımları məmnuniyyətlə qarşılayırıq"
"Azərbaycan və Ermənistan arasında atılan addımları məmnuniyyətlə qarşılayırıq. Əldə olunacaq sülh Azərbaycan, Ermənistan və ölkəmiz üçün dəyərli olacaq. Bu prosesin ən qısa zamanda başa çatmasını istəyirik". Mediaxeberleri.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib. Türkiyə lideri Laçın Hava Limanının logistik əhəmiyyəti ilə bağlı da danışıb. O vurğulayıb ki, Laçında açılan aeroport bölgənin nəqliyyat infrastrukturunu üst səviyyəyə qaldıracaq. "Türkiyə və Azərbaycan olaraq müdafiə, enerji, əkinçilik və heyvandarlıq kimi bir çox sahədə əməkdaşlığı inkişaf etdiririk, bütün bu sahələr strateji əhəmiyyət kəsb edir. Böhranlar bütün dünyaya tədarük təhlükəsizliyinin vacibliyini bir daha göstərdi" - deyə R.T.Ərdoğan vurğulayıb.