Qənirə Paşayeva vəfat etdi - YENİLƏNİB + CANLI YAYIM
Millət vəkili Qənirə Paşayeva bu gün müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib. Vəfat edən millət vəkili Qənirə Paşayevanın dəfn yeri açıqlanıb. Bu barədə “Qafqazinfo”ya mərhumun qardaşı Hüseyn Paşayev məlumat verib. Onun sözlərinə görə, dəfn mərasimi sabah İkinci Fəxri xiyabanda baş tutacaq. 20:53 Baku TV millət vəkili Qənirə Paşayevanın vəfat etdiyi Mərkəzi Klinikadan canlı yayıma çıxıb. Qeyd edək ki, Tovuzun Düz Qırıqlı kəndində anadan olan Qənirə Paşayeva bir vaxtlar ANS televiziyasında müxtəlif vəzifələrdə çalışıb. 2005-ci ildə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri olub. O, III, IV, V və VI çağırış Milli Məclisinin deputatı, Milli Məclisin Mədəniyyət komitəsinin sədri olub. Mərhum Qənirə Paşayeva həm də Gürcüstanın fəxri vətəndaşı idi.