Sumqayıt sakinləri 12A və 30 nömrəli marşrut avtobuslarından ŞİKAYƏTÇİDİRLƏR
Sumqayıt sakinləri şəhərin küçələrində fəaliyyət göstərən 12A və 30 nömrəli marşrut avtobuslarının nasaz vəziyyətdə olmasından şikayət edirlər. Mediaxeberleri.Az xəbər verir ki, sərnişinlər marşrut avtobuslarından birinin növbəti dəfə yolda qalması ilə bağlı videogörüntülər paylaşıblar. Qeyd olunub ki, 12A və 30 nömrəli xətlərin avtobusları köhnə və istismara yararsız olduğu üçün sərnişinlərin yolda qalma riskini artırır. "Bu avtobuslara minən hər sərnişin yolda qalmağı nəzərə almalıdır. Xüsusən də 30 nömrəli marşrut avtobusuna minmək çox risklidir", - deyə şikayətçi bildirib. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Oxu.Az-ın sorğusuna cavab olaraq, sözügedən avtobuslarda problem olduğunu təsdiq edib və daşıyıcıya avtobus parkını yeniləmək üçün tapşırıq verildiyini bildirib. Agentlikdən verilən açıqlamada o da vurğulanıb ki, 30 nömrəli marşrut avtobusları yaxın zamanda yeniləri ilə əvəz olunacaq: "Məsələ tam nəzarətə götürülüb". Əzizə İsmayılova