Gədəbəydə çörək sexində zəhərlənənlərin vəziyyəti AÇIQLANDI
Gədəbəydə çörək sexində dəm qazından zəhərlənənlərin vəziyyətləri açıqlanıb. Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib. Bildirilib ki, dəm qazından zəhərlənənlər ambulator müalicə üçün evə buraxılıblar: "Fevralın 18-i saat 13:00-da dəm qazından zəhərlənmə səbəbilə 3 nəfər (qadın cinsli) Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. 1972, 1978 və 1986-cı il təvəllüdlü şəxslər zəruri tibbi xidmətlər göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar".
Oxunub: 257
Xəbəri paylaş
Paylaş: