Sakinlərin kütləvi tərk etdikləri kənd: "İndi burada heç kim yoxdur" - VİDEO
İsmayıllının Pirəbülqasım kəndində rəsmi qeydiyyatda olan 157 sakinin demək olar ki, hamısı buranı tərk edib. Baku TV-nin kənddə apardığı çəkiliş zamanı evlərin qapılarına qıfıl vurulduğu məlum olub. Sakinlərin kənddən getməsinin səbəbinin şəraitsizlikdən qaynaqlandığı deyilir: yollar təmirsiz, işıq dirəkləri bərbad vəziyyətdədir, qaz xətti isə yoxdur. Bacasından tüstü çıxan evlərdən birinin sakini isə kənddəkilərin çoxunun Bakıya getdiyini bildirib. "İndi kənddə heç kim yoxdur. Yayda gələcəklər", - deyə o söyləyib. Daha ətraflı videomaterialda:
Oxunub: 227
Xəbəri paylaş
Paylaş: