Dəhşətli qəza: Avtomobillər körpüdən aşdı, xeyli ölən və yaralanan var - VİDEO
Türkiyənin cənub-şərqindəki Şanlıurfa şəhərində yük maşını və minik avtomobillərinin körpüdən aşması nəticəsində 3 nəfər ölüb, iyirmidən çox insan yaralanıb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb. "Şanlıurfanın Birecik rayonunda əyləci nasaz olan yük maşını qarşıdakı avtomobillərlə birlikdə körpüdən uçub", - telekanal xəbər verir. Yerli hakimiyyət orqanlarının məlumatına görə, qəzada ölən və yaralananlar Türkiyə vətəndaşlarıdır.
Oxunub: 42
Xəbəri paylaş
Paylaş: