İmişlidə 2 maşın toqquşdu: Xəsarət alan var
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Mediaxeberleri.Az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1957-ci il təvəllüdlü Azad Qulu oğlu Məmmədov xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan, Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Fakt araşdırılır.
Oxunub: 165
Xəbəri paylaş
Paylaş: