"ZƏNGƏZUR DƏHLİZİ ƏMƏLİYYATI BAŞLAYIR!" - Naxçıvanda nələr müzakirə ediləcək? + VİDEO
Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə sentyabrın 25-də Naxçıvana səfər edəcək. Mediaxeberleri.Az-ın məlumatına görə, Türkiyənin "Son durum" xəbərlər kanalının məlumatında bildirilir ki, Ərdoğanın səfəri çərçivəsində Qarabağda lokal antiterror tədbirlərindən sonra erməni separatçılarının silahsızlaçşdırılması prosesi və Zəngəzur dəhlizi ilə bağlı müzakirələr aparacaq. Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının sessiyasında Qarabağın Azərbaycanın ərazisi olduğunu bəyan edib, "Zəngəzur dəhlizi ilə bağlı verilən sözlərin yerinə yetirilməsini gözləyirik" - deyə bildirib. Daha ətraflı videosüjetdə:
Oxunub: 398
Xəbəri paylaş
Paylaş: